Xəbər lentiwidget-title-icon

"Kollektiv olaraq fasiləyə ehtiyacımız var" - Qurban Qurbanov
Zaur Həşimov: "Daha güclü “Şəfa” görəcəyik"
"Qarabağ" və "Neftçi"dən qələbə - YENİLƏNİB
"Neftçi"dən Qəbələdə böyükhesablı qələbə - VİDEO
"Qarabağ" - "Şəfa" matçı üçün HEYƏTLƏR
"Karvan-Yevlax"da ayrılıq - RƏSMİ
"Qəbələ" - "Neftçi" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
“Neftçi”nin hücumçusu milliyə çağırılıb
“Gəncə” və “Neftçi” yoxlama matçı keçirəcək
“Naxçıvan” ABŞ-dən olan basketbolçunu heyətinə qatıb - RƏSMİ
AFFA Pakistanla futbol əməkdaşlığını müzakirə edib
Azərbaycan Kubokunun püşkü atıldı
Azərbaycan boksçularından Avropa çempionatında 2 qələbə
Azərbaycan yığmasının Millətlər Liqası üçün heyəti açıqlandı
"Beşiktaş" "Marsel"ə belə qalib gəldi - VİDEO
Azərbaycan yığmalarından növbəti qələbə
Azərbaycan yığmasında yeni baş məşqçi - RƏSMİ
Azərbaycan yığmasının seleksiya xarakterli toplanışı olacaq
“Turan Tovuz” – “Zirə” matçının hakimləri açıqlanıb
"Şahdağ Qusar"ın qələbəsi - VİDEO
Yeni baş məşqçinin “Qəbələ”də işə başlayacağı tarix məlumdur
"Beşiktaş" və "Yuventus"dan qələbə, "Seltik" uduzdu - NƏTİCƏLƏR
İspaniya Super Kuboku Türkiyədə!
Azərbaycan millisinin rəqibləri məlum olub

ACF MÜTDA ilə birlikdə "Cüdo məktəblərdə" layihəsinə start verib

Azərbaycan Cüdo Federasiyası (ACF) və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) birgə təşkilatçılığı ilə "Cüdo məktəblərdə" layihəsinə start verilib.

Pressing.az xəbər verir ki, layihənin açılış mərasimi Bakı şəhəri Nizami rayonu 250 saylı tam orta məktəbdə keçirilib.

Tədbirdə ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, əməkdar məşqçi Tərlan Həsənov, MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin aparıcı məsləhətçisi Vəfa Hüseynzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun mütəxəssisi Sevda Ramazanova çıxış ediblər.

Çıxışlarda layihənin məqsədləri, tətbiq mexanizmi və məktəblilər üçün yaradacağı faydalar vurğulanıb.

Fiziki tərbiyə dərsləri çərçivəsində keçirilən məşğələlərdə IV, V və VI sinif şagirdləri cüdonun əsaslarını öyrənəcəklər.

Dərslər ACF-nin beynəlxalq sertifikatlara malik təcrübəli məşqçiləri tərəfindən aparılır. Məşğələlər zamanı məktəblilərə cüdonun əsas qaydaları, təhlükəsiz yıxılma texnikaları (ukemi), ilkin hərəkət vərdişləri və tərəfdaşla işləmə bacarıqları aşılanacaq. Eyni zamanda yaş xüsusiyyətlərinə uyğun məşqlər və cüdo elementləri ilə zəngin oyunlar vasitəsilə cüdonun əsas dəyərləri - hörmət, intizam və məsuliyyət kimi keyfiyyətlər təşviq olunacaq.

Dərslərin sonunda uşaqlara və valideynlərə yaxınlıqdakı cüdo klubları barədə məlumat veriləcək, sınaq dərslərində iştirak imkanı və sadə qoşulma seçimləri təqdim olunacaq.

Layihənin məqsədi gündəlik həyatda təhlükəsizliyin artırılması (yıxılma və sürüşmələr zamanı yarana biləcək xəsarət riskinin azaldılması), sosial bacarıqların inkişafı, erkən yaşlardan uşaqlarda cüdoya marağın formalaşdırılması və cüdonun kütləviliyinin artırılmasıdır.

Oxşar xəbərlər

Bütün xəbərlər