Xəbər lentiwidget-title-icon

"Sabah" "İmişli"yə qalib gəlir, "Turan Tovuz"dan qələbə - YENİLƏNİR
Kurban Berdıyev: "Azarkeşlərə qələbə sevinci bəxş etdik"
Rəşad Sadıqov: "Bu gün komandamı məğlub görmürəm"
"Sabah" - "İmişli" matçı üçün HEYƏTLƏR
İlham Əliyevdən İsgəndər Cavadovla bağlı SƏRƏNCAM
"Turan Tovuz" - "Zirə" matçı üçün HEYƏTLƏR
Serbiya klubunda yeni oyunçu
Fərid Qayıbovla federasiya nümayəndələri arasında 28-ci görüş
"Hamburq"da yeni müqavilə
19 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
"Kəpəz" 2 yoxlama matçı keçirəcək
MPL: “Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
"Kəpəz"lə "Gəncəbasar" yenidən üz-üzə
"Qarabağ"ın futbolçuları milliyə çağırılıb
"Xankəndi" MOİK-ə uduzdu - NƏTİCƏLƏR
"Qarabağ"ın "Şəfa" üzərində çətin qələbəsi - VİDEO
"Kollektiv olaraq fasiləyə ehtiyacımız var" - Qurban Qurbanov
Zaur Həşimov: "Daha güclü “Şəfa” görəcəyik"
"Qarabağ" və "Neftçi"dən qələbə - YENİLƏNİB
"Neftçi"dən Qəbələdə böyükhesablı qələbə - VİDEO
"Qarabağ" - "Şəfa" matçı üçün HEYƏTLƏR
"Karvan-Yevlax"da ayrılıq - RƏSMİ
"Qəbələ" - "Neftçi" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin dünya çempionatı üçün ilkin heyəti açıqlanıb

Qurban vs Kurban

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü turun daha iki oyunu keçiriləcək.

İlk olaraq "Qarabağ" hazırda turnir cədvəlinin lideri olan "Turan Tovuz"u sınağa çəkəcək. Saat 20:30-da isə "Neftçi" "Araz-Naxçıvan"ın qonağı olacaq.

Turun ən maraqlı matçı, sözsüz ki, "Qarabağ"la TT arasında baş tutacaq. 3 tur ərzində məğlubiyyət üzü görməyən Tovuz təmsilçisi bir oyun az keçirən (Çempionlar Liqasında mübarizə aparan "Qarabağ"ın PFL-ə müraciəti əsasında 3-cü turda "Şamaxı" ilə keçirilməli olan səfər matçı təxirə salınıb - red.) Ağdam klubunun qonağı olacaq.

Bu matç qərb təmsilçisinin yeni, tanınmış baş məşqçisi Kurban Berdıyevlə Qurban Qurbanovun Azərbaycan çempionatında ilk dueli kimi də əlamətdar olacaq. Maraq üçün xatırladaq ki, bu iki mütəxəssis 2021/22 mövsümündə UEFA Konfrans Liqasının qrup mərhələsində (oxu: "Qarabağ" - "Kayrat" (Qazaxıstan) üz-üzə gəlmiş və duellərdən Qurban Qurbanov qalib ayrılmışdı.

Tovuz klubu rusiyalı mütəxəssisin rəhbərliyi altında uğurlu qrafik cızır. "Turan Tovuz" geridə qalan 3 tur ərzində 2 qələbə və 1 heç-heçə ilə aktivinə yazdırdığı 7 xalla turnir cədvəlinin lideridir. Düzdür, hələ ki məşqçi işini qabartmaq üçün çox tezdir. Görünür, komanda yayda keçirilən təlim-məşq toplanışının bəhrəsini artıqlaması ilə görür. Belə demək mümkünsə, TT yayda yığılan enerjini xərcləyir.

Bu dəfə rəqib "Qarabağ"dır. Lakin Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Zaqreb "Dinamo"suna 0:3 hesabıyla uduzan Ağdam klubu cəbhəsində psixoloji vəziyyət yaxşı deyil. Güman etmək olar ki, Qurban Qurbanov bu matçda komandanın bir neçə əsas oyunçusuna istirahət verəcək. "Turan Tovuz" isə bu məqamdan istifadə edərək, çətin səfərdən sərfəli nəticə ilə dönüb, növbəti dəfə azarkeşlərini sevindirə bilər.

Bir sözlə, bu axşam bizi "Azersun Arena"da olduqca maraqlı qarşılaşma gözləyir.

Daşqın Əziz

Oxşar xəbərlər

Bütün xəbərlər