Azərbaycan futbolunun dünya futboluna bəxş etdiyi istedad – Kamilo Duran
Keçən il avqust ayının 26-da Azərbaycan çempionu və ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə (ümumilikdə ikinci dəfə) vəsiqə qazanmağa yaxın olan “Qarabağ” adı-sanı bilinməyən Portuqaliya ikinci liqa klubu “Portimonense”dən öz transfer siyasətinə uyğun olaraq 200 min avroya cinah hücumçusu transfer etdi.
Çempionlar Liqasında iştirak etməyə hazırlaşan kluba azarkeşlər tərəfindən yenidən iradlar bildirilməyə başlanıldı. Azarkeşlər “yenə cinah hücumçusu”, “yenə də 200 minə transfer” deyə tənqidlər etməyə başladılar. Komandanın hər zamanki transfer siyasətini məsxərəyə qoydular və milyonluq hücumçu transferi edilmədiyinə görə rəhbərliyi tənqid etdilər. Keçən il avqust ayının 27-də “Qarabağ” çətinliklə də olsa doğma meydanda “Ferençvaroş”a 2-3 hesabı ilə məğlub olsa da (səfərdə hesab 3-1 “Qarabağ”ın xeyrinə olmuşdu) liqa mərhələsinə yüksəlməyə nail olmuşdu.
Azarkeşlər qısa müddət ərzində yenidən hücumçu transferi edilməsi gərəkdiyini düşünsə də, klub prezidenti Tahir Gözəlin “Nəriman və Musaya güvənirik” mesajını verməsi ilə azarkeşlərin bütün ümidi qırılmışdı. Bununla da liqa mərhələsində möcüzəyə ümid etməyə və bu heyyətlə layiqli mübarizə aparmağa inanmağa məcbur oldular. Püşk atıldı və şans “Qarabağ”ın üzünə gülmüşdü. Rəqiblərin nisbətən münasib olduğunu düşünən azarkeşlər transfer edilmədiyi üçün rəhbərliyi qınayır və transfer ediləcəyi təqdirdə yaxşı xal toplamağın mümkünlüyünü qəbul edirdilər.
Son transfer gününə kimi Andre Clovislə danışıqlar gedirdi. Lakin transferin gec edilməsi və klubun Avropanın ən mötəbər turnirinə vəsiqə qazanması digər klubların daha çox qazanc əldə etmək düşüncəsi ilə oyunçuya fantastik qiymət istəməkləri transferin alınmasının qarşısına sədd qoyurdu. Son olaraq da transfer baş tutmadı.
Nəhayət, Çempionlar Liqası başladı və ilk oyunda start heyyətdə hücumçu kimi Kamilo Duran “Qarabağ”da debüt oyununa çıxdı. İlk dəqiqələrdə komanda “Benfika” qarşısında 0-2 geri düşsə də əzmkarlıq və mübariz oyun göstərərək Portuqaliyadan 3-2 qalibiyyətlə geri dönməyi bacardı. Kamilo ilk oyununda həm 1 qol 1 asistlə yadda qaldı, həm də oyunu ilə gözlənilməz bir oyunçu təəssüratı yaratmağı bacardı. Azarkeşlərin gözləmədiyi transfer həm kluba tez adaptasiya olmuşdu, həm də möhtəşəm bir performans göstərmişdi. Növbəti Çempionlar Liqası liqa mərhələsi oyunlarında Kamilo Duran evdə “Ayaks”a 1 qol və “Ayntraxt Frankfurt”a qarşı isə 2 qolla yadda qalmağı bacardı. Nəhayət, 10 xalla 24-ə düşməyi bacaran “Qarabağ” həm Azərbaycan futbol tarixində böyük bir tarix yazaraq mərhələni keçdi, həm də Kamilo Duran kimi bir oyunçunu əldə etmiş oldu. 8 oyuna 4 qol 2 asistlə yadda qalan hücumameyilli oyunçu öz karyerasında yüksəlişə keçdi. “Qarabağ” klubunda Çempionlar Liqasında ən çox fərqlənən oyunçu kimi tarixə düşdü.
Keçid play-off oyunu olan “Nyukasl”la səfər oyununda da 1 dəfə fərqlənərək qol sayını 5-ə çatdırdı. Azərbaycan premyer liqasında isə 30 oyuna 9 qol 9 asistlə yadda qalan oyunçu mövsümü 48 oyuna 15 qol 10 asistlə tamamlamağı bacardı. Mövsümün sonu transfermarketin verdiyi məlumata görə, 5,5 milyon avroya “Seltik” klubuna transfer olundu.
Hazırda “Seltik”də 23 oyuna 15 qol 6 asistə imza atıb. Daha da çox qol vuracağı gözlənilən oyunçu qış transfer pəncərəsində olmasa belə, yayda İngiltərə Premyer Liqasına transfer olması mümkün variantlardandır. Bu yaxınlarda yayılan məlumatlara görə, İngiltərə Premyer Liqasında iştirak edən “Lids Yunayted"in maraq dairəsində olduğu qeyd edilirdi.
Kamilo Duran Azərbaycana gəlmiş ən böyük istedadlardan biri olmaqla yanaşı, “Qarabağ”ın oyunçunu kəşf etməsi və üzə çıxarması da o istedad qədər önəmlidir. Burada Qurban Qurbanovun rolu danılmazdır. Vingeri hücumçu kimi oynatması və oyundan-oyuna bu mövqedə artıran Duran həm vinger, həm də hücumçu kimi oynamağa alışdı. Qurban Qurbanovun yetişdirdiyi oyunçulardan biri olan Duranın digər oyunçulardan fərqi ondan ibarətdir ki, bu günə kimi “Qarabağ”dan ayrılan oyunçuların çoxu uğursuz olmuşdu. Buna Kadynin “Krasnodar”a, Patrik Andradenin “Partizan”a transferi kimi çoxlu örnəklər saymaq olar. Lakin Duran bu tilsimi qırdı və Azərbaycan futbolunun gələcəyi üçün çox böyük xidmətləri ola bilər. Düşünürəm ki, oyunçunun İngiltərəyə transferi həqiqətə yaxındır və ən lazımlısı bu mümkündür. “Seltik”in Böyük Britaniya futboluna aid olması və tez-tez İngiltərəyə oyunçu sata bildiyi üçün prosesin ola bilmə ehtimalını daha da artırır. Oyunçu əgər İngiltərəyə transfer olsa ümumilikdə Azərbaycan futbolunun, “Qarabağ”ın və Qurban Qurbanovun ən böyük uğurlarından biri sayılacaq.
Azərbaycan futbolundan çıxaraq futbolun beşiyi və dünyanın ən yaxşı liqası sayılan İngiltərə Premyer Liqasına getməyin mümkünsüzlüyü bir faktdır. Bunu bir yolla olsa da bacaran olarsa alqışa layiqdir. Bundan sonra da Azərbaycan Premyer Liqası hər zaman diqqət mərkəzində olacaq. Həm oyunçuları sata bilmək, həm də ala bilmək baxımından bu çox böyük əhəmiyyət daşıyır. Klublarımıza “tramplin” gözü ilə baxan futbolçular artıq Azərbaycan futboluna transfer olmağı istəyəcəklər. Bu onlar üçün bir stimul olacaq. Əgər bunlar baş verərsə bunun bizə nə qazandırıb, itirəcəyini zaman göstərəcək.
Qurbanovun tapıntısı və yetirməsi hesab olunan futbolçu Azərbaycan futbolunun xilaskarı ola bilər. Maddi baxımından bunu əldə etmək isə Azərbaycan klubları üçün Avropa futboluna daha tez inteqrasiya olmağın ən yaxşı yolu və açarıdır.
Gözlənilməz və bəyənilməyən transferin bu səviyyəyə çatması da həm “Qarabağ”ın, həm də futbolçunun böyük uğurudur. Camilo Duranın istedadı, əzmi və mübarizəsi ilə hər arzunun çalışmaqla mümkünlüyünün şahidi oluruq.
Nəcməddin Əliyev
Pressing.az üçün