Xəbər lentiwidget-title-icon

Millətlər Liqası: Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
"Əsas odur ki, yaxşı nəticə əldə etdik" - Rəşad Eyyubov
Utziq yenidən "Qəbələ"də
Azərbaycan millisi Çexiya ilə heç-heçə etdi
"Sabah"ın ÇL oyunlarına VİP bilet almaq istəyənlərin nəzərinə!
"Zirə” Çempionlar Liqasının 1/4 finalında
Almaniya millisində itki
Bellinqemdən ikinci dəfə
"Xankəndi" Zaur Hacıyevi istefaya göndərdi - RƏSMİ
25 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi
"Zirə"dən ayrılan qapıçı "Şəfa"da
Fərid Qayıbovla albaniyalı idman rəsmiləri arasında görüş
Azərbaycanlı şahmat hakimi FİDE-nin xüsusi mükafatına layiq görüldü
Litva- Azərbaycan matçının hakimləri açıqlanıb
“Sumqayıt” ingiltərəli basketbolçu ilə müqavilə bağlayıb - RƏSMİ
Azərbaycanın U-21 millisi Çexiyaya qarşı
“Kəpəz” Azərbaycan millisinə qalib gəlib
“Zirə” Çempionlar Liqasında ilk qələbəsini qazanıb
Şahmatçılarımızdan 8-ci turda iki heç-heçə
AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
Azərbaycan boksçusu Avropa çempionu oldu!
Azərbaycan klubunda yeni məşqçi - RƏSMİ
“Zirə”nin yeni transferi əməliyyat olunub

AMADA-nın təşkilatçılığı ilə dəyirmi masa keçirildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə dəyirmi masa keçirilib.

Pressing.az
xəbər verir ki, dəyirmi masada Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyinin nəzdində Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyinin rəsmi nümayəndələri iştirak ediblər.

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə maraqlı təqdimatla çıxış edərək, Agentliyin Dövlət Proqramından irəli gələn vəzifələri, əldə olunan nailiyyətlər, idman ictimaiyyətinin təmiz idman prinsiplərinə sadiqlik nümayiş etdirməsi üçün maarifləndirmə işinin aparılmasının əhəmiyyəti, sağlam cəmiyyət və gələcək naminə narkomaniyaya qarşı mübarizədə həmrəylik nümayiş etdirilməsinin vacibliyi barədə məlumat verib. AMADA rəsmisi rəhbərlik etdiyi qurumun beynəlxalq antidopinq müstəvisindəki mühüm rolu, Azərbaycanın idman imicinin qorunması istiqamətində görülən işlər, müstəqil antidopinq siyasətinin formalaşmasında atılan addımlardan danışıb və əsas məqsədin təkcə dövlət qurumlarının birgə fəaliyyəti deyil, həm də cəmiyyətin bu məsələyə daha həssas yanaşmasınının önəmini diqqətə çatdırıb.

Sonra AMADA tərəfindən keçirilmiş psixoaktiv maddələrin istifadəsinin təsiri və yayılması ilə bağlı sorğunun nəticələri təqdim olunub və müzakirələr aparılıb.
Dəyirmi masada əsas müzakirə mövzuları arasında narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə hüquq-mühafizə orqanları və müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsi, gənclərin bu təhlükələrdən qorunması üçün maarifləndirmə işlərinin artırılması, eləcə də idmançıların sağlamlığını təmin etmək məqsədilə bioloji fəallığa malik qida əlavələrinin qeydiyyatı, analizi və mümkün mənfi təsirlərinin araşdırılması məsələləri də yer alıb.

Sonda AMADA-nın dəyirmi masada təmsil olunan dövlət qurumları ilə əməkdaşlığının daha da gücləndirilməsi və birgə fəaliyyətin önəmi vurğulanıb.

Oxşar xəbərlər

Bütün xəbərlər