Xəbər lentiwidget-title-icon

Azərbaycanın stolüstü tennisçilərindən Türkiyədə 4 medal
16 avqust: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Sabah"ın rəqibi darmadağına məruz qaldı
“Qarabağ” Zubiri niyə urvatsız yola saldı? – YAZI
AFFA-nın baş katibi "Sabahın Ulduzları" matçını izləyib
“Qarabağ” Zubirin gedişini rəsmən açıqladı
MPL: "Sumqayıt" "Neftçi"yə, "Zirə" "Şəfa"ya qarşı
İtaliya nəhəngində yeni müdafiəçi
"Sabah"ın "Kəpəz" üzərində qələbəsi - VİDEO
Anatoli Nuriyev fərqləndi, komandası uduzdu
"Araz-Naxçıvan" - "İmişli" oyununun icmalı - VİDEO
"Futbolçularımın performansı haqda danışmaq istəmirəm" - Valdas Dambrauskas
Azər Məmmədov: "Keyfiyyət fərqi öz sözünü dedi"
"Sabah" "Kəpəz"ə qalib gəldi, Qəbələdə "sülh" - YENİLƏNİB
Cavid Hüseynovdan heç-heçə şərhi
Fərid Namazov: "Bu gün hər iki komanda qələbə qazana bilərdi"
"Sabah" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Araz-Naxçıvan" - "İmişli" matçı üçün HEYƏTLƏR
Ferran Torres rəsmən PSJ-də
Ş.Məmmədyarovun komandası Türkiyə Super Liqasının qalibi olub
İlham Zəkiyev Avropa çempionatının finalında!
"Lion"da yeni futbolçu
15 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Sabahın Ulduzları": "Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə

“Qarabağ” Zubiri niyə urvatsız yola saldı? – YAZI

Abdullah Zubir 7 ildən sonra “Qarabağ”dan ayrıldı. 7 il! Bu müddətdə neçə çempionluq, neçə kubok, neçə tarixi avrokubok oyunu, neçə böyük qələbə yaşandı. Ən əsas Azərbaycan futbolu üçün zirvə adlanan UEFA Çempionlar Liqasının liqa mərhələsinin adlanması, Zubirin də böyük zəhməti danılmazdır. Zubir həmin tarixlərin böyük hissəsində meydanda idi, əksər hallarda kapitan olaraq komandaya xidmət etdi, can qoydu.

Bəs “Qarabağ” bu 7 illik xidmətin qarşılığında nə etdi?

Kiçik bir feysbuk paylaşımı ilə yola saldı.

Bəli, səhv oxumadınız. Özünü Azərbaycanın ən böyük futbol klubu adlandıran, Avropada iddialardan danışan “Qarabağ” 7 il formasını geyinmiş, komandanın tarixi uğurlarına real töhfə vermiş futbolçunu sanki sıradan bir ad kimi yola saldı. Azarkeşlər də, artıq özünü böyük klub adlandıran, futbol üçün “təşəkkür” mövzusunda simvolik təşəkkürlər etməsindən bezib.

Bu, sadəcə laqeydlik deyil, açıq-aşkar hörmətsizlikdir.

Nə stadionda vida, nə azarkeşlərin qarşısında layiqli alqış, nə klubun adına yaraşan təşəkkür mərasimi, nə də Zubirin bu klubdakı roluna uyğun bir təqdimat.

Sadəcə bir neçə cümləlik sosial media paylaşımı…

Sanki 7 il yox, 7 gün keçib. Bu, 7 illik xidmətə verilən dəyərdir, yoxsa dəyərin tam yox sayılmasıdır? Ən azı 25 min azarkeşin qarşısında Zubiri meydana çıxarıb layiqli şəkildə yola salmaq olardı, dostları, komanda ona “Qarabağ” formasında yazdığı tarixi göstərmək, klubun yaddaşında yerini açıq şəkildə etiraf etmək olardı. Amma görünən odur ki, klub “böyüklük”dən danışmağı sevir, böyüklüyü göstərməyi yox. Çünki böyük klub təkcə kuboklarla yox, insanlara verdiyi dəyərlə ölçülür.

“Qarabağ” isə bu dəfə öz futbolçusuna verdiyi dəyərin nə qədər zəif, nə qədər soyuq və nə qədər düşünülməmiş olduğunu göstərdi. Zubir 7 il bu klubun simalarından biri olub. O, uğurların bəzəyi yox, birbaşa iştirakçısı idi. Belə futbolçuya edilən bu cür vida tərzi sadəcə yanlış deyil, utancvericidir.

Burada məsələ transfer deyil. Transfer futbolun təbiətidir. Məsələ klubun öz tarixini yazan insanlara necə yanaşmasıdır. Əgər “Qarabağ” özünü həqiqətən böyük klub hesab edirsə, bunu sözlə yox, davranışla sübut etməlidir. 7 il xidmət edən futbolçunu bir Facebook postu ilə yola salmaq nə peşəkarlıqdır, nə də klub mədəniyyəti. Bu, sadəcə laqeyd idarəçiliyin açıq göstəricisidir.

Zubir daha çox hörmətə, daha böyük vida mərasiminə və daha səmimi təşəkkürə layiq idi. Amma ona verilən, klubun öz səviyyəsini göstərən soyuq bir susqunluq oldu. Və bu susqunluq Zubirdən çox “Qarabağ”ın imicinə yazıldı.

Forvard.az

Oxşar xəbərlər

Bütün xəbərlər