Xəbər lentiwidget-title-icon

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI

Rəşad Sadıqov: "İkinci yerdəyik, hər şey qaydasındadır"

"Zirə" Azərbaycan Premyer Liqasının 16-cı turunda doğma meydanda "Araz-Naxçıvan"la 0:0 hesablı heç-heçə edib.

Pressing.az
xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Gərgin oyun keçdi. İlk 10-15 dəqiqə "Araz-Naxçıvan" meydanda aktiv idi. Bu da rəqibin pressinqindən irəli gəlirdi. Ondan çıxmağa çalışırdıq. Dəqiqələr getdikcə oyunu xeyrimizə dəyişdik, qol epizodları yaratdıq. İkinci hissənin ilk dəqiqələri üstünlüyümzlə keçdi. Stefan Akkanın zədəsi oldu, pauza yarandı. Sonra oyunumuz sındı. Dəyişikliklərdən sonra üstünlük bizdə idi. Qol da vurduq. VAR-da baxılana qədər 4-5 pauza oldu. Oyun sındı və meydanda mübarizə, baxımlı futbol görə bilmədik. Hər iki komanda böyük əzmkarlıq göstərdi. Növbəti xalımızı qazandıq.

- Son turlarda qələbə qazana bilmirsiz. Bu, oyununuza təsir göstərir?

- Gərginlik onsuz da var idi. Bu da ilk sıralarda getməyimizlə bağlı idi. 16 tur oynamışıq, heç bir oyun bizim üçün rahat keçməyib. Qələbə qazananda da böyük çətinliklər yaşamışıq. Bu da normaldır. Yuxarı pillələrdəsənsə, normaldır. Rəqib motivasiya ilə oynayır. 16 oyuna 29-cu xalımızı qazandıq, ikinci yerdəyik, hər şey qaydasındadır. Qol epizodlarımızdan istifadə edə bilmirik. Bu da gərginlikdəndir.

- Ruan Renatonun yoxluğunu hiss etdiz?

- Ruanın olmaması toplu oyunumuzda hiss edilirdi. Bu gün meydanda olan hər iki stoperimiz sağ ayaqlı idi. Oyun quruculuğunda təsiri oldu. Ruan önəmli oyunçumuzdur. Bu gün oynayan hər iki mərkəz müdafiəçisindən də razı qaldıq.

- Yeni transferlər gözlənilir?

- İstəyirik. Rəhbərliklə müzakirə aparırıq. Bir neçə mövqe var ki, heyəti genişləndirmək istəyirik. Alınmasa da, yetərincə yaxşı heyətimiz var, belə davam edəcəyik. Futbolçuların hər birindən razıyam.

- Felipe Paxtman üçün mövsüm bitib?

- Bəlkə bu ilin sonuncu turuna hazır oldu. Bəlkə də kubok matçında oynayar. Hələ konkret bir şey yoxdur. Onun yoxluğu da hiss edilir. Futbolçu kimi çox istedadlıdır, onu bəyənirəm. Amma artıq özü ilə söhbətimiz olacaq. Çünki onu komandada saxlayanda, başqa birini götürmək olmur. Hücumda rotasiyalar etmək imkanı azdır. Üç vacib oyun oynayacağıq

Oxşar xəbərlər

Bütün xəbərlər