Xəbər lentiwidget-title-icon

Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi

Mikayıl Cabbarov növbəti dəfə federasiya prezidenti seçildi

Azərbaycan Güləş Federasiyasının (AGF) Ümumi Yığıncağı keçirilib.

Pressing.az xəbər verir ki, tədbir federasiyanın son 4 illik fəaliyyətinin və güləş sahəsində görüləcək işlərin müzakirəsi, həmçinin İcraiyyə Komitəsinin tərkibinə seçkilərin keçirilməsi məqsədilə təşkil olunub.

Yığıncaqda AGF prezidenti Mikayıl Cabbarov dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda idmanın, o cümlədən güləşin inkişafı, gənc istedadların yetişdirilməsi, idmançılarımızın peşəkarlığının və beynəlxalq uğurlarının daha da artırılması ilə bağlı görülən işləri qeyd edib.

Yığıncaqda yetərsay müəyyənləşdirildikdən sonra mandat komissiyasının üzvləri və Ümumi Yığıncağın üzvləri təsdiqlənib. Daha sonra AGF-nin baş katibi Pərvin Piriyevin hesabatı dinlənilib.

Pərvin Piriyev son 4 il ərzində federasiyada görülmüş işlərdən, əldə edilmiş nəticələrdən danışıb. Bu müddət ərzində Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun, “Paris-2024”ə seçim xarakterli Avropa Olimpiya Təsnifat turnirinin və U-23 Avropa çempionatının yüksək səviyyədə keçirildiyini qeyd edən baş katib 2022-2025-ci illərdə müxtəlif beynəlxalq yarışlarda 1031 medal qazanıldığını bildirib: “Bunların 293-ü qızıl, 292-si gümüş, 446-sı isə bürünc medal olub. Milli komandalarımız müxtəlif yaş qruplarında dəfələrlə Avropa və dünya çempionatlarında ilk üçlükdə yer alıb. Yunan-Roma güləşçilərimiz 2023-cü və 2024-cü illərdə dünyanın ən güclü komandası adına sahib çıxıblar. Güləş üzrə maddi-texniki bazanın gücləndirilməsi üçün müxtəlif infrastruktur layihələri həyata keçirilib. Həmçinin kütləviliyin artırılması məqsədilə intensiv təbliğat işləri aparılıb. Titullu güləşçilərin iştirakı ilə ustad dərsləri, məşqçilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün ümumrespublika seminarları təşkil edilib. Güclü irsin formalaşdırılması məqsədilə aşağı yaş qrupları üzrə güləşin inkişafına xüsusi diqqət ayrılıb. Bu da U15 və U17 yaş qruplarında böyük uğurlara nail olunmasına töhfə verib”.

Tədbirdə AGF prezidenti vəzifəsinə səsvermə keçirilib. Mikayıl Cabbarov növbəti 4 il üçün yenidən federasiyanın prezidenti seçilib. Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyev isə növbəti dəfə vitse-prezident vəzifəsinə seçilib. Həmçinin İcraiyyə Komitəsinin üzvləri səsvermə yolu ilə müəyyənləşiblər: Mikayıl Cabbarov, Namiq Əliyev, Namiq Abdullayev, Fərid Mansurov, Vasif Məmmədov.

Çingiz Hüseynzadə və Elnur Məmmədov çıxış edərək ölkədə idmanın inkişafı istiqamətində həyata keçirilən layihələrdən, idmançıların beynəlxalq səviyyədə uğur qazanması üçün yaradılan imkanlardan söz açıblar.

Mikayıl Cabbarov yekun nitqində növbəti 4 il üçün qarşıdan duran hədəfləri və fəaliyyət istiqamətlərini qeyd edib, güləşçilərə məşq və yarışlarda yeni uğurlar arzulayıb.

Oxşar xəbərlər