DÇ: Azərbaycan cüdoçuları mübarizəni dayandırdı
Azərbaycan cüdoçusu Nizami İmranov Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Pressing.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda rusiyalı Ramazan Abdullayevə məğlub olub.
Eyni çəkidə Turan Bayramov 1/32 finalda Finlandiyadan olan Lukas Sahaya məğlub olub.
Bu gün Gültac Məmmədəliyeva (52 kq) da tatamiyə çıxacaq. Ruslan Paşayev (66 kq) isə ilk görüşdə qalib gəlib.
Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.