Xəbər lentiwidget-title-icon

Bellinqemdən ikinci dəfə
"Xankəndi" Zaur Hacıyevi istefaya göndərdi - RƏSMİ
25 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi
"Zirə"dən ayrılan qapıçı "Şəfa"da
Fərid Qayıbovla albaniyalı idman rəsmiləri arasında görüş
Azərbaycanlı şahmat hakimi FİDE-nin xüsusi mükafatına layiq görüldü
Litva- Azərbaycan matçının hakimləri açıqlanıb
“Sumqayıt” ingiltərəli basketbolçu ilə müqavilə bağlayıb - RƏSMİ
Azərbaycanın U-21 millisi Çexiyaya qarşı
“Kəpəz” Azərbaycan millisinə qalib gəlib
“Zirə” Çempionlar Liqasında ilk qələbəsini qazanıb
Şahmatçılarımızdan 8-ci turda iki heç-heçə
AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
Azərbaycan boksçusu Avropa çempionu oldu!
Azərbaycan klubunda yeni məşqçi - RƏSMİ
“Zirə”nin yeni transferi əməliyyat olunub
2-ci Liqada 6 oyunun hakimləri məlum olub
Azərbaycan Qran-prisində sərbəst yürüşlər keçirilib
"Sumqayıt"da daha bir basketbolçu
David Alabanın yeni klubu - RƏSMİ
“Araz-Naxçıvan” 2 yoxlama matçı keçirəcək
Azərbaycan yığması Dünya Seriyasının final mərhələsində yarışacaq
Azərbaycan millisinin heyəti açıqlanıb - SİYAHI

"Qarşımıza qoyulan məqsədin öhdəsindən gəldik" - Tərlan Əhmədov

"Kəpəz" klubu Azərbaycan Premyer Liqasının 36-cı turunda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib.

Pressing.az
xəbər verir ki. matçdan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:

- Son matç idi. Fikirləşirdim ki, komanda sönük oyun nümayiş etdirə bilər. Amma yaxşı mübarizə apardıq. Futbolçulara təşəkkür edirəm. Mövsümü major notlarla başa vurduq. Hər xal gələcək üçün ümiddir. Bu ağır vəziyyətdə komandanın Premyer Liqada qalmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Qarşımıza qoyulan məqsədin öhdəsindən gəldik.

- Bu gün az oynayan futbolçulara şans verdiniz. Onların oyunu sizə qane etdi?

- Hər birinə təşəkkür edirəm. Yeqor Xvalko cəzalı idi, Yusif Nəbiyev əməliyyat olunub. Bu gün Tural da, Zamiq də, Mahir də yüksək səviyyədə oyun nümayiş etdirdilər.

- "Kəpəz"in baş məşqçisi kimi son oyununuz idi?

- Fevral ayında Tovuzda demişdim ki, komadanı Premyer Liqada saxlayıb gedəcəyəm. O gündən bəri nə qədər təzyiqlərə dözdüm. Amma Gəncə camaatının çox hissəsi burada qalmağımı istəyir. Fikirləşirəm ki, bu yoldan çəkilən deyiləm. Çəkdiyimiz əziyyətin bəhrəsini görmək istəyirik. Razılaşa bilsək, burada qalacağam. Çalışacağam ki, "Kəpəz" növbəti mövsümdə mükafatçılar sırasında olsun.

- "Kəpəz"in qol vurmaq problemi yoxdur. Amma komanda çox qol buraxır. Bunun səbəbi nədir?

- Birdən-birə çox şeyi dəyişə bilməzdim. Öncə məğlub olmaq qorxusunu aradan qaldırmalı idik. İkinci növbədə daha çox hücum futbolu oynamalı idik ki, qollar vuraq. Üçüncü və ən aktual məsələ isə birliyi qurmaq idi. Buna görə də müdafiəyə çox da fikir vermirdik. Fikrim o idi ki, komandada qalibiyyət ruhu formalaşsın. Bir neçə matçda gördük ki, qol buraxandan sonra ruhdan düşməmişik, mübarizə aparmışıq.

- Əgər "Kəpəz"in büdcəsi artmasa, istədiyiniz transferlə olmasa, yenədə burada qalacaqsız?

- Bir həftə əvvəl İlqar Nadiri ilə görüşdük, söhbət etdik. Bayramdan sonra yenidən bütün məsələri müzakirə edəcəyik. Büdcə mənim üçün maraqlı deyil. Bura gələndə də büdcəni bilirdim. Mənim məqsədim ağır vəziyyətdə komanda formalaşdırmaqdır. Bəli, mən də istəyərəm yaxşı transferlər olsun. Amma olmayandan sonra əlimizdən gələni edəcəyik.

- Yeni mövsüm üçün hansı mövqelər güclənməlidir?

- Bu barədə hələ ki, danışmamışıq. Bütün mövqelərə futbolçu lazımdır ki, rəqabət güclü olsun. Bütün mövsümboyu 13-14 futbolçu ilə mübarizə apardıq. İstəyirəm ki, hər mövqedə 2 oyunçu olsun.

Oxşar xəbərlər

Bütün xəbərlər