Xəbər lentiwidget-title-icon

Azərbaycanın U-17 millisi də məğlub olub
Azərbaycan gimnastlarından Çindəki yarışda bürünc medal
“Naxçıvan” Superliqada ardıcıl ikinci qələbəsini qazanıb
"Sabah"dan "Neftçi" üzərində qələbə - ABL
Azərbaycan yığmalarından böyükhesablı məğlubiyyət
Niderland millisində ciddi itki
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat alıb
Azərbaycan yığması Omanı məğlub etdi
“İrlandiya ilə oyunda müdafiədə çox zəif çıxış etdik” - AÇIQLAMA
"Şəfa" yoxlama oyununda məğlub oldu
Bakı şəhər çempionatına start verilib - NƏTİCƏLƏR
"Sabah" "Neftçi"yə qarşı - ABL
Danimarka millisində itki
Azərbaycan millisi İrlandiyaya uduzdu
“Kəpəz” 1-ci Liqa komandası ilə heç-heçə edib
"Lans"ı o çalışdıracaq - RƏSMİ
14 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Ulduz futbolçunun 3 illik evliliyi sona çatdı
Rövşən Nəcəf millimizi təbrik edib
Millətlər Liqasında 5-ci tura yekun vurulur
"Naxçıvan"da ABŞ-li oyunçu - RƏSMİ
“Kür” Mingəçevirdə Şimali Makedoniya klubuna məğlub olub
“Sabah”ın oyunçusu ÇL-də həftənin ən yaxşısı seçildi
"Sabah"ın qapıçısı millidə iki qol buraxdı
"Qarabağ"ın futbolçusu üçün millidə 90 dəqiqə

Kurban Berdiyev: "Qurban Qurbanov kimi yaxşı məşqçinin zəif nöqtəsi az olur"

"Turan Tovuz" klubu Misli Premyer Liqasının 20-ci turunda səfərdə "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib.

Pressing.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Evdəki ağır məğlubiyyətdən sonra bu gün var gücləri ilə mübarizə apardıqlarına görə uşaqlara təşəkkür edirəm. Bütün detallarda uduzduqları məqamda belə inamla, ümidlə oynayırdılar. Əlimizə belə imkanlar düşdü və biz bunlardan yararlandıq.

- "Kəpəz"lə oyundan sonra nəyi dəyişdiz?

- Çətin sualdır. Futbolçuların hər biri ilə fərdi şəkildə danışmaq lazım gəldi. Onlara bildirdim ki, yanaşmanı dəyişmək lazımdır. İnanıram ki, "Kəpəz"lə oyundakı məğlubiyyət bir daha təkrarlanmayacaq.

- Yanaşmanı dəyişmək lazımdır dediniz. Futbolçular rəqiblərə fərqli yanaşır?

- "Kəpəz"lə .atv ən pis oyunumuz idi. Yanaşma bir az fərqli idi. Sadəcə bunun üzərində işlədik.

- "Qarabağ" FKSB ilə matçda kornerdən 3 qol buraxmışdı. Bunun üzərində xüsusi işləmişdiz?

- Biz istər müdafiə planında, istər hücumda, hər zaman standart vəziyyətlərin üzərində işləyirik. Təəssüflər olsun ki, ötən matçda standart vəziyyətlərə ciddi yanaşmadıq.

- Veysəl Rzayevin sol cinah müdafiəçisi kimi performansını necə dəyərləndirirsiz?

- Bu gün Veysəl çox yaxşı oynadı. Bilirik ki, o, akademiyada həm sağ, həm də sol cinah müdafiəçisi kimi oynayıb. Bu, onun üçün yenilik deyildi. Həmçinin Rəhim Sadıxovu qeyd edərdim. Komandada belə oyunçular var. Veysəl Rzayev də onlardan biridir.

- Penalti gözlədiyiniz epizod var idi. Bunu necə şərh edərdiniz?

- Mən adətən hakimlər haqda danışmıram. Mənim olduğum uzaq mövqedən penaltiyə oxşayırdı. Təkrara baxmamışam. Dəqiq nəsə deyə bilmərəm.

- Qurban Qurbanovun zəif nöqtəsini tapdığınızı demək olar?

- Bu cür yaxşı məşqçinin zəif nöqtəsi az olur. Sadəcə olaraq Allah bizə belə oyunlarda yardım edir. "Qarabağ" Azərbaycan futbolunun "flaqman"ıdır. Qurban Qurbanov da Azərbaycanın ən güclü məşqçilərindən biridir.

Oxşar xəbərlər


Bütün xəbərlər