Xəbər lentiwidget-title-icon

Van Bommel Belçika millisində
25 iyul: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə edib
Ceyhun Nuriyev "Araz-Naxçıvan"da - RƏSMİ
Bakıda Avropa Cüdo Birliyinin (EJU) təşkilatçılığı ilə beynəlxalq texniki seminara start verilib
AFFA “Sevincini Bölüş” xeyriyyə kampaniyasına dəstək verir – FOTOLAR
"Dinamo" - "Neftçi" matçının hakimləri açıqlanıb
Elxan Səmədov: "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq”
"Zirə"dən ayrıldı, Almaniya klubuna keçdi
“İmişli”dən “Xankəndi”nə keçdi
“Neftçi” İK yeni loqosunu təqdim edib
"Beşiktaş" belə qalib gəldi - VİDEO
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçilib
Azərbaycan millisi (Çimərlik) Qazaxıstana qarşı
“Zirə”nin potensial rəqiblərinin oyununda dörd qol
Azərbaycan komandası finalda
Yurgen Kloppla müqavilə imzalanıb
Vüsal İsgəndərli KL matçında oynadı, komandası qalib gəldi
"Qarabağ" - SSKA matçında bərabərlik - VİDEO
Vudmanla bağlı qərar
"Çelsi"dən "Aston Villa"ya
"Qoca" daha 1 il "Milan"da - RƏSMİ
"Qarabağ"ın potensial rəqiblərinin oyununda 5 qol
“SSKA çox bərk rəqib idi” - Qurban Qurbanov
Rəşad Sadıqov: "Təəssüf ki, qol epizodlarından yararlana bilmədik"

Xaliq Mərdanov gənc məşqçini "çörəyindən etdi": Atası dözməyərək infarkt keçirdi – QALMAQAL

Azərbaycan futbolunda yeni mövsüm başlar-başlamaz "Kəpəz"də "sular bulanıb".

Bu dəfə qalmaqal "sarı-göylər"in əvəzedici komandasının baş məşqçisi Xaliq Mərdanovla köməkçi məşqçi Elmar Əhmədov arasında yaşanıb.

Belə ki, Əhmədovu "görməyə gözü olmayan" Mərdanov, məşqçi qala-qala komandanın administratorundan kollektivə məşq keçməsini istəyib. Bu məqam da Elmar Əhmədovu narahat edib və o, Xaliq Mərdanovdan bunun səbəbini soruşub. Təcrübəli mütəxəssis isə gənc çalışdırıcını bəzi "səbəblər"lə ittiham edib.

Sən demə, Mərdanov ondan öncə "Kəpəz-2"ni çalışdıran Zaur Əsədovla yaxınlığına görə Elmar Əhmədova düşmən kəsilib. Onunla yanaşı, "Kəpəz"in əsas komandasının baş məşqçisi olmuş Tərlan Əhmədovu dəstəkləməsi də Elmar bəyi Xaliq Mərdanovun gözündə "günah keçisi" edib. Xaliq Mərdanov Elmar Əhmədovu "Tərlançı" adlandıraraq onu gözümçıxdıya salıb. Görünən budur ki, Tərlan Əhmədovun Gəncə təmsilçisindən ayrılmasına baxmayaraq, hələ də klub daxilində mütəxəssislə bağlı söz-söhbətlər davam edir. O cümlədən Mərdanov gənc məşqçini savadsız adlandırmaqdan, buna görə də istədiyi məvacibə layiq olmadığını bildirməkdən də çəkinməyib.

Nəticədə də Elmar Əhmədov "Kəpəz-2"dən ayrılmalı olub.

Məsələnin detalları barədə Pressing.az-a danışan Əhmədov komandadan ayrılma səbəbini bu cür izah edib:

"Kəpəz-2"dən ayrılma səbəbim birbaşa baş məşqçi Xaliq Mərdanov və köməkçisi Orxan Verdiyevlə bağlıdır. O, komandanın əvvəlki baş məşqçisi Zaur Əsədova görə məni gözümçıxdıya salmışdı. Mənə deyirdi ki, sən niyə Zaur Əsədovun köməkçisi təyin olunarkən mənimlə məsləhətləşmədin? Niyə onların yanında oldun? Hətta məşqçilər korpusunda yer alan Mətləb Məmmədovu "Tərlançı" adlandıraraq onun yanında olduğuma görə məni ittiham edirdi. Onu da bildirim ki, "Kəpəz" daxilində Tərlan Əhmədovla bağlı söz-söhbətlər hələ də davam edir.

... Xaliq Mərdanovun məni tamamilə gözdən çıxardığını onda anladım ki, iki köməkçi məşqçi dura-dura komandanın administratoruna kollektivə məşq keçməyi tapşırdı. Meydançada söz-söhbət yaranmasın deyə, məşqin sonunu gözlədim. Məşqdən sonra soyunub-geyinmə otağında mənə yaxınlaşan Xaliq Mərdanov bildirdi ki, istədiyim məvacibə layiq deyiləm. "Kəpəz-2"də adıma aylıq 800 AZN maaş yazılıb, lakin mən 1000 manat istəyirdim. Mərdanov isə mənə savadsız olduğumu isbatlamağa çalışdı. Mən bu gün Gəncədə B kateroqiyasına malik olan ən gənc məşqçiyəm. Lakin Xaliq Mərdanov köməkçisi Orxan Verdiyevi misal gətirərək, onun Gəncədə, hətta Azərbaycanda ən güclü məşqçi olduğunu iddia edir. Hətta onun sözlərindən belə çıxır ki, Orxan Verdiyev Qurban Qurbanov və Rəşad Sadıqovdan da güclü məşqçidir (gülür). Azərbaycanda məşqçilərə kateroqiyaları UEFA-da kurs keçmiş, Pro kateqoriyasına malik Arif Əsədov, Aslan Kərimov və Osman Rəhimov kimi şəxslər verir. Lakin Xaliq Mərdanov mənə söyləyirdi ki, onlar savadsızdırlar. Yaxşı, onda içi Xaliq Mərdanov, mən qarışıq Azərbaycanda məşqçi yoxdur? Bu necə ola bilər? Xaliq Mərdanov bu qədər savadlıdır ki, Arif Əsədov, Aslan Kərimov, Osman Rəhimov, Qurban Qurbanov və Rəşad Sadıqov kimi şəxsləri bəyənmir?!

Bu gün onun köməkçisi Orxan Verdiyev B kateqoriyası almağa çalışır. Əgər adlarını sadaladığım mütəxəssislər savadsızdırlarsa, onda Verdiyev niyə B kateqoriyasına gedir? İstərdim ki, Xaliq Mərdanov bunun açıqlamasını da versin... Bir sözlə, Mərdanov məni və mənə kateqoriya verənləri savadsız adlandıraraq istədiyim maaşa layiq olmadığımı bildirdi. Bəli, bu gün mənim o qədər də təcrübəm yoxdur, gəncəm. Fəqət mən işləməliyəm ki, təcrübə qazanım da. Başqa necə olmalıdır? Hətta açıq şəkildə deyirəm ki, "Kəpəz-2"nin baş məşqçisi də olmaq istəyirəm. Amma görünən odur ki, özlərini hamıda savadlı zənn edən Xaliq Mərdanovla Orxan Verdiyev olduqca bu baş tutan deyil".


Göründüyü kimi, Elmar Əhmədovu aşağılayaraq onu qərəzli səbəblərlə ittiham edən Xaliq Mərdanov gənc məşqçini işindən edib. Hətta bu məsələdən sonra Əhmədovun komandada inzibatçı kimi çalışan atası xəstəxanalıq olub. Belə ki, o, infarkt keçirib və əməliyyat olunmalıdır. Elmar Əhmədov israrla bildirir ki, əvəzedici komandanın ağ günə çıxması üçün Xaliq Mərdanov və onun dəstəkçiləri "Kəpəz-2"dən getməlidir:

"Bu söz-söhbətdən sonra atam o qədər stressə düşdü ki, sonda infarkt keçirdi. Əvvəldən də ürəyində problem vardı, bu məsələdən sonra halı pisləşdi. Bu yaxınlarda əməliyyat olunmalıdır. İnşallah, atam əməliyyatı uğurla başa vursun, məsələ ilə bağlı geniş, hərtərəfli açıqlama verəcəyəm. Bir də, onu deyə bilərəm ki, "Kəpəz-2"də uğurlu dövrün başlaması üçün həmin məşqçilər komandadan getməlidir. Onlar getdikdən sonra söz-söhbətlər bitəcək, hər şey yoluna düşəcək. Xaliq Mərdanov, Orxan Verdiyev kimilər "Kəpəz-2"dən uzaqlaşmayınca, bu komanda xoş gün görməyəcək".

Mövzunu davam etdirəcəyik...

Elsevər Muradzadə

Oxşar xəbərlər


Bütün xəbərlər

Van Bommel Belçika millisində
25 iyul: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə edib
Ceyhun Nuriyev "Araz-Naxçıvan"da - RƏSMİ
Bakıda Avropa Cüdo Birliyinin (EJU) təşkilatçılığı ilə beynəlxalq texniki seminara start verilib
AFFA “Sevincini Bölüş” xeyriyyə kampaniyasına dəstək verir – FOTOLAR
"Dinamo" - "Neftçi" matçının hakimləri açıqlanıb
Elxan Səmədov: "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq”
"Zirə"dən ayrıldı, Almaniya klubuna keçdi
“İmişli”dən “Xankəndi”nə keçdi
“Neftçi” İK yeni loqosunu təqdim edib
"Beşiktaş" belə qalib gəldi - VİDEO
Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçilib
Azərbaycan millisi (Çimərlik) Qazaxıstana qarşı
“Zirə”nin potensial rəqiblərinin oyununda dörd qol
Azərbaycan komandası finalda
Yurgen Kloppla müqavilə imzalanıb
Vüsal İsgəndərli KL matçında oynadı, komandası qalib gəldi
"Qarabağ" - SSKA matçında bərabərlik - VİDEO
Vudmanla bağlı qərar