Xəbər lentiwidget-title-icon

Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyət
Niderland millisində ciddi itki
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat alıb
Azərbaycan yığması Omanı məğlub etdi
“İrlandiya ilə oyunda müdafiədə çox zəif çıxış etdik” - AÇIQLAMA
"Şəfa" yoxlama oyununda məğlub oldu
Bakı şəhər çempionatına start verilib - NƏTİCƏLƏR
"Sabah" "Neftçi"yə qarşı - ABL
Danimarka millisində itki
Azərbaycan millisi İrlandiyaya uduzdu
“Kəpəz” 1-ci Liqa komandası ilə heç-heçə edib
"Lans"ı o çalışdıracaq - RƏSMİ
14 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Ulduz futbolçunun 3 illik evliliyi sona çatdı
Rövşən Nəcəf millimizi təbrik edib
Millətlər Liqasında 5-ci tura yekun vurulur
"Naxçıvan"da ABŞ-li oyunçu - RƏSMİ
“Kür” Mingəçevirdə Şimali Makedoniya klubuna məğlub olub
“Sabah”ın oyunçusu ÇL-də həftənin ən yaxşısı seçildi
"Sabah"ın qapıçısı millidə iki qol buraxdı
"Qarabağ"ın futbolçusu üçün millidə 90 dəqiqə
Azərbaycan millisinin Omanla oyunlarının vaxtı açıqlanıb
Ayxan Abbasov: "Sevindirici hal odur ki, Millətlər Liqasında məğlub olmadıq"
Niderlanddan darmadağın, Slovakiya Farer adaları ilə bacarmadı – NƏTİCƏLƏR
Azərbaycan millisi Lixtenşteynə qalib gəldi

Sabah Bakıda minifutbol üzrə dünya çempionatı start götürəcək

Mayın 21-də Bakıda minifutbol üzrə dünya çempionatına start veriləcək.

Pressing.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək turnirdə 32 ölkənin komandası mübarizə aparacaq.

Açılış mərasimində türkiyəli məşhur müğənni Aleyna Tilki, Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.

Azərbaycan yığması A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə üz-üzə gələcək.

Digər qrupların tərkibi belədir:

B qrupu: Rumıniya, Fransa, Çad, Özbəkistan
C qrupu: Macarıstan, Ukrayna, İngiltərə, Türkiyə
D qrupu: Slovakiya, Bolqarıstan, Portuqaliya, Hindistan
E qrupu: Meksika, Monteneqro, Tailand, Kosta Rika
F qrupu: Qazaxıstan, ABŞ, Bosniya və Herseqovina, Polşa
G qrupu: Çexiya, Gürcüstan, BƏƏ, Argentina
H qrupu: Serbiya, Qana, İspaniya, İsrail

Bu, Dünya Minifutbol Federasiyasının (WMF) təşkilatçılığı ilə baş tutan beşinci mundial olacaq. Əvvəlki dörd yarışda ümumilikdə 63 ölkənin millisi iştirak edib.

WMF-nin ilk turniri 2015-ci ildə ABŞ-də gerçəkləşib. 12 komandanın iştirak etdiyi yarışda meydan sahibləri çempion olub. Meksika yığması ikinci yeri tutubsa, Braziliya üçüncü, Rumıniya dördüncü sırada qərarlaşıb. ABŞ-dən Kreyq Çiles mundialın ən yaxşı oyunçusu, onun həmyerlisi Denni Valtman (10 qol) isə bombardiri olub.

2017-ci ildə Tunisdə keçirilmiş dünya çempionatında komanda sayı artırılıb. 24 millinin qatıldığı yarışda Çexiya yığması sevinən tərəf olub. Meksika bu dəfə də ikinci yerlə kifayətlənib. Üçüncü və dördüncü yerlərdə müvafiq olaraq Seneqal və İspaniya qərarlaşıblar. Tunisli Ouday Belhaj ən yaxşı oyunçu adına layiq görülüb. İspaniyalı Fransisko Kastano (10 qol) bombardir adına sahib çıxıb.

İki il sonra – 2019-cu ildə Avtraliya ev sahibi kimi mundialı təşkil edib. Bu dünya çempionatında millilərin sayı 32-yə çatdırılıb. İlk iki turnirdə gümüş medallara sahib çıxan Meksika bu dəfə istəyinə çataraq qızıl mükafatçı olub. Braziliya yarışı ikinci, Rumıniya üçüncü, Macarıstan isə dördüncü pillədə başa vurub. Meksikalı Moyzes Qonsales ən yaxşı oyunçu, çexiyalı Ondrey Padera (10 qol) bombardir olub.

Mundial 2021-ci ildə koronavirus pandemiyası səbəbindən təşkil edilməyib.

Nəhayət, növbəti dünya çempionatı 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində baş tutub. 2022-ci ildə Avropa çempionu titulunu qazanan Azərbaycan millisi bu yarışda dördüncü yeri tutub. Komanda üçüncü yer uğrunda qarşılaşmada Macarıstana 1:3 hesabı ilə uduzub. Penaltilər seriyasında (əsas vaxt – 2:2) Qazaxıstanı üstələyən Rumıniya qızıl medal əldə edib. Rumıniyalı Draquş Nitu ən yaxşı oyunçu, onun həmyerlisi Marius Qabriel Baloq (6 qol) bombardir üçün nəzərdə tutulan mükafatı alıb.

Milli Gimnastika Arenasında təşkil olunacaq dünya çempionatının final oyunu iyunun 1-də keçiriləcək.

Oxşar xəbərlər


Bütün xəbərlər