Xəbər lentiwidget-title-icon

Ömər və Qurban Avropa çempionatının finalında!
Azərbaycan atıcılarından AÇ-də bürünc medal
"Xankəndi"nin qələbəsi - VİDEO
PSJ cəbhəsində sevindirici xəbər
Azərbaycan millisi Gürcüstana da uduzdu
"Turan Tovuz" avrokuboklarda, "Karvan-Yevlax" liqadan düşdü, "Neftçi" "Şamaxı"ya qalib gəldi
2-ci Liqada 26-cı tura start verilib - NƏTİCƏLƏR
"Neftçi" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
Messidən rekord göstərici
Tovuzda heyətlər açıqlanıb
Kadi Borgesin yubiley qolu
Üç klub üçün danışılmış oyunlara qarşı sessiya keçirilib
Volkov - 200
Azərbaycanlı karateçi Avropa çempionu olub
İkinci Liqada 6 oyunun hakimləri açıqlanıb
"Sumqayıt"ın əzmkar qələbəsi - VİDEO
Qəbələdə hərəyə 1 qol - VİDEO
UFC: Hamzat Çimayevdən ilk məğlubiyyət
Türkiyə klubundan təklif alan Qurban Qurbanovdan QƏRAR
"Sumqayıt"ın məşqçisindən qələbə şərhi
FİFA-dan "Qarabağ"a TRANSFER QADAĞASI
"Sumqayıt"dan qələbə, "Qəbələ" - "Qarabağ" oyununda "sülh" - YENİLƏNİB
"Milli fasilədən sonra bərbad oynadığımız matç olmayıb" - Kaxaber Sxadadze
Qurban Qurbanov: "Özümüzü hansısa epizoda görə haqlı çıxara bilmərik"
Hərbi Dəniz Qüvvələri minifutbol birinciliyinin qalibi olub

Rəşad Sadıqov: "Matçın ədalətli nəticəsi bərabərlik idi"

"Çox gərgin oyun oldu. Gəncədə "Kəpəz"ə qarşı oyunlar həmişə belədir. Xüsusi maneələrdən biri də meydançanın durumu idi. Çox baxımlı futbolun şahidi ola bilmədik. Birinci hissədə hər iki komandanın hücumları yaranmışdı. Kobud səhvdən qapımızda qol gördük. Dəyişikliklərdən sonra uğuru rəqib qapısında axtarmağa çalışdıq. Sonda yaxşı kombinasiyalı hücumdan sonra penalti qazandıq. Qələbə də qazana bilərdik. Ancaq matçın ədalətli nəticəsi bərabərlik idi".

Pressing.az xəbər verir ki, bunu "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 26-cı turunun "Kəpəz"lə (1:1) matçından sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Fasilədə 3 dəyişiklik etməyiniz nə ilə bağlı idi?

- Nəticəyə görə belə etdik. Buna görə hücumameyilli futbolçulara üstünlük verdik. Meydançanın durumuna görə bilirdik ki, bu gün uzun ötürmələrdən istifadə edəcəyik. Dəyişikliklərdən sonra oyuna canlanma gəldi. Hesab edirəm ki, bu gün bir xal qazandıq. Futbolçularıma təşəkkür edirəm. Yaxşı mübarizə apardılar.

- Klub rəhbərliyinin nəticələrə münasibəti necədir?

- Azərbaycanda hamı nəticəyə görə qiymət verir. Təbii ki, nəticə önəmlidir. Amma yalnız bunu düşünmürəm. Son 8 matçdan ikisi-üçünü çıxmaq şərtilə, çox yaxşı oynamışıq. Daha çox xal yığa bilərdik.

- Matçın sonunda azarkeşlə aranızda gərginlik yaşandı. Orada nə baş vermişdi?

- Mən azarkeşlə şəkil çəkdirirdim. Kimsə etirazını bildirdi. Yaxınlaşıb soruşdum ki, nə baş verib?

- Gəncəyə ilk dəfə məşqçi kimi gəldiniz. Hansı hisləri keçirdiniz?

- Gəncə və Tovuz çətin səfər oyunlarıdır. Eyni hisləri keçirdim. Gəncəyə futbolun qayıtması sevindiricidir. Legionerlərə də bildirmişdim ki, bura futbol şəhəridir, burada hamı futboldan anlayır. "Kəpəz" çox gözəl futbol oynayır. Etdiklərinə heyran qaldım.

- Ötən mövsüm daha çox yerli futbolçulara şans verirdiz. Bu il isə əksinədir. Səbəbi nədir?

- Keçən ilkindən daha yaxşı oynadığımızı düşünürəm. Yaxın günlərdə nəticələri görəcəyik. Elə şeylər var ki, onları etmək vaxt tələb edir. Mənim üçün yerli, legioner fərqi yoxdur. Sağlam rəqabət gedir. Kim daha layiqli olacaqsa, o da oynayacaq.

Oxşar xəbərlər