Fərid Namazov: "Neftçi" dominant oynayırdı"
"İmişli" Misli Premyer Liqasının 5-ci turu çərçivəsində Yevlax şəhər stadionunda "Neftçi"yə 2:3 hesabı ilə məğlub olub.
Pressing.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Fərid Namazov matçdan sonra keçirilən mətbuat konfransına qatılıb:
"Neftçi" 4 turda 3 qələbə qazanmışdı. Əlbəttə onların məqsədi çempion olmaqdır. Təzyiqin olacağını bilirdik. "Neftçi"nin ilk 15 dəqiqədə hücum edib hesabı açmağa çalışacağını gözləyirdik. Təzyiqi üzərimizdən atıb öz oyunumuzu oynamağa çalışırdıq. İlk 15 dəqiqə heç də yaxşı alınmadı. Birinci qolu buraxdıq, ardınca 2 qol... Daha sonra sistem dəyişikliyinə getdik. Meydandakı oyunçuların yerlərini dəyişdik. Şükürlər olsun ki, tez toparlandıq və fasiləyə bərabərliklə getdik. İlk 20 dəqiqə "Neftçi"nin üstünlüyü şəraitində keçdi. Sonra oyunu bərabərləşdirməyə çalışdıq. Reallıq odur ki, "Neftçi" dominant oynayırdı. Bizim planımız əks-hücumlarda, keçidlərdə üstünlük yaratmaq idi".