Xəbər lentiwidget-title-icon

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

2023-cü ildə yüksək nəticələr əldə etmiş güləşçilərlə görüş keçirildi

Bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və gənclər və idman nazirinin müavini Mariana Vasileva 2023-cü ildə keçirilmiş dünya və Avropa çempionatında, hərbçilərin 36-cı dünya çempionatında yüksək nəticələr əldə etmiş idmançılarla görüş keçiriblər.

Pressing.az
xəbər verir ki, tədbirdə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına verdiyi önəm, müxtəlif idman növlərinin tərəqqisi və milli idmançılarımızın yetişdirilməsi Azərbaycanın idman ölkəsi kimi şöhrətini artırır.

Bu sahədə qədim ənənələrə, formalaşmış məktəbə malik güləş xüsusi yer tutur. Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin dəstəyi ilə AGF-nin fəaliyyəti bu idman növünün inkişafını daha da stimullaşdırır, kütləviliyini artırır.

Qeyd edilib ki, 2023-cü il Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam şəkildə bərpası ilə yadda qalıb. İşğaldan azad edilmiş bütün ərazilərimizdə Ali Baş Komandan tərəfindən bayrağımızın ucaldıldığı məhz bu ildə güləşçilərimizin dünya və Avropa çempionatlarında qazandığı uğurlar, beynəlxalq arenalarda əldə olunan qələbələr xalqımız və Azərbaycanın idman ictimaiyyəti üçün ikiqat əlamətdardır.

AGF 2023-cü ildə dünya və Avropa çempionatlarında ən çox medal qazanan idman federasiyası olub. Bu il yunan-Roma güləşi üzrə millimiz tarixdə ilk dəfə dünya çempionu olub. Sərbəst, yunan-Roma və qadın güləşçilərimiz böyüklər arasında dünya çempionatında 2, Avropa çempionatında isə 5 qızıl medal qazanıb.

2024-cü il olimpiada ili olduğu üçün böyük önəm kəsb edir. Olimpiya Oyunlarına mümkün qədər çox lisenziyanın qazanılması, 4-7 apreldə Avropa Olimpiya Təsnifat turnirinin, 20-26 mayda isə U-23 Avropa çempionatının Bakıda yüksək səviyyədə təşkil edilməsi və avqustda Fransada keçiriləcək Paris Yay Olimpiya Oyunlarında qələbələr qazanmaq qarşıda duran əsas hədəflərdir. AGF tərəfindən bütün zəruri tədbirlərin görüləcəyi bildirilib və qarşıdan gələn ildə güləşçilərə və məşqçilərə uğurlar arzulanıb.

Tədbirdə AGF-nin baş katibi Nəsimi Musayev, İcraiyyə Komitəsinin üzvləri Namiq Abdullayev, Fərid Mansurov, yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanov və sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Xetaq Qazyumov çıxış edərək qazanılan uğurlardan danışıblar.

2023-cü ildə Avropa çempionatlarında 22-si qızıl, 20-si gümüş, 30-u bürünc olmaqla 72 medal, dünya çempionatlarında isə 5-i qızıl, 11-i gümüş və 13-ü bürünc olmaqla 29 medal qazanılıb. Ümumilikdə Avropa və dünya çempionatlarında güləşçilərimiz 101 dəfə (27 qızıl, 31 gümüş, 43 bürünc) fəxri kürsüyə qalxıblar.

Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə bu ilin 29 noyabr – 2 dekabr tarixlərində Bakıda keçirilmiş hərbçilərin 36-cı dünya çempionatında 11 qızıl, 3 gümüş və 7 bürünc medal əldə edilib. Sərbəst güləş millimiz komanda hesabında 1-ci, yunan-Roma və qadın güləşi millilərimiz isə 2-ci yeri tutub.

Ümumilikdə 2023-cü ildə güləşçilərimiz beynəlxalq yarışlarda 267 medal (76 qızıl, 75 gümüş, 116 bürünc) qazanıblar.

Tədbir çərçivəsində hərbçilərin 36-cı dünya çempionatında iştirak etmiş güləşçilər, məşqçilər, hakimlər və digər şəxslər təltif edilib.

Oxşar xəbərlər


Bütün xəbərlər

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar