Xəbər lentiwidget-title-icon

Dələduz şəbəkənin istintaqına Azərbaycan polisi də qoşulmalıdı: Vətəndaşlarımıza dəyən zərər geri qaytarıla bilər - Xüsusi
"Zirə"də şok ayrılıq
“Orhus” - “Sabah” cütünün məğlubunun Avroliqadakı mümkün rəqibləri müəyyənləşib
Azərbaycan millisi Şamaxıya toplaşır
Bakıda daha bir yarış keçiriləcək
“Sabah”ın ÇL-də mümkün rəqibi müəyyənləşdi!
2026/2027 mövsümü üçün azərbaycanlı hakimlərin siyahısı təsdiqləndi
Çex qapıçı İngiltərə klubunda
Ehtiram Quliyev "Fənərbağça"nın prezidenti ilə görüşüb
Azərbaycanı Avropa kubokunda təmsil edəcək cüdoçular məlumdur
“Qarabağ”ın potensial rəqibləri azalıb
"Benfika", "Beşiktaş"... "Sabah" - "Orhus" cütünün məğlubunu gözləyən rəqiblər
Birdəfəlik "Yuventus"da - RƏSMİ
"Sevilya"da yeni qapıçı - RƏSMİ
"Çelsi"də daha bir argentinalı
"AZ Alkmar"ın üçüncü çempionluğu
Bakıda Federasiya Kuboku yarışı keçirilib
Azərbaycan güləşçiləri DÇ-ni 7 medalla başa vurublar
Azərbaycanda məşqçi vəfat edib
"Qarabağ"da itki: 8 həftə oynamayacaq
"Qəbələ" Qətər klubunu məğlub etdi
Rüfət Abdullazadə İsrail klubunda qol hesabını açdı
"Mançester Siti" - "İnter" oyununda 6 qol - VİDEO
Azərbaycan millisi Avropa çempionatını 16-cı pillədə başa vurub
"Kəpəz" azarkeşləri "Cavad Xan" adlı yeni fan-klub yaradır

Dələduz şəbəkənin istintaqına Azərbaycan polisi də qoşulmalıdı: Vətəndaşlarımıza dəyən zərər geri qaytarıla bilər - Xüsusi

Türkiyədə beynəlxalq dələduzluq şəbəkəsinin ifşası olduqca maraqlı məsələlərin üzə çıxmasına səbəb olub.

Bu, ilk növbədə şəbəkənin Azərbaycanla əlaqələrinə dair epizodlardı. Dünyanın bir sıra ölkələrinin vətəndaşlarının aldadılmasıyla məşğul olduğu iddia edilən dəstənin Türkiyə bölümünün başında dayananların Kamil Rəhimov və Əminə Eldarova adlı iki azərbaycanlı olduğu açıqlanıb.

Hadisəylə bağlı şərh verən, “Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva bildirir ki, bu məlumat çox ilğinc iddiaları ortaya qoyur: “Türkiyə polisi əməliyyatı “İnterpol”un ərizəsi və dəstəyilə həyata keçirib. “İnterpol”a isə Çexiya hökuməti müraciət edib. Çexiyada yerli vətəndaş sözügedən dələduzların tələsinə düşərək pulunu itirdikdən sonra hökumət məsələnin araşdırılmasına başlayıb, bu cinayətin ölkədən kənarda həyata keçirildiyi ortaya çıxdığı üçün “İnterpol”u məsələyə daxil edib. Təsəvvür edin, bir vətəndaşının aldadılmasına biganə qalmayan Çexiya hökuməti beynəlxalq hüquqi aktlardan istifadə etməklə başqa bir ölkənin ərazisində “İnterpol”un əliylə əməliyyat keçirilməsinə nail olur və cinayətkar dəstə ortaya çıxarılır”.

- Bizdə də son 3 ildə saysız-hesabsız belə dələduzluq halları baş verib. Hansı fakt üzrə ya ölkədə, ya da beynəlxalq səviyyədə araşdırma üçün müvafiq addımlar atılıb?

- Mənim bildiyimə görə, heç biri üzrə. Ən azından, heç bir rəsmi mənbədə bununla bağlı məlumat yoxdu. Düzdü, hüquq-mühafizə orqanları və banklar aktiv şəkildə əhalini maarifləndirərək bu halların cüzi azaldılmasına nail olub. Amma aldadılan və maddi zərər görən vətəndaşlarımızın şikayətləri qeydə alınıbmı? Pulu qayıdıbmı?

Əksinə, hər dəfə belə şikayətlər olanda günahı vətəndaşın üzərinə yıxan banklar vardı bizim ölkədə. Adına kredit götürülən nə qədər yaşlı adam, pensiyaçılar indiyədək cinayət nəticəsində onların üzərində qalan həmin kredit borclarını ödəyir. Banklar güzəşt etdimi vətəndaşımıza? Xeyr. Daxili İşlər Nazirliyinə bununla bağlı edilən şikayətlərin heç biri araşdırılmayıb: cinayət ölkədə baş vermədiyi və cinayətkarın tapılması mümkün olmadığı üçün.

- Amma Türkiyədə aparılan araşdırmaların bir ucu elə Azərbaycana toxunur...

- Bəli, çünki cinayətkarlar elə Azərbaycandan olub. Özümüzünkülər. Bizi və insanımızı, mentaliteti çox yaxşı tanıyan və düşüncə tərzimizə bələd olan adamlar. Məncə bizim ölkə də “İnterpol”a müraciət edə bilər araşdırmaya dəstək verməkçün. Elə qonşu ölkəylə də danışıb birgə əməliyyat-axtarış tədbirlərini həyata keçirmək olar. Hazırda aktual məsələ odu ki, dələduz şəbəkəsinin qurbanları arasında bizim ölkə vətəndaşlarına dair faktlar araşdırılacaqmı? Bunun aşkara çıxarılması çox asan olmalıdı, çünki Türkiyə polisinin əlində saysız sübutlar var. Onların arasında Azərbaycana edilən zəngləri ortaya çıxartmaq sadə məsələdi. Təəssüf ki, bizim ölkənin hüquq-mühafizə orqanlarının bu əməliyyatla maraqlandığına dair məlumata hələ rast gəlməmişik. Halbuki, dələduz şəbəkənin ayrıca bir bölümü məhz Azərbaycan vətəndaşlarının pulunu ələ keçirməklə məşğul olub.

- Bəzi ekspertlər bildirir ki, belə dəstələri başqa ölkə ərazisində yox, elə ölkənin içində axtarmaq lazımdı.

- Xeyr, araşdırmalar göstərir ki, dələduz şəbəkələr fəaliyyət göstəridiyi ölkədə yaşayanlara “toxunmur”. Müasir texnoloji vasitələr zənglərin lokalizasiyasını çox asanlıqla ortaya çıxarır. Ona görə də ehtiyatlı davranır. Həmin ölkə də onun insanına “dəyməyən” hadisəni niyə araşdırsın ki? Bunu o ölkə etməlidi ki, vətəndaşı zərər görür. Məsələn, Çexiyanın timsalında olduğu kimi.

Dələduz şəbəkənin “baş ofis”i Meksikada yerləşir və rəhbəri rus əsilli iş adamıdı. Türkiyə bölümü 3 ilə yaxın müddətdə açılıb. Gördüyünüz kimi, hazırda informasiya texnologiyalarının yüksək inkişaf etdiyi dövrdə Türkiyə polisi müxtəlif ölkələrə eyni qeolokasiyadan edilən zəngləri və onların məzmununu araşdırmayıb. Niyə? Şikayət yoxdu çünki. Adamlar İstanbulda yaşayış binasının yarısını icarəyə götürüblər, bütün ölkələrə zənglər həmin yerdən həyata keçirilib və Türkiyə polisi rabitə texnoloğiyaları üzrə yüksək səviyyədə olmasına baxmayaraq, onların fəaliyyətini araşdırmayıb. Çexiyadakı əməliyyat isə yalnız bir telefon zəngi və bir telefon nömrəsinin tədqiqatıyla başlayıb və 2-3 gün içində iz onları Türkiyəyə aparıb. Düşünürəm ki, bizdə də vətəndaşlara gələn dələduz telefon zənglərinin araşdırılması və bu araşdırmanın qonşu ölkədəki tədqiqatla əlaqələndirilməsinə ehtiyac var. Bəlkə insanlara dəyən zərərin qaytarılmasına nail ola bilərik.

- Əgər dələduzlar heç bir Türkiyə vətəndaşını aldatmayıbsa, onda türk polisi digər ölkələrdən gələn şikayətlərin araşdırılmasında nə dərəcədə maraqlı olacaq?

- Ölkələr arasında hüquqi yardım müqaviləsi var, həmçinin İnterpol xəttiylə də bunu həyata keçirmək olar. Dələduzların indiyədək hədəfi Azərbaycan, Balkan ölkələri, Mərkəzi Avropa olub. Bundan əvvəl Ukraynaya yerləşməyə cəhd etsələr də, yerli polisin sayıqlığı nəticəsində dərhal ifşa edilərək, Türkiyəyə qaçmağa məcbur olublar. Qonşu ölkə də çex vətəndaşının şikayəti olmasaydı, hələ bundan sonrakı illərdə də yəqin ki, susmağa üstünlük verəcəkdi.

Türkiyə polisinin açıqlamasına görə, cinayətkar dəstəyə Teleqram kanalında iş təklifi elanlarıyla işçi cəlb edilib. 4 ölkə üzrə dil bilən, həmin ölkələrin sosial həyatına bələd olan və lazım olduqda, yerli dialektlərlə danışmağı bacaran adamlar toplanılıb. “İşçi”lərdən müxtəlif peşə sahiblərinin adından peşəkar şəkildə, intonasiya ilə danışmaq bacarığı tələb olunub. Bunun üçün yaradılan xüsusi studiolarda hazır mətn üzərindən səsyazmalar həyata keçirilib. Bəzi danışıqlarda süni intellektdən istifadə olunub. Bütün personal İstanbulun ən prestijli ərazisi sayılan Şişlidə lüks bir oteldə yaşayıb. Ofis olaraq kirayə götürülən 400 kv. metrlik əraziyə də ayda 5000 dollar ödəyiblər. Əldə olunan vəsaitin nagdlaşdrılması, yaxud bank hesablarına yatırılması, kriptovalyutaya çevrilməsini yalnız hər həftənin 5-ci günü (cümə) həyata keçiriblər.

İndi əsas məsələ odu ki, bizim hüquq-mühafizə orqanları hərəkətə keçsin, aparılan istintaqla, orada ölkəmizə dair epizodların ortaya çıxarılmasına cəhd göstərsin, bizim vətəndaşların da şikayətləri, ərizələri yazılsın. Çünki Türkiyə polisi dələduzların cinayət yoluyla əldə etdiyi külli miqdarda vəsaiti müsadirə edib. Onların arasında bizim vətəndaşlara vurulan zərər də var. Bu pulu qaytarmaq şansını əldən verməyək.

Oxşar xəbərlər


Bütün xəbərlər

Dələduz şəbəkənin istintaqına Azərbaycan polisi də qoşulmalıdı: Vətəndaşlarımıza dəyən zərər geri qaytarıla bilər - Xüsusi
"Zirə"də şok ayrılıq
“Orhus” - “Sabah” cütünün məğlubunun Avroliqadakı mümkün rəqibləri müəyyənləşib
Azərbaycan millisi Şamaxıya toplaşır
Bakıda daha bir yarış keçiriləcək
“Sabah”ın ÇL-də mümkün rəqibi müəyyənləşdi!
2026/2027 mövsümü üçün azərbaycanlı hakimlərin siyahısı təsdiqləndi
Çex qapıçı İngiltərə klubunda
Ehtiram Quliyev "Fənərbağça"nın prezidenti ilə görüşüb
Azərbaycanı Avropa kubokunda təmsil edəcək cüdoçular məlumdur
“Qarabağ”ın potensial rəqibləri azalıb
"Benfika", "Beşiktaş"... "Sabah" - "Orhus" cütünün məğlubunu gözləyən rəqiblər
Birdəfəlik "Yuventus"da - RƏSMİ
"Sevilya"da yeni qapıçı - RƏSMİ
"Çelsi"də daha bir argentinalı
"AZ Alkmar"ın üçüncü çempionluğu
Bakıda Federasiya Kuboku yarışı keçirilib
Azərbaycan güləşçiləri DÇ-ni 7 medalla başa vurublar
Azərbaycanda məşqçi vəfat edib
"Qarabağ"da itki: 8 həftə oynamayacaq