Xəbər lentiwidget-title-icon

Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlanıb
"Sumqayıt"ın futbolçusu Pakistan millisinə çağırılıb
Azərbaycan millisi seçmə mərhələdə mübarizəyə başlayır
Azərbaycanın sərbəst güləşçilərindən Qazaxıstanda 8 medal
Tanınmış jurnalistə "Səbail"də vəzifə verildi
Azərbaycanı dünya çempionatında təmsil edəcək cüdoçular bəllidir
İtaliya klubunda yeni baş məşqçi - RƏSMİ
"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal

"Kəpəz" uşaq evini ziyarət etdi

“Kəpəz” klubu 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Gəncə Uşaq Evini ziyarət edib.

Pressing.az
xəbər veri ki, klubun İdarə Heyətinin sədri İlqar Nadiri, idman direktoru Mehman Allahverdiyev və əsas komandanın baş məşqçisi Tərlan Əhmədov başda olmaqla, məşqçilər korpusu və futbolçular uşaq evinin balaca sakinləri ilə görüşüblər.

Onlara bayram sovqatı çatdırıb, toplar hədiyyə ediblər. Uşaqlar qonaqları vətənə və yeni ilə aid şerlər, həmçinin mahnılarla salamlayıblar. Onların çıxışı maraqla və alqışla qarşılanıb.
Klubun kollektivi komandanın böyük azarkeşi, Vətən müharibəsi şəhidi Əmrah Rəcəbovun xatirə güşəsini də ziyarət edib. Gəncə Uşaq Evinin sakini olmuş Əmrah Rəcəbov “Kəpəz”ə olan hədsiz sevgisi ilə tanınıb, ev və səfər oyunlarında komandaya tribunadan dəstək verib.

Gəncə Uşaq Evində ziyarət dostluq matçı ilə başa çatıb. Uşaq evinin sakinlərindən ibarət komanda “Kəpəz”ə qarşı oynayıb. Görüş ev sahiblərinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Sosial xidmət müəssisəsinin direktoru Nazilə İsmayılova ziyarətə görə qonaqlara təşəkkürünü bildirərək belə görüşlərin uşaqların sevincinə səbəb olduğunu deyib. “Xüsusi qayğıya və diqqətə ehtiyac duyan uşaqlara baş çəkmək mənəvi borcumuzdur”, – deyən klubun İlqar Nadiri də bu cür ziyarətlərin onlara xoş ovqat bəxş etdiyini vurğulayıb.

Oxşar xəbərlər


Bütün xəbərlər