Xəbər lentiwidget-title-icon

Azərbaycanlı gənc futbolçu İspaniya klubuna transfer edildi
Diqqətsizlik, yoxsa oyun manipulyasiyası? – YAZI
“LANDAU Lions” Türkiyə təmsilçisinə qalib gəlib
Bakıda FIFA nümayəndələrinin iştirakı ilə seminar keçirilib
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub olub
"Şəfa"dan darmadağın - VİDEO
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Boksçularımızın Avropa çempionatlarında medal sayı 25-ə yüksəlib
La Liqa klubunda ayrılıq
Azərbaycan yığması U-15 dünya çempionatında Çiliyə uduzdu
“Marafon” yenə uduzdu
"Qarabağ" "Dinamo" Zaqreblə qarşılaşır
"Liverpul" - "Çelsi" oyunu hansı kanallarda? - TV AFİŞA
Azərbaycan Kuboku: növbəti 1/8 finalçılar müəyyənləşir
"DH Volley"dən avrokuboklardakı ilk oyununda qələbə
“Sumqayıt” “Mehdi Hüseynzadə”yə nə vaxt qayıdır?
Azərbaycan güləşçisi finalda uduzdu
Cəlal Hüseynov oynadı, komandası liderliyə yüksəldi
"Qarabağ"da ayrılıq
“Qızıl top”un Azərbaycan təmsilçisi: "Keynin seçilməsində ədalətsizlik görmürəm"
Azərbaycan Kubokunda 5 komanda 1/8 finala yüksəldi - NƏTİCƏLƏR
Minifutbol üzrə Azərbaycan çempionatının 2026/2027 mövsümünün püşkü atıldı
Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsi başlayır
27 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

"Növbəti mərhələyə vəsiqə qazanmağa biz daha çox layiq idik" – "Omoniya"nın baş məşqçisi

"Omoniya" klubu Konfrans Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində "Zirə"yə 0:1 hesabı ilə məğlub olsa da, turnirin əsas mərhələsinə yüksəlib.

Pressing.az xəbər verir ki, Kipr təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfansında jurnalistlərin suallarını cavablandırıb:

- Öncə "Zirə"ni qələbə münasibətilə təbrik edirəm. Bizim üçün yaxşı nəticə olmadı. Amma Konfrans Liqasının əsas mərhələsində mübarizə aparacağıq. Bununla bağlı azarkeşləri, klubu təbrik edirəm. Qarşımıza qoyulan əsas məqsədə çatdıq, qrupa düşdük. Bunun öhdəsindən ilk oyunda gəldik. İlk yarıda rəqiblər bir-birinə oynamağa imkan vermədi. Meydançanın vəziyyəti də təsir etdi. Sönük oyun oldu. Bir həfətədə üç oyun oynadıq. Rotasiyalar haqda düşünməlisən. Çox fikirləşdik, bu da məğlubiyyətə səbəb oldu. Təsnifat mərhələlərində 5 qələbə qazandıq. Əvvəl desəydilər ki, 5 qələbə ilə qrupa düşəcəyik, inanmazdım. "Zirə" ilə oyunu unudub növbəti matçı düşünməliyik.

- İlk oyundakı 6:0 hesablı qələbədən sonra komandanı növbəti matça kökləmək çətin deyildi?

- Karyeramda ilk dəfə idi ki, 6:0 qalib gəlirəm. Komandanı növbəti oyuna kökləmək asan olmur. İşi tamamlamaq lazım idi. Çox da təhlil etmək istəmirəm. Epizodlarımız oldu, amma sonluğu gətirə bilmədik. Meydançanın vəziyyəti buna təsir etdi. Həyəcan da var idi. Əsas məqsəd KL-ın qrupuna düşmək idi. Bazar günü də oyunu udsaq, 10 gündə 4-cü matçımız olacaq. Fiziki və mental olaraq çətindir.

- Bugünkü oyun göstərdi ki, komandalar arasında fərq 6:0-lıq deyildi. İlk oyundakı hesabı nə ilə əlaqələndirirsiz?

- Bu oyunun üzərindən fikir yürütmək istəməzdim. Fikir yürüdəcəyiksə, iki oyuna görə baxmalıyıq. İlk oyundakı qələbəyə gəldikdə, oyunçularım yaxşı mübarizə apardılar. Oyun üçün seçilmiş plana riayət edib, icra etdilər. Azarkeşlər də xüsusi atmosfer yaratdı. Azarkeş olan mühitdə oynamaq daha çətindir. Çünki fanatlar öz komandasını irəliyə səsləyir, rəqibə isə çətinlik yaradır. Bu kimi faktorların cəmi həmin nəticəni ortaya çıxardı. İki oyuna baxıb təhlil etsək, biz inamlı qələbə qazandıq. Növbəti mərhələyə vəsiqə qazanmağa biz daha çox layiq idik.

- İlk oyun Bakıda keçirilsəydi, yenə də eyni mənzərə ortaya çıxardı?

- Mən Allah deyiləm. Ssenarilərdən danışmaq istəmirəm. Nəticə belə oldu, vəssalam. Başqa şey haqda danışmaq istəmirəm.

Oxşar xəbərlər

Bütün xəbərlər