İspaniya Super Kuboku Türkiyədə!
İspaniya Super Kubokunun 2027-ci ildə keçiriləcək oyunlarının təqvimi və stadionları müəyyənləşib.
Pressing.az xəbər verir ki, İspaniya Kral Futbol Federasiyası turnirin Türkiyədə keçiriləcəyini açıqlayıb.
İlk yarımfinalda fevralın 2-də “Barselona” ilə “Atletiko” qarşılaşacaq. Görüş İstanbulda “Fənərbaxça”nın ev stadionunda keçiriləcək. Arena təxminən 48 min azarkeş tutumuna malikdir.
Digər yarımfinalda fevralın 3-də “Real Sosyedad” və “Real” üz-üzə gələcək. Bu oyun “Beşiktaş”ın ev stadionunda baş tutacaq. Arenanın tutumu 42 minə yaxındır.
Final qarşılaşması isə fevralın 6-da “Qalatasaray”ın ev stadionunda keçiriləcək. 53 mindən çox tamaşaçı qəbul edə bilən arenada turnirin qalibini müəyyənləşəcək.