Elnur Cəfərov: "Bəxt üzümüzə gülmədi" – MÜSAHİBƏ
“Şəfa” ötən gün Misli Premyer Liqasının X turunda “Sumqayıt”la heç-heçəyə razılaşıb – 1:1.
Bakı təmsilçisinin kapitanı Elnur Cəfərov qarşılaşmadan sonra Pressing.az-ın suallarını cavablandırıb:
– Oyunla bağlı fikirləriniz nədir?
– Məncə, dinamik matç keçdi. Epizodlarımız çox oldu, amma fərqlənə bilmədik. Futbolda bəxt amili də sözünü deyir. Dirəkdən qayıdan toplarımız oldu. Rəqib qapıçı da əla çıxış etdi, onu təbrik edirəm. Futbolun qanunudur, vurmayana vurarlar.
– Artıq neçənci oyundur ki, üstün olduğunuz matçlarda xal itirirsiniz…
– Necə deyim? Qol epizodları yaradırıq, üstün futbol göstəririk, amma fərqlənə bilmirik. Bunlar bizə də psixoloji təsir edir. Matça çox yaxşı hazırlaşmışdıq, meydanda da üstünlüyümüz göründü. Rəqibə heç qol fürsəti vermirdik. Bir əks-hücumdan fərqləndilər. Yenə bəxt üzümüzə gülmədi.
– Növbəti oyun “Araz-Naxçıvan”a qarşıdır. Bugünkü bir xal motivasiya verəcək?
– Bizim üçün ağır qarşılaşma olacaq. Məqsədimiz yalnız üç xal qazanmaq olacaq.
– Hakim idarəçiliyi ilə bağlı nə düşünürsünüz? Sizcə, İsi Sulimanın topa əllə toxunduğu epizodda penalti verilməliydi?
– Top rəqibin futbolçusu Sulimanın əlinə dəymişdi və penalti təyin olunmalı idi. Başqa cür necə ola bilərdi ki? Məşqçilər heyəti də epizoda baxan kimi penalti olduğunu dedi. Referilər isə fərqli düşündü. Xırda foullarda da rəqibin lehinə qərarlar oldu. Qismət olsa, növbəti matçlarda yaxşı nəticələr üçün daha da çox çalışacağıq.
Daşqın Əziz