Xəbər lentiwidget-title-icon

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI

İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 9-cu Hesabat-seçki Baş Məclisi keçirilib.

Pressing.az xəbər verir ki, MOK-un inzibati binasında keçirilən Baş Məclisdə Milli Olimpiya Komitəsinin üzvləri, Olimpiya və qeyri-Olimpiya idman növləri federasiyalarının və idman təşkilatlarının nümayəndələri iştirak ediblər.

Baş Məclisdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə “Milli Olimpiya Komitəsinin 2022-2024-ci illərdəki fəaliyyəti” haqqında hesabat məruzə ilə çıxış edib. O, iqtisadi və digər sahələrdə inkişaf sürətinə görə regionun lider dövləti olan Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanındığını bildirib.

Çingiz Hüseynzadə hesabat dövrü ərzində Azərbaycanın idman tarixində bir sıra uğurlu hadisələrin baş verdiyini diqqətə çatdıraraq MOK-un gördüyü işlərin miqyasına görə çox əhatəli olduğunu, əldə edilmiş uğur və nailiyyətlərin həm keyfiyyətinə, həm də kəmiyyətinə görə yüksək səviyyəyə qalxdığını qeyd edib.

“Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrindəki inkişafının əsası ölkə başçısının uzaqgörən siyasətinin nəticəsi olduğu kimi, Olimpiya Hərəkatı və idmandakı uğurlarımız da Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Hesabat dövründə ölkəmizin Olimpiya və idman həyatında bir sıra olduqca əlamətdar tarixi hadisələr baş verib. Azərbaycan Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında qazanılmış 7 (2 qızıl, 2 gümüş, 3 bürünc) medalla ümumi komanda hesabında 30-cu yeri tutub” – deyə, Çingiz Hüseynzadə bildirib.

MOK-un vitse-rezidenti Baş Məclis iştirakçılarına məlumat verərək deyib ki, ötən dövrləri əhatə edən hesabat kitabında Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələri, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin görüşləri, çıxışları, qəbulları, iştirak etdiyi tədbirlər, beynəlxalq yarışlar, idmançılarımızın Olimpiya oyunlarında, Olimpiya festivallarında, İslam Həmrəyliyi Oyunlarında çıxışı, Olimpiya Həmrəyliyi Fondunun proqramları, maliyə-marketinq, informasiya və nəşriyyat məsələləri öz əksini tapıb. O, müxtəlif səviyyəli beynəlxalq yarışlarda atletlərimizin qazandıqları uğurlardan, Bakıda keçirilən beynəlxalq yarışlardan danışaraq, MOK-un hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndirib.

Hesabat məruzəsi dinlənildikdən sonra səsə qoyularaq yekdilliklə qəbul olunub. Sonra MOK-un Təftiş Komissiyasının hesabat məruzəsi dinlənilib.

Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov və idmançılar adından çıxış edən Fərid Mansurov hesabat məruzəsini və MOK-un fəaliyyətini yüksək qiymətləndirərək gələcək işlərdə uğurlar arzulayıblar.

Hesabat-seçki Baş Məclisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib.

Daha sonra İlham Əliyev, Azər Əliyev, Çingiz Hüseynzadə, Fərid Mansurov, Zemfira Meftaxetdinova, Namiq Abdullayev, Nazim Hüseynov, Elnur Məmmədli, Faiq Qarayev və Alla Həsənova MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Baş Məclisdə MOK-un Təftiş Komissiyasının üzvləri də seçilib.

Oxşar xəbərlər


Bütün xəbərlər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR