Zubirin Ərəbistan klubuna transferində problem yarandı
“Qarabağ”dan ayrılaraq Səudiyyə Ərəbistanının “Əl-Oruba” klubuna keçmək istəyən Abdullah Zubir gözlənilməz problemlə üzləşib.
Pressing.az xarici mediaya istinadla xəbər verir ki, 34 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı çempionatında çıxış etməsi mümkün olmayıb.
Onun yeni klubdakı müqaviləsi yerli liqa tərəfindən təsdiqlənməyib. Buna səbəb “Al-Oruba”nın maliyyə təminatı ilə bağlı problemi olub. Nəticədə Zubirə azad agent statusu verilib. Hazırda fransalı yarımmüdafiəçi yeni klubla müqavilə imzalamaqda sərbəstdir.