Xəbər lentiwidget-title-icon

Rəşad Sadıqov: "Vacib 3 xal qazandıq" – VİDEO
"Futbolda belə hallar olur" - Yeton Bekiri
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında "sülh" - YENİLƏNİB
Zaur Həşimov: “Son iki oyunda 4 xalımız əlimizdən alınıb”
Yuri Maksimovdan heç-heçə şərhi
“Kəpəz” yoxlama oyunu keçirəcək
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında
MPL: "Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı
Azərbaycanın atletika nümayəndələri beynəlxalq konfransda iştirak edib
Roderik Miller: "Turan Tovuz"un adını yüksəklərdə saxlamaq üçün döyüşəcəyik" – AÇIQLAMA
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
"Neftçi"nin "Kəpəz" üzərində qələbəsi - VİDEO
"Turan Tovuz" "Qarabağ"a belə qalib gəldi - VİDEO
"Yolumuza davam edəcəyik" - Qurban Qurbanov
"Neftçi" və "Turan Tovuz"dan qələbə - YENİLƏNİB
Kurban Berdıyev: "Qələbəyə sevinirik"
AFFA nümayəndələri UEFA-nın illik konfransında
BOS almanların iddiasının əsassız olduğunu açıqladı - FOTOLAR
"Qarabağ" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
Emin Mahmudovdan vida sözləri: "Milli formanı geyindiyim ilk günü..."
“Gəncəbasar”da yeni prezident
"Ayın qolu"nun müəllifi mükafatlandırılıb
Azərbaycan – Latviya oyununun hakimləri açıqlanıb
“Turan Tovuz”un futbolçusu Moldova millisinə çağırıldı
Latviya yığmasının Azərbaycanla oyun üçün heyəti - SİYAHI

Zaur Həşimov: “Son iki oyunda 4 xalımız əlimizdən alınıb”

“Şəfa” klubunun baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının 11-ci turunda “Araz-Naxçıvan”la heç-heçə etdikləri matçı (2:2) şərh edib.

Pressing.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Dinamik oyun keçdi. Çoxsaylı qol epizodları yaratdıq, 2 qol vurduq, fərdi səhvlərdən isə 2 top buraxdıq. Oyunumuzda və inkişafımızda irəliləyiş göz qabağındadır. Yəqin ki, hakimlikdən danışacağımı gözləyirsiniz. Bu barədə danışmağa məcburam. Ötən tur qapımıza təyin olunan penalti qərarının yanlış olduğunu Rəhim Həsənov da təsdiqlədi. Bu matçda baş verənlər də göz qabağında idi. İlk qolumuz zamanı Əliyar Ağayev fit çaldı. Halbuki epizodun sonadək davam etməsinə imkan verə bilərdi. Xırda fol epizodlarında da üstünlük rəqibə verilirdi. Rəqib futbolçu özü topun əlinə dəydiyini etiraf edir, hakimlər isə bunun əl deyil, çiyin olduğunu bildirirlər. Təmiz qolumuzu da qeydə almırlar. Ögey münasibətlə üzləşmək istəmirəm. Futbolçular əziyyət çəkirlər. Son iki oyunda başverənlər nəticəsində 4 xalımız əlimizdən alınıb. Bunu açıq deməkdən çəkinmirəm".

- Komandanız hər oyuna yaxşı başlayır, lakin sonda ya məğlub olur, ya da heç-heçə edir. Bunun səbəbi nədir?

- Sadə qollar buraxırıq. Artıq bir neçə oyundur ki, bu hal təkrarlanır. Bunun üzərində işləyirik. Beş yerli futbolçu ilə oynayırıq. Heyətimizdə ötən mövsüm 1-ci Liqada çıxış etmiş oyunçular da var. Bəzi səbəbləri mətbuatda açıqlamaq mümkün deyil. Amma bu vəziyyət bizi narahat edir.

- Mətbuatda futbolçuların bir neçə aydır maaş almadığı barədə xəbərlər yayılıb. Bu məlumatlar nə dərəcədə doğrudur?

- Maaşlar tam şəkildə ödənilib. Bəli, müəyyən gecikmə olmuşdu və bununla bağlı futbolçulara məlumat verilmişdi. Yeni komandayıq, bəzi oyunçuların hesablarının açılmasında gecikmə yaranmışdı. Hazırda klubun heç kimə borcu yoxdur.

- Sadə qollar buraxmağınızın səbəbi heyətdə təcrübəli müdafiəçinin olmaması ola bilər?

- Büdcəmizə uyğun çox yaxşı komanda qurmuşuq. Mövsümün əvvəlində ardıcıl məğlubiyyətlərdən sonra bəzi legionerlərimizlə bağlı müzakirələr gedirdi. Onlardan biri də Bafode Dansokodur. Artıq iki turdur ki, çox yaxşı futbol oynayır. Müdafiəçilərimizin çıxışından ümumilikdə narazı deyiləm. Sadəcə, qol epizodlarına qədər müəyyən səhvlərə yol veririk və bunlar qolla nəticələnir. Hazırda transferlə bağlı addım atmaq imkanımız yoxdur. Mövcud futbolçularla işləyərək problemləri həll etməliyik.

Oxşar xəbərlər

Bütün xəbərlər