Xəbər lentiwidget-title-icon

"Sabah" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin heyətində dəyişiklik
Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
8 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
MPL: "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
8 noyabr - Zəfər Günüdür!
"Qalatasaray"da ciddi itki
Rüfət Abdullazadə oynadı, komandası qalib gəldi
"Zirə"nin "Qəbələ" üzərində qələbəsi - VİDEO
4 qol vuruldu, qalib müəyyənləşmədi - VİDEO
Rəşad Sadıqov: "Vacib 3 xal qazandıq" – VİDEO
"Futbolda belə hallar olur" - Yeton Bekiri
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında "sülh" - YENİLƏNİB
Zaur Həşimov: “Son iki oyunda 4 xalımız əlimizdən alınıb”
Yuri Maksimovdan heç-heçə şərhi
“Kəpəz” yoxlama oyunu keçirəcək
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında
MPL: "Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı
Azərbaycanın atletika nümayəndələri beynəlxalq konfransda iştirak edib
Roderik Miller: "Turan Tovuz"un adını yüksəklərdə saxlamaq üçün döyüşəcəyik" – AÇIQLAMA
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
"Neftçi"nin "Kəpəz" üzərində qələbəsi - VİDEO
"Turan Tovuz" "Qarabağ"a belə qalib gəldi - VİDEO
"Yolumuza davam edəcəyik" - Qurban Qurbanov
"Neftçi" və "Turan Tovuz"dan qələbə - YENİLƏNİB

Bakıda "Football Conference Baku" konfransı 2-ci dəfə keçirilib

Bakıda "Football Conference Baku" konfransı keçirilib.

Pressing.az xəbər verir ki, ikinci dəfə təşkil edilən tədbir futbol dünyasının müxtəlif sahələrini təmsil edən mütəxəssisləri bir araya gətirib.

İki gün davam edən tədbirdə UEFA nümayəndələri, futbol federasiyalarının rəsmiləri, klub rəhbərləri, FIFA lisenziyalı agentlər, skautlar və idman menecerləri futbolun inkişafı ilə bağlı aktual məsələləri müzakirə ediblər.

Konfransın açılış mərasimində çıxış edən təşkilatçılar Azərbaycanın beynəlxalq futbol biznesində rolunun artdığını vurğulayaraq, belə platformaların yerli və xarici mütəxəssislər arasında əməkdaşlığın genişlənməsinə xidmət etdiyini bildiriblər.

Tədbirin ilk günündə futbolun inkişaf prioritetləri, skautinq və transfer siyasəti, eləcə də agentlərin müasir futbol bazarındakı rolu müzakirə olunub.

UEFA-nın texniki müşaviri Frank Ludolf, AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, Türkiyə Futbol Federasiyasının sabiq vitse-prezidenti Mustafa Eroğut və digər ekspertlər futbolun davamlı inkişafı üçün strateji planlaşdırmanın əhəmiyyətindən danışıblar.

Müzakirələr zamanı gənc futbolçuların inkişafı, federasiyalar və klublar arasında əməkdaşlıq, həmçinin uzunmüddətli idarəetmə strategiyaları ön plana çıxıb.

Konfrans çərçivəsində müasir skautinq və transfer bazarına həsr olunan sessiya da böyük maraq doğurub.

Ekspertlər futbol klublarının istedadlı oyunçuları müəyyənləşdirmək üçün istifadə etdiyi metodlardan, məlumat bazalarının və analitik alətlərin transfer qərarlarına təsirindən bəhs ediblər.

Agentlərə həsr olunmuş paneldə isə beynəlxalq transfer bazarında rəqabət və əməkdaşlıq məsələləri müzakirə edilib.

FIFA lisenziyalı agentlər və hüquqşünaslar mürəkkəb transfer proseslərində qarşıya çıxan hüquqi və kommersiya çağırışlarını dəyərləndiriblər.

Tədbirin ikinci günü regional futbolun inkişaf perspektivlərinə həsr olunub.

Azərbaycan, Türkiyə və Gürcüstandan olan futbol rəsmiləri region ölkələri arasında əməkdaşlığın genişləndirilməsi, gənc oyunçular üçün inkişaf yollarının yaradılması və futbol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Konfransın əsas mövzularından biri də süni intellekt və məlumat texnologiyalarının futbolda tətbiqi olub.

Mütəxəssislər qeyd ediblər ki, süni intellekt artıq skautinq, oyunçu seçimi, performans analizi və transfer qərarlarında mühüm rol oynayır.

Panel iştirakçıları texnologiyanın futbol sənayesində yaratdığı yeni imkanları və gələcək perspektivləri müzakirə ediblər.

Tədbir çərçivəsində Bakıda inşası planlaşdırılan "Sea Breeze Arena" layihəsinin təqdimatı da keçirilib.

Konfransın yekun sessiyası futbolda davamlı inkişaf mövzusuna həsr olunub.

Müzakirələr zamanı futbolun ekoloji məsuliyyəti, sosial inklüzivlik və klubların uzunmüddətli maliyyə dayanıqlığı məsələləri ön plana çıxıb.

Oxşar xəbərlər

Bütün xəbərlər