Xəbər lentiwidget-title-icon

Bakıda bu stadion təmirə bağlanır
Rövşən Nəcəf Ayxan Abbasovun işi haqda danışdı
AFFA-ya 61 milyon manat daxil olub
“Neftçi”nin futbolçuları autizmli gənclərlə görüşüblər
Böyük İpək Yolu beynəlxalq turnirinin açılış mərasimi baş tutub
“Turan” və “DH Volley” yarımfinala yüksəldi - Yüksək Liqa
MOİK - “Cəbrayıl” matçında 3 qol - VİDEO
Azərbaycan millisinin təlim-məşq toplanışı keçiriləcək
Bu millinin məşhur baş məşqçisi İSTEFA VERDİ
Yüksək Liqada iki oyun baş tutmadı
Azərbaycanlı referi UEFA yarışlarında iki oyun idarə edib
“Artıq istənilən komandaya problem yarada biləcək gücdəyik” - AÇIQLAMA
AFFA klublara futbolçuları izləmələri üçün kameralar verəcək
Azərbaycan Basketbol Liqasında mövsümün ən yaxşıları kimlərdir?
Birinci Liqada 13 günlük fasilə başa çatır
Cahangir Fərəcullayev: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
"Qarabağ" - "Sabah" və "Turan Tovuz" - "Zirə" matçının hakimləri açıqlanıb
“Sumqayıt” – “Neftçi” oyununun biletləri satışda
Azərbaycan şahmatçısı üçün Almaniya sınağı
Gəncədə kəmər imtahanı təşkil olunub
"Bayern"ə Keyn şoku
Almaniya klubunda yeni müqavilə - RƏSMİ
"Liverpul"da ciddi itki
Azərbaycanı 43 boksçu təmsil edəcək
Birinci Liqada həftənin təyinatları

Qurban Qurbanovdan SƏRT SÖZLƏR: "Camaat aylardır əziyyət çəkir"

"Qarabağ" klubu Misli Premyer Liqasının 20-ci turunda öz meydanında "Turan Tovuz"a 1:2 hesabı ilə məğlub olub.

Pressing.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Məğlub olmaq istəməzdik. Təəssüflər olsun ki, bu gün məğlub olduq. Futbolçularım demək olar ki, 90 dəqiqə oyuna nəzarət edə bildilər. Futbolun bəzən belə çirkin tərəfləri var. Bəzən 1 dəqiqənin içində hər şey tam əksinə ola bilər. "Turan Tovuz"u təbrik edirəm.

- Son iki oyunda kornerdən 4 qol buraxmısız. Bunun üzərində çalışırsız?

- FKSB ilə oyundakı problemlərdən danışdım. Bugünkünə gəldikdə, mən bilmirəm qapıçı meydançasında cərimə necə olur. 5 nəfər qapıçını əhatəyə alırsa, topa çıxmağa qoymursa, buna reaksiya vermirlərsə, nə deyim buna? Rəqib oyunçular qapıçını əllə, bədənlə itələyir. Bu, tək indi deyil. Biz həmişə qalib gələn komandanı təbrik edirik. Neçənci oyundur belə olur. Reaksiya verilmirsə, əlbəttə ki, daha artığını edəcəklər. Qapıçı öz meydançasında toxunulmazdırsa, mən bilmirəm bu necə toxunulmazlıqdır. İkinci qolu başa düşürəm, səhv etdik. Orada cərimə var idi? Sanki hakimlər belə epizodlara bəsit yanaşırlar. Camaatın burada haqqı var, əziyyət çəkirik. Olmaz axı belə. 12 yaşlı uşaqlara hakimlik etmirsən ki. Düz nədirsə, onu ver. Kornerdə bilmirəm qapıçıya qarşı kobudluq necə olur. Onda 11 oyunçu ilə oynayaq. Bütün oyunlarda bu hallara rast gəlirik. Bu, məğlub olmağımıza səbəb deyil. Amma necə oyunda bunları görmüşük. İki əllə futbolçumuzu itələyirlər. Əsas buna görə əsəbləşdim. Epizoda bəlkə 10 dəfə baxdım. Faiq Hacıyevin tapşırığı ancaq qapıçı ilə oynamaqdır. Başqa işi yoxdur. Şahruddin topa gedir, Faiq onu itələyir. Bu, cərimə deyilsə, nədir? Top göydə olanda oyun saxlanılmalı idi. Nəysə, rəqibi təbrik edirəm. Çox istəkli idilər.

- Hakimlərin qərəzli olduğunu düşünürsüz?

- Yox. Məsuliyyətsiz deyərdim. Cavid Cəlilov qayda-qanunu biləndir. Əvvəlki komitə sədri ilə gəlib qaydaları bizə başa salırdılar. "Qarabağ"dır, "Neftçi"dir, "Turan Tovuz"dur, fərqi yoxdur. Camaat aylardır əziyyət çəkir.

- İcraiyyə Komitəsində bu məsələni qaldıracaqsız?

- Yox. Ehtiyac da yoxdur. Ora bunu qabartmaq yeri deyil. Biz futbolçularımızdan tələb edirik. Məsuliyyət çox vacib şeydir. Aldığımızın haqqını verməliyik. Çünki, ailəmizi bu işlə dolandırırıq. Hamı bu cür yanaşmalıdır. Hakim, ümumiyyətlə, məsuliyyətli olmalıdır.

- Rəqibin penalti gözlədiyi epizodlar da var idi. Bunları necə şərh edərdiniz?

- Olsaydı verərdilər.

- Musa meydandan çıxandan sonra Benzia hücumda oynadı. Bundan sonra da onu həmin mövqedə görə bilərik?

- Bütün oyunlarda yox, hansısa oyunda edəcəyik.

- Rəsmi danışıq apardığınız futbolçular var?

- Yox. Heç bir futbolçu ilə danışılmayı . Bir-iki futbolçu ilə maraqlandıq, özləri ilə danışdıq. Danışıq elə orada da qaldı. Hansısa təklif göndərilməyib.

Oxşar xəbərlər

Bütün xəbərlər