Xəbər lentiwidget-title-icon

Azərbaycan millisinin Lixtenşteynə qalib gələ bilmədiyi oyun - VİDEO
Ayxan Abbasov: "Bura gələndə hansı yükün altına girəcəyimi bilirdim"
Azərbaycan millisi Lixtenşteynə qalib gələ bilmədi...
AFFA-dan bu klublara cəza
Azərbaycan yığmasının Lixtenşteynlə oyun üçün heyəti açıqlandı
Azərbaycan millisi Kosovodan 8 qol buraxdı
"Mingəçevir Reqatası-2026" başa çatdı
Azərbaycan millisi Lixtenşteynə qarşı
"Gəncə” Avropa Kuboku oyunlarını burada keçirəcək
Stolüstü tennisçilərdən Tiflisdə beş medal
"Sabah”dan yeni mövsümə qələbə ilə start
"Neftçi” FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib
"Real"da itki
"Turan Tovuz" müraciət etdi, PFL razılıq verdi
AFFA-nın media departamentinin yeni əməkdaşı məzəmmət olunub
Azərbaycan millisində ciddi itki
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar

“Mərhələ adlamağımız da uğurdur və atamı bununla təbrik edirəm” – AÇIQLAMA

“Kosovo – San Marino görüşünü izləmişdik, düşünürdük ki, San Marino qrupun ən zəif komandasıdır”.

Pressing.az xəbər verir ki, bunu Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət yığmasının üzvü Nazim Hüseynov Avropa çempionatının ilkin mərhələsində qarşılaşdıqları San marino ilə matçdan sonra Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Futzalçı keçirdiyi oyunları dəyərləndirib:

“Oyun gözlədiyimizdən daha çətin keçdi. Ola bilsin, iki gün ərzində iki oyuna çıxmağımız yorğunluq yaratdı. Həm də Kosovo – San Marino görüşünü izləmişdik, düşünürdük ki, San Marino qrupun ən zəif komandasıdır. Bu da müəyyən qədər arxayınlıq yaratmışdı. Düzdür, məşqçilər diqqətli olmağımızı, bu görüşün əvvəlkindən daha çətin keçəcəyini deyirdilər. Çünki rəqibimiz həm bir gün artıq istirahət etmişdi, həm də itiriləsi heç nəyi qalmamışdı. Çox şükür, vacib olan xalı qazandıq”.

Milli üzvü qarşıya qoyulan məqsədə çatdıqlarını söyləyib:

“Bura birinci yeri tutmaq və mərhələ adlamaq üçün gəlmişdik. İkinci görüşdə qələbə qazana bilməsək də, yekunda qarşıya qoyulan məqsədə nail olduq. Yeri gəlmişkən, bu gün (dünən) atamın doğum günüdür. Çox istəyirdim qol vurum və ona hədiyyə edim. Bunun üçün şansım da oldu, təəssüf ki, zərbədən sonra top qapı dirəyinə dəydi. İstənilən halda, mərhələ adlamağımız da uğurdur və atamı bununla təbrik edirəm”.

Hüseynov əsas mərhələdə rəqiblərin daha güclü olacağını vurğulayıb:

“Əsas mərhələdə daha güclü rəqiblərlə qarşılaşacağıq. Ona qədər azı 2 ay vaxtımız var. Həm Yüksək Liqada oyunlarımız olacaq, həm də yaxşı hazırlıq keçəcəyik. Ümid edirəm ki, əsas mərhələdə də qazanacağımız xallarla futzal ailəsini sevindirəcəyik”.

Avropa çempionatının ilkin mərhələsində qrupda 4 xal toplayan U-19 əsas mərhələyə vəsiqə qazanıb. Bu mərhələnin görüşləri martın 25-30-u aralığında Xorvatiyada keçiriləcək. 7-ci qrupda yer alacaq futzalçılarımız meydan sahibi Xorvatiyadan başqa, Bosniya və Herseqovina, həmçinin Türkiyədən olan həmyaşıdları ilə qarşılaşacaq. Qrup qalibi bu ilin sentyabrında Moldovanın Kişinyov şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər