Xəbər lentiwidget-title-icon

Kurtua birincidir
"Şamaxı"nın futbolçusu oynadı, komandası pley-offa yüksəldi
“Qarabağ”ın 2025-ci ildəki 11 önəmli hadisəsi
101-ci debüt...
“Arsenal”da itki
AMADA 2025-ci ilin hesabatını açıqladı
Daha bir ulduz karyrasını bitirdi
Tahir Gözəl: “Qarabağ” öz adını bir daha zirvələrə yazdırdı”
30 dekabr: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Kəpəz”in qış hazırlıq planı bəllidir
“Qarabağ”ın futbolçusu məşqçilik kurslarına qatılıb
Arauxo sıralara geri dönüb
Tanınmış məşqçi əməliyyat olunub
AFFA "Lənkəran"ın şikayətini qismən təmin edib
“Sabah”ın komandaları ili qələbə ilə bitiriblər
Yenidən Fransa klubunda
Ukraynalı istedad "Liverpul"da
Mikayıl Cabbarov, Mais Bərxudarov... Qurbanovun oğlunun toyunda kimlər iştirak edib? – FOTOLAR
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə qatılacaq
Avropa Cüdo Birliyi Azərbaycanda katanın inkişafından bəhs edən yazı dərc edib
WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix bəlli olub
Gəncə şəhər stadionu ilə bağlı SON DURUM
"Turan Tovuz"da ayrılıq - RƏSMİ
29 dekabr: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
16 turda 16 böyükhesablı nəticə

AVF-dən problemlə üzləşən klublarla bağlı AÇIQLAMA

Azərbaycan Voleybol Federasiyası son günlər "Xarı Bülbül Şuşa" və "Xarı Bülbül Laçın" komandalarının üzləşdiyi maliyyə çətinliyi ilə bağlı məsələlərə münasibət bildirib.

Pressing.az
xəbər verir ki, federasiyanın bununla bağlı yaydığı açıqlamada bildirilir ki, Azərbaycan milli çempionatlarında təmsil olunan klubları maliyyə resurslarını özləri müəyyən edir və voleybolçularla müqavilələr bağlayaraq hazırlıq proseslərinə başlayırlar:

"Azərbaycan Voleybol Federasiyası müvafiq qaydada çempionatın keçirilməsi ilə bağlı mümkün maliyyə imkanları çərçivəsində komandalara dəstək göstərir.

Beləliklə, digər komandalar kimi "Xarı Bülbül Şuşa" və "Xarı Bülbül Laçın" klubları da göstərilən meyarlar əsasında "Yüksək Liqa"da çıxış etmək üçün Azərbaycan Voleybol Federasiyasına müraciət edib. Əlavə olaraq, "Xarı Bülbül Şuşa" komandasının avrokubok oyunlarında iştirakı ilə əlaqədar yaranacaq xərclərlə bağlı "Xarıbülbül Voleybol Klubu" Məhdud Məsuliyyətli Cəmiyyəti 5 iyun 2023-cü il tarixli müraciəti ilə Azərbaycan Voleybol Federasiyası qarşısında öhdəlik götürüb və bu barədə klub tərəfindən federasiyaya müvafiq zəmanət məktubu təqdim edilib.

"Yüksək Liqa" çempionatının və avrokubok yarışlarının gedişatında "Xarı Bülbül Şuşa" və "Xarı Bülbül Laçın" komandaları maliyyə çətinliyi ilə əlaqədar Azərbaycan Voleybol Federasiyasına müraciət edib və federasiya öz növbəsində müvafiq köməkliyin göstərilməsi üçün klublardan oyunçularla müqavilə şərtləri haqqında məlumatlar istəyib. Sözügedən məlumatlar federasiyaya təqdim edilməsə də, hər iki komandanın bir aylıq əmək haqları klubun hesabına köçürülüb".

Qeyd edilib ki, Azərbaycan Voleybol Federasiyası buna qədər də öz imkanları daxilində sözügedən klublara dəstək olub: "Xarı Bülbül Şuşa" və "Xarı Bülbül Laçın" komandalarının bütün mövsüm ərzində GİN-in Voleybol Mərkəzindən istifadəsi ilə bağlı bütün xərclərini (məşqlərin və oyunların keçirilməsi) öz üzərinə götürüb. Eyni zamanda, federasiya "Xarı Bülbül Şuşa" komandasının xarici oyunçularının transfer xərclərini ödəyib. Bu kimi halların baş verməməsi üçün federasiya tərəfindən klublara oyunçu transferini, texniki heyətini və təlim-məşq toplantıları ilə bağlı danışıqlarını büdcə təsdiq edildikdən, maliyyə mənbələri aydın olduqdan sonra başlamasını tövsiyə edib"

Azərbaycan Voleybol Federasiyası qeyd edir ki, "Xarı Bülbül Şuşa" komandası bu mövsümə qədər öz imkanları ilə "Yüksək Liqa"da çıxış edib və federasiyadan heç bir köməklik istəməyib: "Azərbaycan Voleybol Federasiyası öz işini İdarə heyəti tərəfindən təsdiq edilmiş strateji fəaliyyət planı və son icra tarixləri müəyyən edilmiş tədbirlər planına uyğun həyata keçirir. Kişilər, eləcə də qadınlar arasında "Yüksək Liqa"da çıxış edən klubların sayının artırılması, uşaq voleybolunun inkişaf etdirilməsi baxımından regional voleybol klublarının yaradılması, aşağı yaş qrupları üzrə bir sıra beynəlxalq yarışlarda iştirak, çimərlik voleybolunun inkişafı və bu kimi digər vəzifələr cari mövsüm öncəsi Azərbaycan Voleybol Federasiyasının qarşısında duran prioritet vəzifələrdir".

Oxşar xəbərlər


Bütün xəbərlər

Kurtua birincidir
"Şamaxı"nın futbolçusu oynadı, komandası pley-offa yüksəldi
“Qarabağ”ın 2025-ci ildəki 11 önəmli hadisəsi
101-ci debüt...
“Arsenal”da itki
AMADA 2025-ci ilin hesabatını açıqladı
Daha bir ulduz karyrasını bitirdi
Tahir Gözəl: “Qarabağ” öz adını bir daha zirvələrə yazdırdı”
30 dekabr: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Kəpəz”in qış hazırlıq planı bəllidir
“Qarabağ”ın futbolçusu məşqçilik kurslarına qatılıb
Arauxo sıralara geri dönüb
Tanınmış məşqçi əməliyyat olunub
AFFA "Lənkəran"ın şikayətini qismən təmin edib
“Sabah”ın komandaları ili qələbə ilə bitiriblər
Yenidən Fransa klubunda
Ukraynalı istedad "Liverpul"da
Mikayıl Cabbarov, Mais Bərxudarov... Qurbanovun oğlunun toyunda kimlər iştirak edib? – FOTOLAR
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə qatılacaq
Avropa Cüdo Birliyi Azərbaycanda katanın inkişafından bəhs edən yazı dərc edib