"Turan Tovuz"un futbolçusu oynadı, komandası uduzdu
Moldova milli komandası UEFA Millətlər Liqasının C Liqasında növbəti oyununa çıxıb.
Pressing.az xəbər verir ki, komanda səfərdə Farer adaları ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Moldova yığmasına çağırılan “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi isə matçın 79-cu dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, bu nəticədən sonra Moldova millisi 7 xalda qrupda üçüncü, Farer adaları isə 8 xalla ikincidir.