"Kəpəz” kollektivi Abramenkonun məzarını ziyarət edib
Kəpəz”in kollektivi Abramenkonun məzarını ziyarət edib
11/28/2026 | 11:16
Bu gün Gəncə futbolunun əfsanəsi, şəhərdə uşaq futbolunun inkişafında misli-bərabəri olmayan xidmətlər göstərmiş Konstantin Abramenkonun anım günüdür.
Pressing.az xəbər verir ki, bu münasibətlə “Kəpəz” PFK-nin rəsmiləri, məşqçiləri və futbolçuları Gəncədəki Fəxri Xiyabana baş çəkib, mərhumun məzarını ziyarət edib.
Abramenkonun məzarı üzərinə əklil və tər qərənfillər qoyulub, onun barəsində unudulmaz xatirələrdən söz açılıb.
Hamının “dyadya Kostya” kimi tanıdığı məşqçi Azərbaycan futboluna onlarla güclü oyunçu bəxş edib. Onun yetirmələri arasında Maşallah Əhmədov, Mahmud Qurbanov, Yunis Hüseynov, Mehman və Füzuli Allahverdiyev qardaşları, Asif Əliyev, Xaliq Mərdanov, Rövşən Əhmədov və digərlərinin adlarını çəkmək olar.
Abramenko Azərbaycanın əməkdar məşqçisi, eləcə də əməkdar bədən tərbiyəsi və idman işçisi fəxri adlarına layiq görülüb.
Qeyri-adi məşqçilik bacarığına və yüksək insani keyfiyyətlərə malik “dyadya Kostya” 2005-ci il noyabrın 28-də, 82 yaşında doğma Gəncədə vəfat edib.