Xəbər lentiwidget-title-icon

Ammar Baxşalıyevdən dünya çempionatında bürünc medal
Azərbaycanın U-20 millisi 2 yoxlama matçı keçirəcək
Andorra – Azərbaycan matçının hakimləri müəyyənləşdi
15 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Qarabağ"ın futbolçusu Ukrayna millisində debüt etdi
Azərbaycanın U-17 millisi də məğlub olub
Azərbaycan gimnastlarından Çindəki yarışda bürünc medal
“Naxçıvan” Superliqada ardıcıl ikinci qələbəsini qazanıb
"Sabah"dan "Neftçi" üzərində qələbə - ABL
Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyət
Niderland millisində ciddi itki
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat alıb
Azərbaycan yığması Omanı məğlub etdi
“İrlandiya ilə oyunda müdafiədə çox zəif çıxış etdik” - AÇIQLAMA
"Şəfa" yoxlama oyununda məğlub oldu
Bakı şəhər çempionatına start verilib - NƏTİCƏLƏR
"Sabah" "Neftçi"yə qarşı - ABL
Danimarka millisində itki
Azərbaycan millisi İrlandiyaya uduzdu
“Kəpəz” 1-ci Liqa komandası ilə heç-heçə edib
"Lans"ı o çalışdıracaq - RƏSMİ
14 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Ulduz futbolçunun 3 illik evliliyi sona çatdı
Rövşən Nəcəf millimizi təbrik edib
Millətlər Liqasında 5-ci tura yekun vurulur

Bizim Banişevskinin dünya və Avropa çempionu olmasına imkan verməyən əfsanə - BLOQ

Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevski SSRİ yığmasının heyətində sovet komandası üçün uğurlu 1966 mundialında (4-cü yeri tutmuşdular) çıxış edəndə cəmi 20 yaşı vardı və dünya çempionatının yarımfinalçıları arasında hamıdan cavan idi. Ondan sonra ən gənc olan alman Frans Bekkenbauer isə tezliklə 21 yaşını tamamlayacaqdı...

Onların komandaları sözügedən yarışın yarımfinalında qarşılaşmış, tez-tez hücumlara qoşulan Bekkenbauer həmin oyunda hətta əla qol vurmuş (künc zərbəsindən sonra ona çatan topu rəqibin cərimə meydançasına daxil olmadan qapının yaxın küncünə göndərmişdi), daha sonra kobudluğa görə xəbərdarlıq da almışdı.

Bizim Banişevskiyə gəlincə, ikinci hissənin əvvəlində almanların cərimə meydançasında onu “aşkarcasına yerə yıxsalar da, hakim buna görə... künc zərbəsi” təyin etmişdi - sovet mətbuatının epizodla bağlı şərhi istehzadan başqa bir şey deyildi. Banişevskinin komandası bütün ikinci hissəni sayca azlıqda keçirməsinə baxmayaraq, başabaş mübarizə aparmışdı. Almaniya FR – SSRİ matçının (2:1) statistik göstəriciləri də bunu deməyə əsas verir: qapıya zərbələr 17-17 (qapı çərçivəsinə 11-4), qayda pozuntuları 19-18, künc zərbələri 6-5, oyundankənar vəziyyətlər 2-0, xəbərdarlıqlar 1-1, meydandan qovulma 0-1.

Azərbaycanın o mundialdakı digər təmsilçisi - yan xətt hakimi Tofiq Bəhramov isə finalda ingilislərin böyük mübahisələrə yol açan qolunun hesaba alınmasına vəsilə olmuş, nəticədə almanlar əlavə vaxtda 2:4 hesabı ilə uduzaraq qızıl medallardan əllərini üzmüşdülər.
Bizim Banişevskinin dünya və Avropa çempionu olmasına imkan verməyən əfsanə - BLOQ

DÇ-1966-da alınmasa da, Bekkenbauer səkkiz il sonra vətənində keçirilən yarışda dünya çempionluğunu qazana bilir. Ondan əvvəl 1972-ci ildə isə Avropa çempionu olur - artıq millinin kapitanı idi. Finalda məhz sovet futbolçularına qalib gəlirlər, bu dəfə daha aşkar üstünlüklə - 3:0.

Banişevski də SSRİ yığmasının qol ümidi idi: məşqçinin tapşırığına əsasən, öz qapılarına cərimə zərbələri zamanı ondan başqa bütün komanda geri çəkilməli, penalti veriləcəyi halda zərbəni məhz “Neftçi”nin hücumçusu yerinə yetirməli idi. Amma və lakin qarşılaşma ərzində cəmi bir dəfə fərqlənməyə yaxın olur: sol cinahla irəliləyən Vladimir Onişenkonun əla ötürməsinə özünü çatdıra bilmir.

Banişevski məğlubiyyətin günahkarlarından hesab edilərək daha yığmaya çağırılmır, halbuki “dörddəbir”də Yuqoslaviya ilə oyunda onları final turnirinə çıxaran qələbənin (3:0) əsas memarlarından olmuşdu.

Bekkenbauer isə uğurlarını davam etdirir.

Ardıcıl 1974-1976-cı illərdə “Bayern”lə Çempionlar kubokunun qalibi olur, nəticədə kapitan kimi üç avrokubok yarışını qazanan ilk futbolçu olaraq tarixə düşür.

Həmçinin kapitan kimi həm milli komanda ilə dünya və qitə birinciliklərində, həm də klubla Çempionlar kubokunda çempionluq sevinci yaşayan ilk oyunçu olur.

Nəhayət, millinin kapitanı və sonra da baş məşqçisi (1990) kimi dünya çempionu tituluna sahib çıxaraq ilkə imza atır.

1972 və 1976-cı illərdə “Qızıl top”u qazanan Bekkenbauer nüfuzlu mükafata bir kərədən artıq layiq görülən yeganə arxa xətt oyunçusudur. Ümumilikdə isə düz 12 dəfə “Qızıl top”a namizədlər arasında yer alıb – digər əfsanə Yohan Kruyff kimi (bu göstəricidə onları Kriştianu Ronaldu və Lionel Messi keçə biliblər). Müxtəlif mövqelərdə oynasalar da, ötən əsrin yetmişinci illərində “ən yaxşı” adı uğrunda rəqabət apardığı hollandiyalı haqqında danışarkən ədaləti qorumağa çalışıb: “Yohan daha yaxşı futbolçu idi, amma mən dünya çempionu olmuşam”.

“France Football” nəşri 2020-ci ildə “Qızıl Top Arzuların Komandası”nı, yəni bütün dövrlərin “ən”lərini müəyyənləşdirərkən sorğuda Franko Barezi, Serxio Ramos, Fabio Kannavaro, Bobbi Mur, Daniel Passarella, Marsel Desayi, Ronald Kuman, Mattias Zammer, Qaetano Şirea kimi futbolçuları qabaqlayan Bekkenbauer ən yaxşı mərkəz müdafiəçisi seçilib.

Jüri üzvü kimi mən də ona səs vermişdim...

Cəmi 51 il ömür sürən Banişevskidən fərqli olaraq, Bekkenbauer 78 il yaşadı.

Rəsmən bəyan etməsə belə, təbii ki, FIFA və ya UEFA prezidenti olmağı arzulayırdı, amma o vəzifələrdə oturmaq qismətində deyilmiş. Hətta adının FIFA-da korrupsiya qalmaqalında hallanmasına baxmayaraq, tarixdə ən yaxşı futbolçulardan biri kimi qalacaq. O, iki mundialın (1966, 1974) və iki Avropa çempionatının finalında (1972, 1976) meydana çıxmış yeganə oyunçudur!

Rasim Mövsümzadə

Oxşar xəbərlər


Bütün xəbərlər

Ammar Baxşalıyevdən dünya çempionatında bürünc medal
Azərbaycanın U-20 millisi 2 yoxlama matçı keçirəcək
Andorra – Azərbaycan matçının hakimləri müəyyənləşdi
15 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Qarabağ"ın futbolçusu Ukrayna millisində debüt etdi
Azərbaycanın U-17 millisi də məğlub olub
Azərbaycan gimnastlarından Çindəki yarışda bürünc medal
“Naxçıvan” Superliqada ardıcıl ikinci qələbəsini qazanıb
"Sabah"dan "Neftçi" üzərində qələbə - ABL
Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyət
Niderland millisində ciddi itki
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat alıb
Azərbaycan yığması Omanı məğlub etdi
“İrlandiya ilə oyunda müdafiədə çox zəif çıxış etdik” - AÇIQLAMA
"Şəfa" yoxlama oyununda məğlub oldu
Bakı şəhər çempionatına start verilib - NƏTİCƏLƏR
"Sabah" "Neftçi"yə qarşı - ABL
Danimarka millisində itki
Azərbaycan millisi İrlandiyaya uduzdu
“Kəpəz” 1-ci Liqa komandası ilə heç-heçə edib