Xəbər lentiwidget-title-icon

Azərbaycan güləşçilərindən DÇ-də iki medal
Fransa klubundan yeni transfer
Qurban Qurbanov "Şamaxı" üzərində qələbəni şərh etdi
Azər Bağırov: "Zamanla daha yaxşı “Şamaxı” görəcəyik”
"Qarabağ" "Şamaxı"ya 3 qolla qalib gəldi - YENİLƏNİB
Buskets məşqçi oldu
"Qarabağ" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
“Sabah” Rumıniyaya yola düşüb
"Tvente" ilə oyun öncəsi "Qarabağ"da ŞOK İTKİ
"Qoca sinyora"dan yeni transfer
"İmişli"də növbəti ayrılıq - RƏSMİ
"Sumqayıt"ın xəsarət alan futbolçusu əməliyyat olunub
Azərbaycan millisi Belarusa uduzub
17 avqust: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Tura "Qarabağ" - "Şamaxı" oyunu ilə yekun vurulur
PFL-dən Zubirə təşəkkür
“Neftçi”nin gözlədiyi start
“Sumqayıt”da 4-cü, Premyer Liqada 71-ci
Azərbaycan növbəti il dünya çempionatına ev sahibliyi edəcək
“Qarabağ”ın KL-dəki rəqibindən qələbə
Misli Premyer Liqasında 2-ci turun təqvimi açıqlanıb
Daha bir millidə yeni baş məşqçi
Rüfət Abdullazadənin komandası finala çıxa bilmədi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - VİDEO
"Şəfa"ya qarşı oynamaq "Payde"yə qarşı oynamaqdan daha çətindir" - Rəşad Sadıqov

AFFA-dan "Turan Tovuz"a 20 min manatlıq CƏZA

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Pressing.az xəbər verir ki, iclasda "Turan Tovuz" klubu 20 min manat cərimə edilib.

Qərar qeyd edilib ki, 23 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIV turun “Şamaxı” – “Turan Tovuz” oyunu öncəsi “Turan Tovuz” PFK-nın rəsmi “Facebook” səhifəsində və veb-saytında AFFA və PFL-in nüfuzuna xələl gətirən, həmçinin AFFA, PFL və onların bayrağı altında keçirilən yarışların şəffaflığını sual altına alan açıqlama paylaşılıb:

"Klubun rəsmi səhifəsindən yayımlanan bu bəyanat cəmiyyət arasında AFFA və PFL-in fəaliyyəti ilə bağlı mənfi rəy formalaşdırmağa yönəlib, futbolun idarəedici qurumlarının qərarlarının obyektivliyinə dair şübhələr yaradıb.

AFFA İntizam Komitəsi məsələni araşdıraraq aşağıdakı məqamları müəyyən edib:

- AFFA və PFL-in nüfuzuna zərər vurulması: Klubun rəsmi açıqlaması AFFA və PFL-in idarəçilik və təşkilati fəaliyyətini gözdən salmağa yönəlmiş, futbol ictimaiyyəti arasında bu qurumların qərarlarının qeyri-obyektiv olduğu təsəvvürü yaratmağa çalışmışdır.

- Oyunun təxirə salınması ilə bağlı tələbin əsaslı olmaması: AFFA və PFL-in müəyyən etdiyi qaydalara əsasən, oyunların təxirə salınması üçün yalnız meydançanın oyuna yararsız olması və ya təhlükəsizlik baxımından ciddi risklər mövcud olduqda qərar verilə bilər. Hava şəraitinin dəyişkən olması, VAR sisteminin olmaması və ya canlı yayımın təmin edilməməsi oyunun keçirilməməsi üçün əsas hesab edilmir.

- AFFA tərəfindən klubun əvvəlcədən xəbərdar edilməsi: “Turan Tovuz” PFK-nın oyundan əvvəl verdiyi açıqlamadan sonra AFFA bu bəyanatın yolverilməz olduğunu bildirmiş, klubun məsələ ilə bağlı konkret sübutlar təqdim etməsinin vacibliyini vurğulamışdır. Klub tərəfindən heç bir sübut təqdim edilmədiyi halda, bu cür açıqlamaların davam etdirilməsi İntizam Komitəsinin araşdırma aparmasını zəruri etmişdir.

AFFA İntizam Komitəsi qeyd olunan halları nəzərə alaraq

Qərara aldı:

AFFA və PFL-in işgüzar nüfuzuna xələl gəlməsinə gətirib çıxardan hərəkətlərə yol verdiyinə görə “Turan Tovuz” PFK 20000 (iyirmi min) manat məbləğində cərimə edilsin (maddə 47, İntizam Komitəsi Əsasnaməsinin 2.4-cü bəndi (anoloji halın tətbiqi ilə birlikdə).

AFFA bir daha vurğulayır ki, bütün klublar oyunların keçirilməsi və təşkilinə dair qaydalara riayət etməli, ictimaiyyət arasında yanlış təsəvvür formalaşdıracaq və futbol idarəçiliyinin şəffaflığını sual altına alacaq əsassız iddialardan çəkinməlidirlər. Əks halda, bu kimi hallar gələcəkdə daha sərt intizam tədbirləri ilə nəticələnə bilər".

Oxşar xəbərlər