Polşa millisinin baş məşqçisi Puxaça görə TƏNQİD OLUNDU
Polşa yığmasının baş məşqçisi Yan Urban Millətlər Liqasının B4 qrupunun 5-ci turunda Rumıniyaya 1:2 hesablı məğlubiyyətdən sonra təndiq edilib.
Pressing.az xəbər verir ki, baş məşqçi “Sabah”ın müdafiəçisi Timoteuş Puxaça oyun vaxtı vermədiyinə görə tənqid olunub.
“Kanal Sportovi” verilişində çıxış edən futbol üzrə ekspert, Polşa millisinin sabiq forvardı Artur Vişnyarek bildirib ki, o, Puxaçın yerində olsaydı, baş məşqçi ilə birbaşa və sərt söhbət edərdi.
Vişnyarekin fikrincə, milli komandanın baş məşqçisi sentyabr və oktyabr aylarında keçirilən təlim-məşq toplanışından bəri müdafiəçini görməzdən gəlib. Baxmayaraq ki, o, şans görməyə layiqdir. Təbii ki, təcrübəsi və hazırkı formasına görə, bunu haqq edir:
“Puxaç “Sabah”da daimi oynayır, Çempionlar Liqasında da iştirak edir. Hazırkı formasına görə millidə oynamağı haqq edir. Amma baş məşqçi ona şans vermir”. (komanda.az)