Ərdoğan “Beşiktaş” prezidentinə zəng edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beşiktaş” klubunun prezidenti Sərdal Adalı ilə telefonla danışıb.
Pressing.az xəvər verir ki, Ərdoğan Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda "Hapoel"lə (İsrail) matçda baş verənlərə toxunub. O, hadisə ilə bağlı prosesin gedişini yaxından izlədiyini bildirib. Dövlət başçısı “Beşiktaş” klubuna və azarkeşlərinə keçmiş olsun arzularını çatdırıb.
Qeyd edək ki, Gürcüstanın Batumi şəhərində keçirilən görüşdə azarkeşlər arasında qarşıdurma baş verib. Yerli polisin “Beşiktaş” azarkeşlərinə müdaxiləsindən sonra hakimlər paltardəyişmə otağına yollanıblar. Beləliklə, matç dayandırılıb. Hakimlər briqadasının paltardəyişmə otağından qayıtmasından sonra oyun qaldığı yerdən davam etdirilib.