Xəbər lentiwidget-title-icon

“Qızıl top”un Azərbaycan təmsilçisi: "Keynin seçilməsində ədalətsizlik görmürəm"
Azərbaycan Kubokunda 5 komanda 1/8 finala yüksəldi - NƏTİCƏLƏR
Minifutbol üzrə Azərbaycan çempionatının 2026/2027 mövsümünün püşkü atıldı
Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsi başlayır
27 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycan yığması UEFA İnkişaf Turnirini qələbə ilə bitirib
Ölkəmizi Asiya kubokunda onlar təmsil edəcəklər
"Araz-Naxçıvan" Çempionlar Liqasında ilk oyununa çıxır
Azərbaycan millisinin rəqibi müəyyənləşib
Bakıda ne-vaza üzrə ACF Kuboku başa çatıb
Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirində iştirak edəcək
Azərbaycan millisi EEVZA çempionatını 5-ci pillədə bitirib
“Futzalçılarımız üçün tarixi şansdır” - Fərid Ələkbərov
Murad Məmmədov oynadı, komandası xal itirdi
"Qızıl top" Harri Keynin oldu
"Qalatasaray" "Fənərbağça"ya qalib gəldi
“Qalatasaray” - “Fənərbağça” matçı üçün HEYƏTLƏR
“Qəbələ”nin əvəzedicilərindən qələbə
La Liqa nəhəngində itki
Qazaxıstan klubunda ayrılıq
Azərbaycan və Özbəkistanın idman nazirləri Respublika Velotrekində olublar
Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
"Qalatasaray" - "Fənərbağça" oyunu hansı kanallarda? - TV AFİŞA
Bu ölkədə çempion bəlli oldu
Həsrət Cəfərov və Nihat Məmmədli yarımfinalda

“Qızıl top”un Azərbaycan təmsilçisi: "Keynin seçilməsində ədalətsizlik görmürəm"

“Qızıl top” fərdi mükafatdır və burada təkcə komandanın qazandığı titullar deyil, futbolçunun şəxsi performansı, statistikası və vurduğu qollar da nəzərə alınmalıdır. Bu baxımdan, Harri Keyn ötən mövsüm çox məhsuldar çıxış etdi və 70-dən çox qol vurdu. İngiltərə millisi ilə dünya çempionatında da yaxşı təsir bağışladı. Komandası üçüncü yeri tutdu. Bu, İngiltərənin 1966-cı ildə dünya çempionu olmasından sonra mundiallar tarixində göstərdiyi ən yaxşı nəticədir. Keynin də bu uğurda payı olub. Ona görə də onun seçilməsini normal qarşılamaq lazımdır.

Pressing.az xəbər verir ki, bu sözləri “Qızıl top”un Azərbaycan üzrə təmsilçisi Rasim Mövsümzadə İngiltərə millisinin və Almaniyanın “Bavariya” klubunun futbolçusu Harri Keynin karyerasında ilk dəfə bu mükafatı qazanmasını şərh edərkən deyib.

O bildirib ki, əvvəlki illərlə müqayisədə bu dəfə “Qızıl top”un aşkar favoriti olmayıb və mübarizə beş-altı futbolçu arasında gedib: “Əsas mübarizənin Harri Keyn, Kilian Mbappe və Lamin Yamal arasında gedəcəyi düşünülürdü. Bununla yanaşı, Rodri, Lionel Messi və Xviça Kvaratsxeliya da mükafatı qazana biləcək futbolçular sırasında idilər. Namizədlərin şansları bir-birinə yaxın idi və ciddi rəqabət var idi. Əksəriyyət Keyni seçibsə, deməli, bu nəticəni ədalətli hesab etmək olar”.

R.Mövsümzadənin sözlərinə görə, digər namizədlərin də üstünlükləri olsa da, onların nəticələrində müəyyən çatışmazlıqlar var idi: “Mbappe Çempionlar Liqası, dünya çempionatı və İspaniya çempionatının bombardiri olsa da, heç bir titul qazana bilməyib. Lamin Yamal “Barselona” ilə La Liqa və İspaniya millisi ilə dünya çempionluğu yaşasa da, Çempionlar Liqasının qalibi ola bilmədi. Lionel Messi dünya çempionatında yaxşı oynasa da, çempionluq qazana bilmədi. Xviça Kvaratsxeliya Çempionlar Liqasının ən yaxşı oyunçusu seçilsə də, Gürcüstan millisi dünya çempionatına vəsiqə əldə edə bilmədi”.

Jurnalist səsvermənin nəticəsi ilə bağlı narazılıqları təbii hesab etdiyini vurğulayıb: “Hər bir azarkeş dəstəklədiyi futbolçunun qalib gəlməsini istəyir. Bu baxımdan, Mbappe və Yamalın qalib gəlməli olduğunu düşünənlər ola bilər. Lamin Yamal hələ gəncdir və gələcəkdə “Qızıl top”u qazanmaq üçün qarşısında kifayət qədər imkan var. Mbappenin indiyədək bu mükafata sahib olmaması isə təəssüf doğurur. Fransalı hücumçu bundan sonra da məhsuldar çıxışını davam etdirib komandası ilə titullar qazansa, şansları arta bilər. Məsələn, “Real Madrid”lə Çempionlar Liqasının qalibi olsa və ya Fransa millisi ilə Avropa çempionu olsa, 2028-ci ildə mükafatı qazanmaq ehtimalı yüksələr. Düşünürəm ki, hər iki futbolçunun gələcək illərdə “Qızıl top”u qazanmaq şansı olacaq”.

Qeyd edək ki, Harri Keyn ötən mövsüm “Bavariya”nın heyətində 51 oyunda 61 qol vurub və 7 məhsuldar ötürmə edib. O, komandası ilə Bundesliqanın çempionu olub, həmçinin liqanın bombardiri olub və Avropanın ən yaxşı qolçusu kimi “Qızıl buts” mükafatını qazanıb. Hücumçu İngiltərə millisi ilə dünya çempionatında da uğurlu çıxış edərək 7 oyunda 6 qol vurub və 1 məhsuldar ötürmə edib. (AZƏRTAC)

Oxşar xəbərlər

Bütün xəbərlər