Xəbər lentiwidget-title-icon

"Sabah" və "Turan Tovuz"dan qələbə - YENİLƏNİB
Kurban Berdıyev: "Azarkeşlərə qələbə sevinci bəxş etdik"
Rəşad Sadıqov: "Bu gün komandamı məğlub görmürəm"
"Sabah" - "İmişli" matçı üçün HEYƏTLƏR
İlham Əliyevdən İsgəndər Cavadovla bağlı SƏRƏNCAM
"Turan Tovuz" - "Zirə" matçı üçün HEYƏTLƏR
Serbiya klubunda yeni oyunçu
Fərid Qayıbovla federasiya nümayəndələri arasında 28-ci görüş
"Hamburq"da yeni müqavilə
19 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
"Kəpəz" 2 yoxlama matçı keçirəcək
MPL: “Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
"Kəpəz"lə "Gəncəbasar" yenidən üz-üzə
"Qarabağ"ın futbolçuları milliyə çağırılıb
"Xankəndi" MOİK-ə uduzdu - NƏTİCƏLƏR
"Qarabağ"ın "Şəfa" üzərində çətin qələbəsi - VİDEO
"Kollektiv olaraq fasiləyə ehtiyacımız var" - Qurban Qurbanov
Zaur Həşimov: "Daha güclü “Şəfa” görəcəyik"
"Qarabağ" və "Neftçi"dən qələbə - YENİLƏNİB
"Neftçi"dən Qəbələdə böyükhesablı qələbə - VİDEO
"Qarabağ" - "Şəfa" matçı üçün HEYƏTLƏR
"Karvan-Yevlax"da ayrılıq - RƏSMİ
"Qəbələ" - "Neftçi" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin dünya çempionatı üçün ilkin heyəti açıqlanıb

Rəşad Sadıqov: "Bu gün komandamı məğlub görmürəm"

"Zirə" klubu Misli Premyer Liqasının VI turunda səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzub.

Pressing.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularıma əzmkar oyuna görə təşəkkür edirəm. Tovuzda oynamaq asan deyil. Bu gün komandamı məğlub görmürəm.

- Oyunun sonunda nə baş verdi?

- Ciddi bir şey yox idi.

- Sanki sizi təxribata çəkirdilər...

- Ola bilər.

- Amin Seydiyevə etdiyi qayda pozuntusuna görə irad bildirəcəksiniz?

- Rəvan Həmzəzadə bizim belə epizodlarda qayda pozuntusu qeydə almayıb. Ona görə də heç nə deyə bilmərəm. Bundan başqa, aut atılanda oyun artıq bitmişdi. Əminəm ki, autu biz atsaydıq, oyun bitəcəkdi. Son vaxtlar dəb halını alıb ki, legioner məşqçilər hakimlərin üzərində təzyiq yaradırlar. Hakimlər də bu təzyiqə düşürlər. Son 6 ildə çempionatda ən çox səhvlər "Zirə"yə qarşı olub.

- Bu gün "Zirə" uduzdu, yoxsa uduzdurdular?

- Biz bu gün uduzmamışıq. İlk dəqiqələrdən hiss edirdim ki, buradan xalla ayrılmaq çətin olacaq. Bəyanata qalanda, biz də bəyanat yaya bilərik. Hakimlər üzərində təzyiq yaradılır. Bunu açıq-aşkar hiss edirəm. Ümid edirəm ki, hakimlər bu təzyiqin altında qalmayacaqlar.

- "Zirə" bu gün hücumda aktiv görünmürdü. Bunun səbəbi nədir?

- "Turan Tovuz"a qarşı hücum futbolu oynamaq çətindir. Rəqib çoxsaylı uzun ötürmələrdən istifadə edir. Ona görə də bizim topla oynamaq imkanımız olmurdu. 60-cı dəqiqədən sonra oyuna nəzarət bizdə idi. Bir uzun ötürmə ilə bizim cərimə meydançamıza gəlirdilər. Bu gün belə oynamağımızın səbəbi "Turan Tovuz"un oyun fəlsəfəsi idi.

- Həm azarkeşlər, həm də rəqib oyunçular tərəfindən "Turan Tovuz"a qarşı aqressiya var idi. Bu, "Turan Tovuz"un yerinə avrokuboklara "Zirə"nin getməsi ilə bağlı ola bilər?

- Səbəb o deyildi. Çünki bu proses daha əvvəl başlayıb. Azarkeşlər deməyək. Bu gün bir çox azarkeşlə görüşmüşük, şəkil çəkmişik. Bütün azarkeşlərə aid etməyək. Bu aqressiya "Azersun Arena"da "Turan Tovuz"a məğlub olduğumuz oyundan sonra başlayıb. Bununla bağlı açıqlama vermişəm. Bilmirəm "Turan Tovuz"da bizə qarşı aqressiya kimdən gəlir. Əslində bilirəm. Rəhbərlikdən gəlir. Amma hansı rəhbərdən olduğunu bilmirəm. (sportal.az)

Oxşar xəbərlər

Bütün xəbərlər