Xəbər lentiwidget-title-icon

Azərbaycanın 2 güləşçisi dünya çempionatının finalında
“Sabah” 10-a çatdı - STATİSTİKA
Valdas Dambrauskas: "Bu qələbə tarixi nailiyyətdir"
"Sabah" Çempionlar Liqasında mərhələ adladı, KL-in qrupunu təmin etdi!
"KuPS" - "Sabah" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisi Avropa çempionatında Portuqaliyaya qalib gəlib
İtaliya millisi yenə ona ehtiyac duydu
"Siti"dən Qvardiol qərarı
"Araz-Naxçıvan" Qəbələdə oynayacaq
AGF-dən 3 ölkənin güləş federasiyası ilə ikitərəfli anlaşma memorandumu
“Murov Az Terminal”da yeni müqavilə
DÇ: Hüseynli erməni rəqibini məğlub etdi, yarımfinala yüksəldi
Fransa millisi Zidana həvalə olundu - RƏSMİ
İtaliya nəhəngindən yeni transfer
"Qarabağ"ın rəqibindən qələbə
“LANDAU Lions” Azərbaycan millisinin üzvünü transfer edib
28 iyul: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
AFFA fiziki performansın qiymətləndirilməsi üzrə vebinar təşkil edib
Azərbaycan güləşçisi dünya çempionatının finalında
"Sabah" Çempionlar Liqasında cavab oyununa çıxır
Əvəzedicilər Əvəzedicilər Liqasında 2026/2027 mövsümünün TƏQVİMİ
"Zaqatala"dan "Xankəndi"yə - RƏSMİ
Yığmamızın yeni məşqçiləri valideynlərə təqdim olunub
"Qəbələ"dən ayrılan Ovusu Avropada
"Turan"da yaponiyalı oyunçu

"Sizə kim deyib ki, "Kəpəz"dən getməyəcəm?" - Tərlan Əhmədov

"Kəpəz" klubu Azərbaycan Premyer Liqasının 34-cü turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.

Pressing.az
xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı və sürətli oyun oldu. Qalib də gələ bilərdik, məğlub da ola bilərdik. Son matçlara baxanda komanda bu gün daha istəkli idi. Bu 1 xal bizim üçün vacib idi. Zirədə oynamaq çox çətindir. Mübarizəyə görə futbolçularıma təşəkkür edirəm. İlk hissədə gözəl oynadıq. İkinci hissənin ilk dəqiqələrində rəqibin təzyiqi var idi. Bu da təbiidir. Sona qədər intizamlı oynayıb hesabı qoruduq.

- 2 xal itirdiniz, yoxsa 1 xal qazandınız?

- Hər iki komanda həm 2 xal itirib, həm də 1 xal qazanıb. Nəticə oyuna görə oldu.

- Qapıda Orxan Sadıqlının olmamasının səbəbi nə idi?

- Hər futbolçuya dəyər veririk. Heç bir oyunçunu silmirik. Çalışırıq kız hamı oyun formasında qalsın. Çünki, hər an hər şey baş verə bilər. Son oyunlarda qapıda Orxan idi. Bu gün istədik ki, Mario Mustapiçə şans verək.

- Sizcə, artıq Premyer Liqada qalmağı təmin etmisiz?

- Yox. Hələ tam demək olmaz. Qarşıda hələ 2 tur var. Rəqiblərimizin isə 3 oyunu qalıb. Sabahkı və ayın 17-si baş tutacaq matçlardan sonra bəlli olacaq.

- "Kəpəz" öz meydanında nə vaxt oynaya biləcək?

- Bu suala mən cavab verməsəm, daha yaxşı olar. Çünki, heç bir məlumatım yoxdur.

- "Kəpəz"də qalacaqsız?

- Sentyabrın 4-də bu komandanı götürəndə demişdim ki, Premyer Liqada qalacağıq. Qarşıma məqsəd qoyulmuşdu ki, "Kəpəz" Premyer Liqada qalsın. Bu məsələ hələ ki, tam rəsmiləşməyib. Qış fasiləsindən sonrakı proseslərdə demişdim ki, "Kəpəz"dən gedəcəm. Sizə kim deyib ki, mən getməyəcəm?

- Son 2-3 ayda klubdaxili çaxnaşmalar səngiyib. Buna görə belə düşünürəm...

- Bəlkə də gizlin gedən proseslər də var. Hələ ki, sözümün arxasındayam.

- Yəni...

- Yəni ki, getmək məsələm hələ gündəmdədir.

- Premyer Liqada qalmağı təmin etsəniz, növbəti turlarda az oynayan futbolçulara şans verəcəksiz?

- Birdən-birə bütün heyəti dəyişə bilmərəm. Mənim üçün önəmli olan klubun adını daha da qaldırmaqdır. Fərdlər gəlib-gedir. Amma "Kəpəz"in adı həmişə yaşayır. Nə baş versə də, son iki turda komandanın adını saxlamağa çalışacam. Bir-iki dəyişiklik ola bilər.

- Fasilədə azarkeşlərlə gərginlik yaşandı. Orada nəBirdən baş vermişdi?

- Futbolun gözəlliyi tək oyun deyil. Meydandakı gərginlik, futbolçular arasındakı münaqişə də futbolun gözəlliyidir. Şükür allaha ki, dava olmayıb. Söz atışması ola bilər. Mən də edə bilərəm. Görünən və görünməyən tərəflər var. Təzyiq altındayıq. Bunu bir biz bilirik, bir də bizi bu dünyaya bəxş edən.

- Sizi milli komandaya namizəd hesab edənlər var. Yığmada işləmək istəyərsiz?

- Millidə işləmək hər birimiz üçün böyük şərəfdir. Həmçinin mənim üçün də. Buradan gedəndən sonra haradan təklif gələcəyi bilinmir. Adımı çəkənlərin hamısına təşəkkür edirəm. İşimiz bunu göstərir. Təklif olsa, sevə-sevə yükün altına girməyə hazıram.

Oxşar xəbərlər


Bütün xəbərlər

Azərbaycanın 2 güləşçisi dünya çempionatının finalında
“Sabah” 10-a çatdı - STATİSTİKA
Valdas Dambrauskas: "Bu qələbə tarixi nailiyyətdir"
"Sabah" Çempionlar Liqasında mərhələ adladı, KL-in qrupunu təmin etdi!
"KuPS" - "Sabah" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisi Avropa çempionatında Portuqaliyaya qalib gəlib
İtaliya millisi yenə ona ehtiyac duydu
"Siti"dən Qvardiol qərarı
"Araz-Naxçıvan" Qəbələdə oynayacaq
AGF-dən 3 ölkənin güləş federasiyası ilə ikitərəfli anlaşma memorandumu
“Murov Az Terminal”da yeni müqavilə
DÇ: Hüseynli erməni rəqibini məğlub etdi, yarımfinala yüksəldi
Fransa millisi Zidana həvalə olundu - RƏSMİ
İtaliya nəhəngindən yeni transfer
"Qarabağ"ın rəqibindən qələbə
“LANDAU Lions” Azərbaycan millisinin üzvünü transfer edib
28 iyul: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
AFFA fiziki performansın qiymətləndirilməsi üzrə vebinar təşkil edib
Azərbaycan güləşçisi dünya çempionatının finalında
"Sabah" Çempionlar Liqasında cavab oyununa çıxır