Xəbər lentiwidget-title-icon

"KuPS" - "Sabah" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisi Avropa çempionatında Portuqaliyaya qalib gəlib
İtaliya millisi yenə ona ehtiyac duydu
"Siti"dən Qvardiol qərarı
"Araz-Naxçıvan" Qəbələdə oynayacaq
AGF-dən 3 ölkənin güləş federasiyası ilə ikitərəfli anlaşma memorandumu
“Murov Az Terminal”da yeni müqavilə
DÇ: Hüseynli erməni rəqibini məğlub etdi, yarımfinala yüksəldi
Fransa millisi Zidana həvalə olundu - RƏSMİ
İtaliya nəhəngindən yeni transfer
"Qarabağ"ın rəqibindən qələbə
“LANDAU Lions” Azərbaycan millisinin üzvünü transfer edib
28 iyul: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
AFFA fiziki performansın qiymətləndirilməsi üzrə vebinar təşkil edib
Azərbaycan güləşçisi dünya çempionatının finalında
"Sabah" Çempionlar Liqasında cavab oyununa çıxır
Əvəzedicilər Əvəzedicilər Liqasında 2026/2027 mövsümünün TƏQVİMİ
"Zaqatala"dan "Xankəndi"yə - RƏSMİ
Yığmamızın yeni məşqçiləri valideynlərə təqdim olunub
"Qəbələ"dən ayrılan Ovusu Avropada
"Turan"da yaponiyalı oyunçu
Valdas Dambrauskas: "Çempionlar Liqasında səfərdə keçirilən heç bir oyun asan olmur"
Bakıda güləş üzrə dünya çempionatının açılış mərasimi keçirilib
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
Azərbaycan çempionatlarında püşkatmaların tarixləri məlum olub

Tərlan Əhmədov: "Klubun İrdarə Heyətinin rəhbəri mənə dəstəkdir"

"Hər qələbə xoş olur. Yaxşı mübarizəli futbol gördük, drammatik oyun alındı. Bəlkə də ilk dəfə idi ki, bu qədər həyəcan keçirirdim. Futbolçulara demişdim ki, gözəl futbol istəmirəm, qələbə qazanmaq lazımdır. Bu matç bizə ümid verdi. Futbolçularıma təşəkkür edirəm".

Pressing.az xəbər verir ki, bunu "Kəpəz" klubunun baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 23-cü turunun "Şamaxı" (3:2) ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Futbolçuların psixoloji durum necədir?

- Belə məsələlər xoş deyil. Mən bura gələn gündən söz-söhbətlər var. Bu mövzuya qayıtmaq istəmirəm. "Səbail"i burada udanda, "Qarabağ"la heç-heçə edəndə də, məni istefaya səsləyirdilər. Mətbuata hər zaman hörmətlə yanaşıram. May ayına kimi müqaviləm var. Premyer Liqada qalacağıq, ondan sonra oturub söhbət edərik. Hər zaman təzyiqə məruz qalmışam. Bu, hər zaman olacaq. Hamı məni sevə və ya nifrət edə bilməz. İstəyirəm ki, hamı "Kəpəz"in ətrafında birləşsin. Premyer Liqada qalaq, ondan sonra kimi istəsələr, gətirsinlər. Heç bir komandadan zəif oynamırıq. "Kəpəz"in, "Neftçi"nin böyük tarixi var. Bu klubların tarixi mənim üçün önəmlidir. Mənimlə kiminsə ədavəti varsa, evimin qapısı hamının üzünə açıqdır. Evim şəhərin mərkəzindədir. Şəxsi münasibət kənarda qalmalı, hamı "Kəpəz"in ətrafında birləşməlidir. Daha yaxşı nəticələr istəyirəm, ona görə də işimi davam etdirəcəyəm.

- Son iki matçda müdafiədə çox ciddi boşluqlar hiss olunur. Bu nə ilə bağlıdır?

- Bu qədər təzyiqin altında futbolçuları motivasiya etmək çətindir. Ailə həyatında da olur, hər şey yaxşı gedir, bir də görürsən problemlər baş verir. Bu təbiidir. Müdafiədəki boşluqlar məni də narahat edir. İndi mətbuat orqanları çoxdur, hamı baş verənləri yazır. Bu da xəbəri oxuyan futbolçulara təsdir edir. İlk dəqiqlərədn komandada həyəcan hiss olunurdu.

- Sizi istəməyənlərin komandanın oyununa müdaxilə edə biləcəklərini düşünmürsüz?

- Yox. Futbolçularla hər zaman danışıram. Onlara deyirəm ki, valideyinlərinizi, yaxınlarınızı, sizin uğurlarınıza sevinən insanları düşünün. Başqalarının dediklərinə fikir verməyin. Bu cür neqativ fikirləri futbolçuların yaxınına buraxmıram. Onlarla hər zaman fərdi söhbətlər aparıram.

- Növbəti iki oyununuz səfərdədir. Həmin matçlarda nəticəni, yoxsa gözəl oyunu düşünəcəksiz?

- Səfərdə qazanılan hər xal xeyirlidir. Hər matçın öz hazırlığı, taktikası var. Son matçlarda baş verənlər bizi məcbur etdi ki, sırf nəticə üçün oynayaq. "Qarabağ"ın dünənki matçından sonra futbolçularım zarafatla deyir ki, biz "Gent"dən güclüyük, "Qarabağ"dan xal almışıq. Bunları nəzərə alaraq tapşırıq verdim ki, nəticə üçün oynayın. Gözəl oyuna heç kim qiymət vermir.

- Salif Sanenin durumu nə yerdədir?

- Müalicəsi bitmək üzrədir. İki gün sonra fərdi məşqlərə başlayacaq. "Sabah"la matçda onu meydanda görə bilərik.

- Klub rəhbərliyi ilə baş tutan iclasda Xaliq Mərdanovun iclası vaxtından əvvəl tərk etdiyi deyilir. Bu haqda nə deyə bilərsiz?

- Bu barədə heç nə danışmaq istəmirəm. Kim toplantıda nə deyibsə, özləri danışsınlar. Mənim öz səviyyəm var. Çalışıram ki, ağır şaraitdə, heç nəyi olmayan komanda uğurlu çıxış etsin.

- Xaliq Mərdanov sizin əsas komandadan uzaqlaşdırdığınız futbolçulara xüsusi münasibət göstərir, kapitanlıq verir. Sizcə, niyə belə edir?

- Canları sağolsun. Necə istəyirlər elə də işləsinlər.

- Sizə 3 oyunluq vaxt verildiyi deyilir...

- Söhbətlər oldu. Deyilmişdi ki, iki matçdan xal toplamaq lazımdır. Bu gün çoxları bizim məğlub olacağımızı gözləyirdi. Amma qələbə qazandıq.

- Tək qaldığınızı düşünmək olar?

- Yox. Mənim də ətrafım var. Klubun İrdarə Heyətinin rəhbəri mənə dəstəkdir. Ona görə də işimizi davam etdiririk.

Oxşar xəbərlər


Bütün xəbərlər

"KuPS" - "Sabah" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisi Avropa çempionatında Portuqaliyaya qalib gəlib
İtaliya millisi yenə ona ehtiyac duydu
"Siti"dən Qvardiol qərarı
"Araz-Naxçıvan" Qəbələdə oynayacaq
AGF-dən 3 ölkənin güləş federasiyası ilə ikitərəfli anlaşma memorandumu
“Murov Az Terminal”da yeni müqavilə
DÇ: Hüseynli erməni rəqibini məğlub etdi, yarımfinala yüksəldi
Fransa millisi Zidana həvalə olundu - RƏSMİ
İtaliya nəhəngindən yeni transfer
"Qarabağ"ın rəqibindən qələbə
“LANDAU Lions” Azərbaycan millisinin üzvünü transfer edib
28 iyul: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
AFFA fiziki performansın qiymətləndirilməsi üzrə vebinar təşkil edib
Azərbaycan güləşçisi dünya çempionatının finalında
"Sabah" Çempionlar Liqasında cavab oyununa çıxır
Əvəzedicilər Əvəzedicilər Liqasında 2026/2027 mövsümünün TƏQVİMİ
"Zaqatala"dan "Xankəndi"yə - RƏSMİ
Yığmamızın yeni məşqçiləri valideynlərə təqdim olunub
"Qəbələ"dən ayrılan Ovusu Avropada