Xəbər lentiwidget-title-icon

İkinci Liqada 6 oyunun saatı məlum olub
Gəncə futbolunda Mahmud Qurbanov səsi: Veteranlardan çağırış
Birinci Liqada həftənin hakimləri məlum olub
Rəşad Sadıqov: “Bizim üzərimizdə daha çox təzyiq var”
"Zirə"də itkilər
"Səbirsizliklə sabahkı matçı gözləyirik" - Valdas Dambrauskas
Azərbaycan şahmatçıları türkdilli ölkələr arasında açıq yarışda
Azərbaycan yığması Macarıstanda yoxlama oyunları keçirəcək
“Sabah" Puxaçı birdəfəlik transfer edir
11 may: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
“Astana”nın üzvü “Bakı–Xankəndi” velosiped yarışının üçüncü mərhələsinin qalibi olub
Qazaxıstan mediası “Sabah”ın çempionluğundan yazdı
“Sabah”la “Zirə”nin 31-ci dueli
2-ci Liqada 26-cı tura yekun vurulacaq
"Araz Naxçıvan" legioneri göndərib
Azərbaycan taekvondoçusundan Avropa çempionatında gümüş medal
“Səbail”in potensial sponsoru ilə bağlı QARANLIQ MƏQAMLAR
“Sabah”a çempionluq kubokunun veriləcəyi tarix məlum olub
Ömər və Qurban Avropa çempionatının finalında!
Azərbaycan atıcılarından AÇ-də bürünc medal
"Xankəndi"nin qələbəsi - VİDEO
PSJ cəbhəsində sevindirici xəbər
Azərbaycan millisi Gürcüstana da uduzdu
"Turan Tovuz" avrokuboklarda, "Karvan-Yevlax" liqadan düşdü, "Neftçi" "Şamaxı"ya qalib gəldi
2-ci Liqada 26-cı tura start verilib - NƏTİCƏLƏR

"Oyun göstərdi ki, düz yoldayıq" - Tərlan Əhmədov

"Maraqlı oyun izlədik. İtkilərə baxmayaraq, komandanı motivasiya etmişdik. Əzəli rəqiblə derbidə yaxşı mübarizə aparıb xal götürmək vacib idi. Komandam gözəl mübarizə apardı. Yaxşı oynadıq. Hesab böyük də ola bilərdi, biz də onlar da qalib gələ bilərdi".

Pressing.az
xəbər verir ki, bu sözləri "Kəpəz" klubunun baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 27-ci turunda "Neftçi"də ilə keçirilən səfər matçından sonra mətbuat konfransında deyib.

O, 2:2 hesablı bərabərliyi belə şərh edib: "İntizamlı oyunumuz məni daha çox sevindirir. İnkişaf edirik. Qalib gələ bilən komanda kimi formalaşırıq. Oyuna görə futbolçularıma təşəkkür edirəm. Çox xallar itirmişik. Öz səhvlərimizdən də, hakim səhvlərindən də. Oyun göstərdi ki, düz yoldayıq və fasilədən sonra problemləri həll edib, komandanı bir balaca da yuxarı qaldıra bilərik. Azarkeşlərə təşəkkür edirəm. Veteran futbolçulara da həmçinin.

"Neftçi" də böyük klubdur, "Kəpəz" də. Amma "Kəpəz" uzun müddətdən sonra Premyer Liqaya qayıdıb. Yeddinci aydır buradayıq. "Neftçi"dən xal almaq böyük nəticədir. Çünki yeni formalaşırıq. Heç-heçə ədalətli nəticə idi. Hər iki komandanın şansı var idi. Səfərdə qazanılan bir xal düzgün, uğurlu yolumuzda təkan olacaq".

T.Əhmədov qeyd edib ki, əsas məqsədləri Premyer Liqada qalmaqdır: "Ağır qrafikdir. Komandanın buna qədər və bu gün göstərdiyi oyun ümid verir ki, Premyer Liqada qalaq. Qarşıma qoyulan məqsəd liqada yerimizi qorumaqdır. Çalışıram ki, 6-7-ci yerlərdə olaq. Bura gələndə deyirdilər ki, hara gedirsən, orada futbol oynamırlar. Amma futbolçuların oynadığı oyunu görürsüz. Onlara təkliflər var".

Baş məşqçi futbolçularını bugünkü oyuna çox asan motivasiya etdiyini bildirib: "Komanda yenidir, formalaşma prosesi gedir. Stabil oyundan söhbət gedə bilməz. Çalışıram ki, 3-4 oyun stabillik, qələbələr olsun. Möcüzə yaradacaq bir şeyim yoxdur. Hədəfim odur ki, "Kəpəz" liqada qalsın. Kimisə büdrətmək haqda düşünmürəm. Hər rəqibə fərqli hazırlıqla gedirəm. Futbolçuları ən çox motivasiya etdiyim oyun bugünkü idi. Səkkiz dəqiqə matç haqda təlimat vermişəm. Digər görüşlərdə isə 20-25 dəqiqə. Çünki futbolçular nə etməli olduqlarını bilirdilər".

T.Əhmədov "Hansısa komanda Premyer Liqanı tərk etməlidir, yoxsa çempionatda klub sayı artmalıdır" sualını belə cavablandırıb: "İstəyərəm ki, cənub bölgəsindən komandamız olsun, Zaqatalaya böyük futbol qayıtsın, şimaldan da həmçinin. 16 komanda olsun, Premyer Liqada klub sayı artsın. Hər rayonumuzda həyata baxış fərqlidir. "Şəmkir" tarixində ilk dəfə ÇL-də mərhələ keçib. Amma bu gün yada salınmır. "Simurq" pley-offda olub, indi yoxdur. "Xəzər Lənkəran", "Bakı" yoxdur. Onları qaytarsaq, hərəsindən 1-2 futbolçu çıxarsaq, kənardan milliləşdirilmiş oyunçu gətirmərik. Hər halda qərarı AFFA İcriaiyyə Komitəsi verir. Artırılsa, daha yaxşı olar".

Oxşar xəbərlər

Bütün xəbərlər