Xəbər lentiwidget-title-icon

“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
"Sabah" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin heyətində dəyişiklik

AFFA “Qarabağ” – “Sabah” matçı ilə bağlı yenidən araşdırma aparacaq

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Sabah” matçında baş verən kütləvi davanın hüquqi müstəvidə yenidən araşdırılacağını bəyan edib.

Pressing.az xəbər verir ki, AFFA-nın mətbuat xidmətindən verilən açıqlamada sözügedən qarşılaşmanın 84-cü dəqiqəsində yaşanan insidentlə bağlı ilkin mərhələdə cəza kəsilməməsinin səbəblərinə aydınlıq gətirilib:

“Qarabağ” – “Sabah” oyununun 84-cü dəqiqəsində baş vermiş epizodla bağlı qeyd etmək lazımdır ki, oyun zamanı nə hakimlər briqadası, nə də AFFA nümayəndəsi münaqişənin hansı səbəbdən yarandığını birbaşa müşahidə etməyib. Bu səbəbdən də rəsmi oyun protokolunda yalnız münaqişə faktının baş verməsi qeyd olunmuş, hadisənin mahiyyəti barədə əlavə hüquqi qiymətləndirmə aparılması üçün zəruri məlumatlar protokolda əksini tapmayıb.

Eyni zamanda, matçın rəsmi yayım görüntülərində də sözügedən epizod tam və aydın şəkildə qeydə alınmamışdır ki, bu da ilkin mərhələdə hadisənin bütün halları üzrə obyektiv qiymətləndirmə aparılmasını məhdudlaşdırıb.

Lakin AFFA İntizam Komitəsinin qərarları ictimaiyyətə açıqlanandan təxminən 10 dəqiqə sonra həmin epizodu əks etdirən əlavə texniki video görüntülər mediada və ictimai platformalarda yayılıb. Məsələnin obyektiv araşdırılması və faktiki halların tam müəyyən olunması məqsədilə AFFA İntizam Komitəsi həmin görüntüləri də nəzərə almaqla əlavə hüquqi qiymətləndirmə aparacaq və zərurət yarandığı halda müvafiq qərar qəbul edəcək.

Qeyd etmək vacibdir ki, AFFA İntizam Komitəsi öz fəaliyyətində AFFA-nın müvafiq normativ-hüquqi aktlarını, İntizam Məcəlləsinin tələblərini və ədalətli araşdırmanın fundamental prinsiplərini rəhbər tutur. Komitə hər bir işi mövcud sübutlar, rəsmi sənədlər və mümkün olan bütün informasiya mənbələri əsasında araşdıraraq obyektiv və ədalətli qərar qəbul etməyə çalışır.

Bu baxımdan belə texniki çəkilişlərin və hadisəni tam əks etdirən materialların vaxtında və rəsmi qaydada AFFA İntizam Komitəsinə təqdim olunması xüsusi əhəmiyyət kəsb edir. Bu cür materialların operativ şəkildə təqdim edilməsi hadisələrin daha dolğun araşdırılmasına və hüquqi baxımdan əsaslandırılmış qərarların qəbul edilməsinə mühüm töhfə verir”.(qafqazinfo.az)

Oxşar xəbərlər