AFFA qələbəyə görə futbolçulara bu qədər mükafat verəcək
Azərbaycan milli komandası ötən gün Millətlər Liqasındakı üçüncü oyununda "doğma divarlar arasında" Litvaya çətinliklə qalib gələrək turnirdə ilk qələbəsini qazanıb.
Qazanılan 3 xal isə AFFA tərəfindən ənənəvi şəkildə qiymətləndirilib.
Pressing.az-a daxil olan məlumata görə, qarşılaşmada start heyətində meydana çıxan futbolçuların hər birinə 30 min manat mükafat veriləcək.
Oyuna sonradan qoşulan futbolçular isə əsas heyət üzvlərinə nəzərdə tutulan məbləğin 75 faizini – 22 min 500 manat alacaqlar.
Matçı ehtiyat oyunçular skamyasından izləyən futbolçuların payına isə mükafatın 50 faizi – 15 min manat düşəcək.
Beləliklə, Litva üzərində əldə olunan qələbə həm turnir cədvəlində liderliyi, həm də milli üzvləri üçün maddi mükafatı təmin edib.
Foto: AFFA
Pressing.az