"Kəpəz" - "Qarabağ" oyununa BÖYÜK MARAQ
“Kəpəz” və “Qarabağ” arasında noyabrın 22-də Misli Premyer Liqasının 12-ci turu çərçivəsində Gəncə şəhər stadionunda keçiriləcək oyuna azarkeşlər tərəfindən böyük maraq var.
Pressing.az xəbər verir ki, bu görüşə biletlərin ilk satış günündə rekord göstərici qeydə alınıb.
Belə ki, bir sutka ərzində 8400 bilet satılıb. Bu, 15363 tamaşaçı tutumuna malik stadionda yerlərin təxminən 55 faizi deməkdir.
Satış belə yüksək templə davam edərsə, qabaqcadan bütün biletlərin satılacağı gözlənilir.
Cari mövsümdə “Kəpəz”in ev oyunlarında ən çox azarkeş sayı sentyabrın 4-də “Şamaxı” ilə görüşdə (15000 nəfər) olub.