Xəbər lentiwidget-title-icon

29 avqust: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Bu, əsl kino hekayəsidir" - "Marca" "Sabah"ın baş məşqçisindən yazdı
"Şəfa"dan azarkeşlərə jest
"Qəbələ" "Şamaxı"ya, "Şəfa" "İmişli"yə qarşı
Azərbaycanın 6 güləşçisi yarımfinalda
Azərbaycan millisi AÇ-də Türkiyəyə rəqib olub
İnyestanın yeni iş yeri
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
AÇ: Azərbaycan millisi qrupdakı sonuncu oyunda məğlub oldu
"Neftçi"də daha bir legioner - RƏSMİ
Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
"Kəpəz" - "Turan Tovuz" oyununa nə qədər bilet satılıb?
Anqolalı futbolçu "İmişli"də - RƏSMİ
AÇ: Rumıniya Bakıda İspaniyanı məğlub etdi
Bölgə klubundan yeni transfer - RƏSMİ
Türkiyə klubunun KL-də rəqibləri məlum oldu
İngiltərədən İspaniyaya
"Beşiktaş"ın rəqibləri məlumdur
Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də ilk günü medalsız bitirib
“Qarabağ”ın kapitanı “Tvente” akademiyasına dəvət aldı
“Şahdağ Qusar”dan daha bir transfer - RƏSMİ
“Zirə” – “Neftçi” oyunu Elçin Məsiyevə tapşırıldı
28 avqust: Oyunlar hansı kanallarda?
UEFA reytinqi: Azərbaycan mövqeyini qorudu
“Gəncə” ABŞ-li oyunçu - RƏSMİ

"Neftçi" ÜSYAN ETDİ: “Qapımıza son 4 topu məhz hakimlər “vurub”

"Neftçi" klubu Misli Premyer Liqasında keçirdikləri oyunlarda hakim qərarları ilə bağlı bəyanat yayıb.

Pressing.az xəbər verir ki, paytaxt klubunun bəyanatında deyilir:

Misli Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən “Şamaxı” – “Neftçi” qarşılaşmasının son dəqiqələrində yaşananlar yenidən Azərbaycan futbolunda hakimliyin səviyyəsi və bütün tərəflərə ədalətli yanaşma məsələlərini gündəmə gətirdi. Baş hakim Kamranbəy Rəhimovun haqlı olaraq əks tərəfə göstərdiyi cərimə zərbəsinə VAR-dan müdaxilə edildi və “Neftçi”nin qapısına növbəti dəfə penalti təyin olundu. Futbolçumuz Mustafa Sekin həmin anda qayda pozuntusuna məruz qalması bir yana, topu tamamilə qaydalar çərçivəsində uzaqlaşdırmasına baxmayaraq, VAR-dan gələn “siqnal”la rəqibin hesabı bərabərləşdirməsinə şərait yaradıldı.

Buna bənzər epizod 16-cı turda “Karvan-Yevlax”la görüşdə də yaşanmışdı. Birinci hissənin sonlarında yenə VAR-ın müdaxiləsi ilə “Neftçi”nin qapısına penalti təyin edilmişdi və komandamız həmin görüşdə yalnız son dəqiqə qolu ilə qələbə qazanmağı bacarmışdı. Bir neçə gün sonra AFFA Hakimlər Komitəsinin rəhbəri Rəhim Həsənov qərarın yanlış olduğunu, İqor Ribeyronun “havada topa başla toxunarkən əllərindən rəqibə qarşı qeyri-qanuni istifadə etmədiyini”, dolayısıyla qaydanı pozmadığını təsdiqləmişdi.

“Şamaxı” – “Neftçi” görüşündə təyin edilən penalti ilə də bağlı eyni sözləri demək olar. Mustafa Sek topa oynayır, əllərindən görmədiyi rəqibə qarşı qeyri-qanuni istifadə etmir, hətta özü qayda pozuntusuna məruz qalır. Lakin qərar penaltidir.

Görünür, VAR-dakı hakim Cavid Cəlilovun öz oyun qaydaları var. Bu hakim ümumən son həftələrdə gündəmdədir və gündəmdə olmasının səbəbi yüksək səviyyəli hakimliyi deyil, elə “Şamaxı” ilə oyundakı kimi yersiz müdaxilələri, absurd qərarları və oyun qaydalarını istədiyi şəkildə yozmasıdır.

Baş hakim Kamranbəy Rəhimovun videotəkrara Azərbaycan çempionatına xas olmayan rekord sürətlə və cəmi bir rakursdan yarı-yarımçıq baxdıqdan sonra tələsik qərar çıxarması isə ayrı bir mövzudur. Liqamızda bəzən açıq-aşkar, təmizliyinə şübhə olmayan qolların VAR tərəfindən “səssiz” yoxlanması dəqiqələr alır. Dəfələrlə olub ki, ekran qarşısına dəvət edilən hakim epizodu uzun-uzadı incələyir, bir neçə rakurs tələb edir. Bu oyunda isə baş hakimin monitora yaxınlaşması ilə xarakterik VAR hərəkətini göstərib 11 metrlik nöqtəyə işarə etməsi arasında 20 saniyə oldu, ya olmadı... Maraqlıdır ki, “Neftçi”nin qapısında gördüyü son 4 topu məhz hakimlər “vurub”. Bu qolların hamısı ya xətalı 11 metrlik zərbə qərarından sonradır, ya da qol hücumunda qayda pozuntusu olub. Artıq adıçəkilən “Karvan-Yevlax” oyunundakı penalti, “Kəpəz”lə görüşdə növbəti dəfə (!) VAR-ın müdaxiləsi ilə təyin edilən və sonradan yenə Hakimlər Komitəsi sədrinin yanlış qərar kimi təsdiqlədiyi 11 metrlik zərbə və “Şamaxı” ilə matçda daha bir səhv penalti qərarı. Təbii ki, VAR müdaxiləsindən sonra.

Bu oyunda rəqibin hər iki qolunda qayda pozuntusu var. 1-ci qoldan əvvəlki hücumda hakimin köməkçisinin “gözündən yayınan” az qala 5 metrlik ofsayd da unudulmamalıdır. Paylaşılan şəkildə də aşkar görünür ki, rəqib futbolçu ötürmə anında oyundankənar vəziyyətdədir. Amma hakim oyunu dayandırmır və davamında gələn künc zərbəsindən “Neftçi”nin qapısına qol vurulur.

Ümumiyyətlə, “Neftçi” bu mövsüm yanlış hakim qərarlarından ən çox əziyyət çəkən komandadır. Təqdim etdiyimiz videoda əks olunanlar o səhvlərin yalnız daha qabarıq şəkildə önə çıxanlarıdır. Ədalətsiz hakim qərarları və yanlış VAR müdaxilələri ilə “Neftçi” bu mövsüm ciddi xal itkilərinə məruz qalıb və belə görünür ki, bu proses davam edir.

Azərbaycan futbolunun təməl daşı, ölkənin ən qədim və köklü klubu olan “Neftçi”nin tarixi şərəfli səhifələrlə zəngindir. Bizim böyük qələbələrimiz olub və bundan sonra da olacaq. Lakin futbolçuların və məşqçilərin meydandakı əziyyətinin bir əl hərəkəti, səriştəsiz hakimlərin xətalı qərarları ilə yerə vurulması nə qəbul edilməlidir, nə də buna göz yumulmalıdır.

Biz AFFA Hakimlər Komitəsindən bu səhvləri buraxmış şəxslər haqqında ciddi ölçü götürməsini, hakimlərin, hakim köməkçilərinin, dördüncü hakimlərin, videotəkrar hakimlərinin bütün oyunlarda, o cümlədən də “Neftçi”nin matçlarında daha diqqətli olmalarını tələb edirik. Çünki mövsümün həlledici hissəsində istənilən yanlış və qərəzli qərar yüzlərlə insanın çoxaylıq əməyini puç edir, azarkeşlərdə ölkə futbolundakı hər kəs bərabər yanaşmaya olan inamı sarsıdır.

“Neftçi”nin heç bir hakim köməyinə ehtiyacı yoxdur, amma bizə qarşı edilənlərə də biganə qalmayacağıq. Futbol ictimaiyyətinin “Neftçi”nin bu haqq səsinə səs verəcəyinə ümid edir, Misli Premyer Liqasının bundan sonrakı oyunlarında ədalətin bərqərar olacağına inanırıq.

Oxşar xəbərlər


Bütün xəbərlər

29 avqust: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Bu, əsl kino hekayəsidir" - "Marca" "Sabah"ın baş məşqçisindən yazdı
"Şəfa"dan azarkeşlərə jest
"Qəbələ" "Şamaxı"ya, "Şəfa" "İmişli"yə qarşı
Azərbaycanın 6 güləşçisi yarımfinalda
Azərbaycan millisi AÇ-də Türkiyəyə rəqib olub
İnyestanın yeni iş yeri
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
AÇ: Azərbaycan millisi qrupdakı sonuncu oyunda məğlub oldu
"Neftçi"də daha bir legioner - RƏSMİ
Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
"Kəpəz" - "Turan Tovuz" oyununa nə qədər bilet satılıb?
Anqolalı futbolçu "İmişli"də - RƏSMİ
AÇ: Rumıniya Bakıda İspaniyanı məğlub etdi
Bölgə klubundan yeni transfer - RƏSMİ
Türkiyə klubunun KL-də rəqibləri məlum oldu
İngiltərədən İspaniyaya
"Beşiktaş"ın rəqibləri məlumdur
Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də ilk günü medalsız bitirib
“Qarabağ”ın kapitanı “Tvente” akademiyasına dəvət aldı