"Qalatasaray" gedib "Sportinq"ə 1:3 uduzursa, "Sabah" niyə "Mançester Yunayted"ə məğlub olmasın?"
"Əvvəlcə "Sabah"ı təbrik edirəm. Tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb və qrup mərhələsinə yüksəlib. "Mançester Yunayted" bir neçə dəfə Çempionlar Liqasının qalibi olmuş klubdur. Bu rəqibə qarşı səfərdə oynamaq hər komandaya nəsib olmur".
Bu sözləri Pressing.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Mahir Şükürov deyib. O, "Sabah"ın ötən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda səfərdə "Mançester Yunayted"ə qarşı oyunu (4:0) haqda fikirlərini bölüşüb:
"Mançester Yunayted"lə "Sabah" arasında həm büdcə, həm oyunçu keyfiyyəti, həm də çempionat baxımından nə qədər böyük fərq olduğunu deməyə, məncə, ehtiyac yoxdur. Lakin buna baxmayaraq, komandamız "Old Trafford" kimi stadionda, o boyda dəstək önündə adlı-sanlı rəqibinə qarşı qapalı yox, açıq futbol nümayiş etdirdi. İngiltərəli azarkeşlər bir dəqiqə belə dayanmadan komandalarını dəstəkləyirlər. Azərbaycan millisinin heyətində İngiltərəyə qarşı oynayarkən, şəxsən o atmosferin şahidi olmuşam. Hesabın böyük olacağını onsuz da dərk edirdik. Ruhdan düşməsinlər, qarşıda hələ oyunlar var, ona köklənsinlər".
Şükürov 0:4 hesablı məğlubiyyətdən sonra "Sabah"a qarşı yönələn tənqidləri doğru hesab etmədiyini də söyləyib:
"Sabah"ın rəqibləri məlum olanda bilirdik ki, bizi böyükhesablı məğlubiyyətlər gözləyir. Demək olar ki, ÇL-də ən çətin rəqiblər komamdamızın bəxtinə düşüb. Məni tanıyanlar bilir ki, obyektiv adamam. Bu gün həm büdcəsinə, həm heyətinə, həm də çempionatın səviyyəsinə görə "Sabah"dan qat-qat üstün olan "Qalatasaray" gedib səfərdə "Sportinq"ə 1:3 uduzursa, təmsilçimiz niyə "Mançester Yunayted"ə 0:4 hesabıyla məğlub olmasın? Məsələn, bir futbolçuya desən ki, "Sənə Azərbaycanda 1 milyon verirəm, "Qalatasaray" isə 200 min", əlbəttə, o oyunçu sevə-sevə Türkiyəyə qaçacaq. Çempionatın səviyyəsi, "vizyon"a görə. Ona görə də bir oyuna görə "Sabah"a qarşı yönələn tənqidləri haqlı hesab etmirəm.
Xülasə, hər şey yaxşıdır. "Sabah"a bir daha uğurlar arzu edirəm. Düz yoldadırlar, belə də davam etsinlər. Qarşıda hələ oyunlar var və "Mançester Yunayted"lə matçdakı kimi açıq, çəkinmədən oynasa, təmsilçimiz yaxşı nəticələr əldə edə bilər".
Daşqın Əziz