Xəbər lentiwidget-title-icon

“Turan Tovuz” “Fənərbağça” ilə üz-üzə
Bakıda keçirilən dünya kubokunda yeni rekordlar
Azərbaycan boksçularının rəqibləri bəlli olub
Teymurov Fərəcullayevin təbliğatı üçün xüsusi tapşırıq verdi – ÖZƏL
Yankoviçli Monteneqrodan səfər qələbəsi
Türkiyə yenə uduzdu, Fransada bərabərlik - GECƏNİN NƏTİCƏLƏRİ
"Göyqurdlar" bəyanat yaydı: "AFFA boykot"
"Sumqayıt"dan qələbə
Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri məlum olub
"Fənərbağça" futbolçuları Bakıdadır
"Kəpəz" daha bir yoxlama oyunu keçirib
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib
AFFA Lixtenşteynlə oyundakı heç-heçəyə görə futbolçulara mükafat verəcək: 15 min...
Paskal Qross birincidir
Azərbaycan millisinin heyətində ayrılıq
2-ci Liqada 10 oyunun vaxtı açıqlanıb
"Turan Tovuz" - "Fənərbağça" matçının biletləri satışda!
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə edib
Azərbaycan Kubokunda oyunların vaxtı açıqlanıb
Bakıda “Neftçi” və “Spartak” veteranları arasında oyun keçiriləcək
Türkiyə yığmasının növbəti sınağı - Millətlər Liqası
ABL-də ilk turun daha bir oyunu keçiriləcək
Azərbaycan - Litva matçının hakimləri açıqlanıb
AMADA rəsmisi Parisdə keçirilən iclasda iştirak edib
2 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

"Futbolçularım növbəti oyunlarda daha diqqətli olmalıdırlar" – Rəşad Sadıqov

Misli Premyer Liqasının 20-ci turunda keçirilən "Şamaxı" - "Zirə" matçından (1:2) sonra qonaqların baş məşqçisi Rəşad Sadıqovun iştirakı ilə mətbuat konfransı keçirilib.

Pressing.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb. O, daha sonra media nümayəndələrinin suallarını cavablandırıb.

- Çox çətin səfər oyunu alındı. Əvvəlki turlarda da "Şamaxı" yüksək peşəkarlıq göstərirdi. Qarşılaşmanın ağır keçəcəyini bilirdik. Bu tip komandalarla oyunda önə çıxan əsas məsələ xarakter göstərməkdir. Hər iki komanda ilk hissədə ehtiyatlı oyun nümayiş etdirdi. İkinci yarıda isə meydanda daha istəkli oyun getdi. Vacib olan 3 xal idi ki, onu da qazandıq. Komandamı təbrik edirəm.

- İlk hissə ilə ikinci yarı arasında fərq nə idi?

- Birinci hissədə top itkilərimiz çox oldu. İkinci yarıda isə toplu oyunumuz daha yaxşı alındı. "Şamaxı" son dəqiqələrdə təhlükəli hücumlar edirdi. Bizim də əks-hücumlarımız oldu. Təəssüf ki, dəyərləndirə bilmədik.

- Oyun bitər-bitməz Ruan Renato ilə Aydın Bayramov arasında nə baş verdi?

- Açığı, görmədim. Stressli oyun idi. Belə epizodlar həm məşqlərdə, həm də oyunlarda baş verir. Normaldır. Sonradan bir-biri ilə qucaqlaşdılar. Hər şey qaydasındadır.

- "Zirə" psixoloji cəhətdən qarşıdakı oyunlara hazırdır?

- Gələcəklə bağlı danışmaq istəmirəm. Bilmirsən sabah nə olacaq. Düşünürəm ki, futbolçularım həm individual, həm də kollektiv şəkildə çox diqqətli olmalıdırlar. Hər rəqibin çempionatda özünəməxsus oyun taktikası, üstünlüyü var. Oyunçularımız növbəti matçlarda daha diqqətli olmalıdırlar.

Daşqın Əziz

Oxşar xəbərlər

Bütün xəbərlər