Xəbər lentiwidget-title-icon

Azərbaycanda bu federasiyalar birləşdirildi
"İmişli" - "Sabah" matçı üçün HEYƏTLƏR
İspaniya klubunda itki
14 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Qvardiola birincidir
MPL: “İmişli” “Sabah”a, “Zirə” “Qarabağ”a qarşı
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
Almaniya nəhəngində ayrılıq yaşanır
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - VİDEO
"Neftçi" - "Qarabağ" oyununun VAXTI AÇIQLANIB
MPL: "Araz-Naxçıvan" "Karvan-Yevlax"a, "Şamaxı" "Sumqayıt"a qalib gəldi - YENİLƏNİB
"Araz-Naxçıvan"ın "Karvan-Yevlax" üzərində qələbəsi - VİDEO
Sumqayıtda heyətlər açıqlanıb
Azərbaycan çempionatında son 7 çəkidə finalçılar məlum olub
Tomas Konyetsko və Jan Zunqrana Qarabağda olublar
Ukraynanı təmsil edən azərbaycanlı 2-ci dəfə Avropa çempionu olub
13 marta olan oyunlar hansı kanallarda? - TV AFİŞA
SON DƏQİQƏ! Bu futbolçu "Qarabağ"dan ayrıldı
Azərbaycan Yüksək Liqasında növbəti oyunların tarixi açıqlanıb
MPL: “Araz-Naxçıvan” – “Karvan-Yevlax”a, "Sumqayıt" "Şamaxı"ya qarşı
Birinci Liqada tura yekun vurulur
Azərbaycan boksçuları Monteneqroda yarışa qatılacaqlar
Xüsusi Olimpiya Komitəsi ilə Azərbaycan Cüdo Federasiyası arasında memorandum imzalanıb
Yüksək Liqada 17-ci tura yekun vurulub
David Vilyaya vəzifə verildi

Şəhriyar Məmmədyarov Aronyana cavab verdi: "Azərbaycan öz vətəndaşlarının aclıq çəkməsinə heç cür səbəb ola bilməz"

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov erməni şahmatçı Levon Aronyanın “iddiaları”na cavab verib.

Pressing.az
xəbər verir ki, 38 yaşlı idmançı öz sosial şəbəkə hesabında paylaşım edib. Şəhriyar Xankəndiyə humanitar yüklərin aparılmasında heç bir problem olmadığını bildirib:

Levon, mən məhz düzünü yazmaq istəyirəm!

Yazdığın statusda azərbaycanlı həmkarlarından həqiqəti deməyi istəmisən. Həqiqət isə budur.

Birincisi Xankəndiyə gedən yol Azərbaycan tərəfindən heç vaxt blokadaya alınmayıb və əksinə olaraq hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları parallel istifadə olunur. Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əhalisini öz əhalisi hesab edir, onların ictimai-siyasi cəhətdən inteqrasiyasına çalışır və buna nail olacaq. Azərbaycan öz vətəndaşlarının aclıq çəkməsinə heç cür səbəb ola bilməz və bunu imkan verməz.

Xankəndiyə humanitar yüklərin aparılmasında problem yoxdur, sadəcə yüklər yoxlanılır. Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir və onlar oradan mütləq çıxmalıdır.

Levon, bilirsən ki, uzun illər ermənilər Azərbaycanda rahat şəkildə yaşayır, işləyir. 2015-ci ildə Dünya Kuboku zamanı Bakıda olmusan, şəhəri gəzmisən, heç bir problemlə üzləşməmisən. Azərbaycanlıların qonaqpərliyini gördün, hətta İçəri Şəhəri gəzdin, şəkil çəkdirdin. Həmin il Bakıda I Avropa Oyunlarının açılış mərasimində Ermənistan bayrağı və idmançıları təntənəli paraddan keçdi və heç bir hadisə baş vermədi. 2023-cü ildə İrəvanda isə ermənilər “qonaqpərvərliyi”ni nümayiş etdirdi, canlı efirdə ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın bayrağını yandırmaqla. Bax bu əsl vəhşilikdi!

Yəqin dünya şahmat ictimaiyyətinin və bizlərin Ermənistan üçün ən çətin vaxtda Amerikaya qaçdığını unutduğumuzu düşünürsən. Bu addımla “vətən” adlandırdığın ölkəyə əsl münasibətini göstərdin və uzaq Amerikaya getməklə daha firavan həyatı seçdin. Yüz minlərlə azərbaycanlılar o cümlədən mənim valideynlərim isə 30 il öncə doğma Zəngilandan didərgin salındı, yaxın qohumlarımızı itirdik. Sən rahat şəkildə ölkəni dəyişmisən, azərbaycanlılar 30 il öncə dogma yurdlarından qaçqın düşüb.

Okeanın o tayından reallığın nə yerdə olduğunu görmək mümkün deyil, həqiqəti və yalanı yerində görmək üçün səni Azərbaycana dəvət edirəm. Düşünürəm yenidən çox böyük məmnuniyyətlə səfər edərsən.

Levon, biz dəfələrlə şahmatda rəqib olmuşuq. Heç vaxt bilmədiyin debütü oynamamısan, tapşırıqla gediş etməmisən. Bu dəfə şahmata və şahmatçıya yaraşmayan “debütü” oynamaq istədin, məncə sifarişli “gediş” etdin.
 
Şəhriyar Məmmədyarov
Azərbaycan milli komandasının üzvü
Beynəlxalq qrossmeyster
18 sentyabr 2023-cü il

Qeyd edək ki, Levon Aronyan sosial şəbəkə hesabında Qarabağ ermənilərinin guya "blokada"da olması ilə bağlı paylaşım edib.

Oxşar xəbərlər

Bütün xəbərlər