Xəbər lentiwidget-title-icon

"Əsas odur ki, yaxşı nəticə əldə etdik" - Rəşad Eyyubov
Utziq yenidən "Qəbələ"də
Azərbaycan millisi Çexiya ilə heç-heçə etdi
"Sabah"ın ÇL oyunlarına VİP bilet almaq istəyənlərin nəzərinə!
"Zirə” Çempionlar Liqasının 1/4 finalında
Almaniya millisində itki
Bellinqemdən ikinci dəfə
"Xankəndi" Zaur Hacıyevi istefaya göndərdi - RƏSMİ
25 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi
"Zirə"dən ayrılan qapıçı "Şəfa"da
Fərid Qayıbovla albaniyalı idman rəsmiləri arasında görüş
Azərbaycanlı şahmat hakimi FİDE-nin xüsusi mükafatına layiq görüldü
Litva- Azərbaycan matçının hakimləri açıqlanıb
“Sumqayıt” ingiltərəli basketbolçu ilə müqavilə bağlayıb - RƏSMİ
Azərbaycanın U-21 millisi Çexiyaya qarşı
“Kəpəz” Azərbaycan millisinə qalib gəlib
“Zirə” Çempionlar Liqasında ilk qələbəsini qazanıb
Şahmatçılarımızdan 8-ci turda iki heç-heçə
AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
Azərbaycan boksçusu Avropa çempionu oldu!
Azərbaycan klubunda yeni məşqçi - RƏSMİ
“Zirə”nin yeni transferi əməliyyat olunub
2-ci Liqada 6 oyunun hakimləri məlum olub

"Prezident İlham Əliyevin zəngi mənə yüksək motivasiya verdi" - Qurban Qurbanov

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Türkiyənin "Anadolu" dövlət agentliyinə müsahibə verib.

Pressing.az
xəbər verir ki, 52 yaşlı mütəxəssis əvvəlcə "Qarabağ"ın gəlişindən danışıb. O qeyd edib ki, komandanı qəbul edərkən "Qarabağ" klubunun sahibi Abdolbari Gozal ona "Mən Heydər Əliyevə bu komandanı Avropada tanıtdıracağıma söz vermişəm" sözlərini, bunun onda böyük motivasiya yaratdığını söyləyib: "Faəliyyətimizə bu motivasiya ilə başladıq. İlk ilimdə çempion ola bilməsək də, Azərbaycan kubokunu qazandıq. UEFA-da pley-off-a qədər gələ bildik (Avropa Liqasının təsnifat mərhələsinin pley-off-u - red.). Bu, həmin dövr üçün böyük uğur idi".

Q.Qurbanov Avroliqanın pley-off mərhələsinə vəsiqə qazandıqlarından sonra Prezident İlham Əliyevin ona zəng vurduğunu, bunun onda yüksək motivasiya yaratdığını söyləyib (bu zəng 2009-cu ildə, "Qarabağ" üçüncü mərhələdə "Honka"nı (Finlandiya) keçib pley-off-a vəsiqə qazandıqdan sonra edilmişdi - red.).

Q.Qurbanov daha sonra deyib: "Qarabağ" adı azərbaycanlılar üçün böyük önəm daşıyır. Bu adı yaşatmaq üçün klub rəhbərliyi ilə yaxşı işlər həyata keçirdik. Çox şükür ki, onun nəticələrini indi görürük. Məsuliyyətlə və ürəkdən çalışırıq".

Təcrübəli məşqçi komandanın legionerlərinə də Qarabağ adının önəmini anlatdıqlarını deyib: "Bizim əsas motivasiyamız komandamızın adı olan "Qarabağ"dır. İkinci Qarabağ müharibəsindən sonra əcnəbi futbolçularımız bu adın önəmini daha yaxşı başa düşdü".

Q.Qurbanov Azərbaycan kubokunun 1/8 finalında MOİK-lə Xankəndidə keçirilən oyuna da toxunub: "Bu, çox böyük gün idi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da qarşılaşmanı izlədi. Şəhid övladları da oradaydı. Unudulmaz gün oldu".

O, Xankəndidəki oyunun işğaldan azad olunan bölgələrdə keçiriləcək matçların başlanğıcı olduğunu söyləyib: "Ağdamda stadion tikiləcək. Komandamız da yekunda ora dönəcək".

Q.Qurbanov "Qarabağ" komandasına Türkiyədən də böyük maraq olduğunu bildirib: "Mən bir azərbaycanlı, türk oğlu olaraq onlara (türk xalqına) təşəkkür edirəm. Biz həqiqətən qardaşıq və hər zaman bir-birimizin yanında olmuşuq - həm sevincli, həm də kədərli günlərimizdə. Türk xalqına böyük hörmətim və inamım var. Bizi öz komandaları olaraq görürlər. Səfər oyunlarımızda çoxlu sayda türk azarkeş bizi dəstəkləyir".

Ağdam klubunun baş məşqçisi Avropa Liqasının 1/8 finalında Almaniya təmsilçisi "Bayer"lə keçirəcəkləri oyuna da toxunub: "Güclü rəqiblə qarşılaşacağıq. "Bayer"i tanıyırıq. Qrup oyunlarında üz-üzə gəldik, hər iki oyunda da uduzduq. Avropanın ən yaxşı komandalarından biridir. Belə komandaların Azərbaycana gəlməsinin bizdə futbolun sevilməsinə böyük faydası dəyəcək. Güclü rəqib olsa da, biz məmnunuq. Yenə böyuk komandaya qarşı oynayacağıq. Futbolçularımız o böyük futbolu, sürəti və dinamizmi hiss edəcək. Azarkeşlər də oyundan zövq alacaqlar. Uduza bilərik. Amma meydanı mübarizə aparmadan tərk etmərik".

Oxşar xəbərlər

Bütün xəbərlər