Xəbər lentiwidget-title-icon

Rəşad Sadıqov: "Vacib 3 xal qazandıq" – VİDEO
"Futbolda belə hallar olur" - Yeton Bekiri
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında "sülh" - YENİLƏNİB
Zaur Həşimov: “Son iki oyunda 4 xalımız əlimizdən alınıb”
Yuri Maksimovdan heç-heçə şərhi
“Kəpəz” yoxlama oyunu keçirəcək
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında
MPL: "Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı
Azərbaycanın atletika nümayəndələri beynəlxalq konfransda iştirak edib
Roderik Miller: "Turan Tovuz"un adını yüksəklərdə saxlamaq üçün döyüşəcəyik" – AÇIQLAMA
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
"Neftçi"nin "Kəpəz" üzərində qələbəsi - VİDEO
"Turan Tovuz" "Qarabağ"a belə qalib gəldi - VİDEO
"Yolumuza davam edəcəyik" - Qurban Qurbanov
"Neftçi" və "Turan Tovuz"dan qələbə - YENİLƏNİB
Kurban Berdıyev: "Qələbəyə sevinirik"
AFFA nümayəndələri UEFA-nın illik konfransında
BOS almanların iddiasının əsassız olduğunu açıqladı - FOTOLAR
"Qarabağ" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
Emin Mahmudovdan vida sözləri: "Milli formanı geyindiyim ilk günü..."
“Gəncəbasar”da yeni prezident
"Ayın qolu"nun müəllifi mükafatlandırılıb
Azərbaycan – Latviya oyununun hakimləri açıqlanıb
“Turan Tovuz”un futbolçusu Moldova millisinə çağırıldı
Latviya yığmasının Azərbaycanla oyun üçün heyəti - SİYAHI

AFFA səhvi etiraf etdi, bəs "Turan Tovuz"un "yeyilən" xalı?

“Turan Tovuz” – “Şamaxı” oyununda az qala bütün ölkə topun qapı xəttini keçdiyini gördü. Hakimlər isə görmədi.

Görüntülər yayıldı, epizod müzakirə olundu, müxtəlif rakurslardan təhlillər aparıldı. Amma nəticə dəyişmədi: qol sayılmadı, “Turan Tovuz” isə iki xaldan oldu.

Yeni mövsümün hakim səhvləri yenə “Turan Tovuz”un oyunlarında baş verdi. İndi gəl, bütün bunların təsadüf olduğuna inan.

Cəmi beş tur geridə qalıb. Tovuz təmsilçisi artıq iki oyunda nəticəyə təsir edən ciddi hakim qərarından zərər görüb. Birində sayılmayan qol, digərində isə VAR baxışından sonra qüvvədə saxlanılan penalti.

“Araz-Naxçıvan”la qarşılaşmada “Turan Tovuz” 2:1 öndə idi. Oyunun sonlarına yaxın Elçin Məsiyev penalti təyin etdi. VAR müdaxiləsindən sonra da qərar dəyişmədi və hesab 2:2 oldu.

Bu gün isə AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov həmin qərardakı səhvi etiraf etdi.

Yaxşı, səhv etiraf edildi. Bəs itirilən xal? Heç yerə qayıtmır...

“Şamaxı” ilə oyundakı nəticə dəyişmir. “Araz-Naxçıvan”la matçdakı hesab dəyişmir. “Turan Tovuz” da itirdiyi xallarla yoluna davam edir.

Elə əsas problem də budur. Hakim üçün yanlış qərar bir neçə saniyəlik epizoddur. Klub üçün isə həmin saniyələr bütün mövsümün hesabını dəyişə bilər. Beş turdan sonra “Turan Tovuz”un 8 xalı var. Həmin iki oyundakı mübahisəli epizodlar komandanın xeyrinə nəticələnsəydi, 12 xalı olacaqdı.

Əlbəttə, futbolda “əgər”lərlə turnir cədvəli qurulmur. Amma hakim səhvlərinin yaratdığı “əgər”lər də futbolun bir hissəsinə çevrilməməlidir.

Burada Rəhim Həsənovun açıqlamasına qayıtmaq lazımdır. Əgər rəhbərin əsas funksiyası baş verən səhvi sonradan etiraf etməkdirsə, onda ortaya çox sadə sual çıxır:

Bəs həmin səhvin təkrarlanmaması üçün nə edilir? Hakimlər departamentinin işi sosial şəbəkə üçün “hakim burada səhv etdi” videosu hazırlamaq deyil.

Əsas məsələ niyə səhv edildiyini, kim tərəfindən qiymətləndirildiyini və növbəti dəfə bunun qarşısının necə alınacağını ortaya qoymaqdır.

Avqust ayında Hakimlər Komitəsinin jurnalistlərlə keçirdiyi görüşə idman mediasının əksər nümayəndələri dəvət olunmadı. Cəmi 15-20-yə yaxın jurnalistin iştirak etdiyi görüşdə hakimlik sahəsindəki yeniliklər barədə məlumat verildi.

Niyə?

Hakimlik kimi hər həftə ölkə futbolunun gündəminə düşən bir sahədə niyə daha geniş media iştirakı təmin olunmur?

Niyə jurnalistlərin suallarına açıq platformada cavab vermək əvəzinə, belə görüşlər məhdud dairədə keçirilir? Sanki AFFA Hakimlər Komitəsi mediaya açıq olmaq əvəzinə, mediadan uzaq dayanmağa üstünlük verir.

Sadəcə “səhv etdik” deməklə məsələ bitmir. Bütün bunların fonunda daha böyük bir sual ortaya çıxır. Bu gün Hakimlər Departamentinə rəhbərlik edən Bəhruz Teymurovun bu sahəyə rəhbərlik üçün hansı hakimlik təcrübəsinə malik olması barədə suallar artıq açıq şəkildə müzakirə edilməlidir.

Çünki federasiyada futbolun içindən gələn insanların çəkisinin gündən-günə azalması fonunda müxtəlif vəzifələrə edilən təyinatlar da təbii olaraq suallar doğurur. Futbol idarəçiliyində əsas meyar peşəkarlıq, təcrübə və bu sahəni bilmək olmalıdır.

Əgər futbolun ən vacib strukturlarından birinə hakimlik sahəsini dərindən bilməyən şəxsin rəhbərlik etdiyi düşünülürsə, bunun izahı olmalıdır.

Çünki hakimlik sadəcə qaydalar kitabını oxumaq deyil.

Hakimlik oyunu hiss etməkdir.

Futbolçunun niyyətini, epizodun dinamikasını, oyunun ritmini və qərarın nəticəsini anlamaqdır.

əhvdən sonra yalnız etiraf gəlirsə və sistem əvvəlki kimi işləyirsə, problem həll olunmuş sayılmır.

Çünki futbolçu 90 dəqiqə ərzində qazandığı nəticəni bir səhv qərarla itirə bilər. Komanda həftələrlə hazırlaşdığı oyunun nəticəsini itirə bilər. Klub mövsümün sonunda bir neçə xalın hesabını aparmalı ola bilər.

Azarkeş isə stadiondan “hakim səhv etdi” cavabı ilə evə qayıdır. Və ən acınacaqlısı odur ki, bir neçə gün sonra hamı həmin səhvi etiraf edir. Amma xal artıq getmiş olur.

Ona görə də Rəhim Həsənovun qarşısında əsas sual “hakim səhv etdi?” olmamalıdır.

Bunu artıq hamı görür.

Əsas sual başqadır: Növbəti dəfə belə səhvin baş verməməsi üçün nə dəyişəcək?

Çünki səhvi etiraf etmək vacibdir. Amma səhvi təkrarlamamaq daha labüddür.

Futbol idarəçiliyinin nəticəsi də məhz burada ölçülür.

Orxan İsmayılov

Oxşar xəbərlər


Bütün xəbərlər

Rəşad Sadıqov: "Vacib 3 xal qazandıq" – VİDEO
"Futbolda belə hallar olur" - Yeton Bekiri
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında "sülh" - YENİLƏNİB
Zaur Həşimov: “Son iki oyunda 4 xalımız əlimizdən alınıb”
Yuri Maksimovdan heç-heçə şərhi
“Kəpəz” yoxlama oyunu keçirəcək
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında
MPL: "Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı
Azərbaycanın atletika nümayəndələri beynəlxalq konfransda iştirak edib
Roderik Miller: "Turan Tovuz"un adını yüksəklərdə saxlamaq üçün döyüşəcəyik" – AÇIQLAMA
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
"Neftçi"nin "Kəpəz" üzərində qələbəsi - VİDEO
"Turan Tovuz" "Qarabağ"a belə qalib gəldi - VİDEO
"Yolumuza davam edəcəyik" - Qurban Qurbanov
"Neftçi" və "Turan Tovuz"dan qələbə - YENİLƏNİB
Kurban Berdıyev: "Qələbəyə sevinirik"
AFFA nümayəndələri UEFA-nın illik konfransında
BOS almanların iddiasının əsassız olduğunu açıqladı - FOTOLAR
"Qarabağ" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
Emin Mahmudovdan vida sözləri: "Milli formanı geyindiyim ilk günü..."