Xəbər lentiwidget-title-icon

"Futbolçularımın performansı haqda danışmaq istəmirəm" - Valdas Dambrauskas
Azər Məmmədov: "Keyfiyyət fərqi öz sözünü dedi"
"Sabah" "Kəpəz"ə qalib gəldi, Qəbələdə "sülh" - YENİLƏNİB
Cavid Hüseynovdan heç-heçə şərhi
Fərid Namazov: "Bu gün hər iki komanda qələbə qazana bilərdi"
"Sabah" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Araz-Naxçıvan" - "İmişli" matçı üçün HEYƏTLƏR
Ferran Torres rəsmən PSJ-də
Ş.Məmmədyarovun komandası Türkiyə Super Liqasının qalibi olub
İlham Zəkiyev Avropa çempionatının finalında!
"Lion"da yeni futbolçu
15 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Sabahın Ulduzları": "Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
Azərbaycanın daha üç boksçusu Avropa çempionatında mərhələ adladı
MPL: “Araz-Naxçıvan” “İmişli”yə, “Sabah” “Kəpəz”ə qarşı
“Səbail”dən Türkiyədə ilk yoxlama oyununda qələbə
"Traktor"dan mövsümə qələbə ilə start
"Turan Tovuz"un qələbəsi - VİDEO
Cəlal oynadı, komandası qalib gəldi
Kaxaber Sxadadze: "Bu komanda daha yaxşı nəticələr əldə edə bilər"
"Mövsümə uğurlu başlamaq baxımından çox vacib xallar idi" - Kurban Berdıyev
"Neftçi"dən Tunis klubuna - RƏSMİ
"Turan Tovuz" mövsümə qələbə ilə start verdi - YENİLƏNİB
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atılıb

AFFA rəsmisi “Sabah”ın oyunundakı mübahisəli epizodlar haqda NƏLƏR DEDİ?

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan Premyer Liqasının 6-cı turunun oyunlarında qeydə alınan mübahisəli epizodları şərh edib.

Pressing.az xəbər verir ki, o, ilk olaraq “İmişli” – “Zirə” matçında yaşananlara toxunub.

De Bleker bildirib ki, matçın 36-cı dəqiqəsində top oyunda olarkən, “Zirə”nin 4 nomrəli futbolçusu “İmişli”nin 9 nömrəli futbolçusunu arxadan ehtiyatsızlıqla itələyib və hakimlər briqadası bu epizodu görməyib:

“VAR vəziyyəti yoxladı, lakin bu hərəkəti qırmızı vərəqə epizodu hesab etmədiyi üçün müdaxilə etmədi (TV görüntülərində təmas nöqtəsi aydın görünmür).

Gözləntimiz “Zirə”nin futbolçusuna ehtiyatsız hərəkətə görə sarı vərəqə verilməsi, “İmişli”nin lehinə cərimə zərbəsi təyin olunması idi. Təmas baş və ya üz nahiyəsində aydın görünərsə, onda zorakı davranışa görə qırmızı vərəqə gözlənilir”.

O, ardınca “Sabah” – “Sumqayıt” matçının 16-cı dəqiqəsində yaşananlara münasibət bildirib:

“Top “Sabah”ın 11 nömrəli futbolçusuna ötürüldü və o, topu qəbul etdikdən sonra “Sumqayıt”ın 80 nömrəli futbolçusuna qarşı ehtiyatsız şəkildə qaydanı pozdu. Hakim qayda pozuntusunu gördü, lakin üstünlük tətbiq etdi. Top oyundan çıxdıqdan sonra hakim “Sabah”ın 11 nömrəli futbolçusuna sarı vərəqə göstərdi.

Bu, düzgün qərardır, çünki “Sabah”ın futbolçusu topu almağa çalışarkən ayağının üst hissəsi ilə (tam təmas yoxdur) rəqibə toxundu. Ehtiyatsız oyuna görə sarı vərəqə doğrudur. Təmas ayaqdan yuxarı və ya güclü kontakt olsaydı, o zaman ciddi qayda pozuntusuna görə qırmızı vərəqə gözlənilərdi”.

Hakimlər Komitəsinin sədri eyni qarşılaşmadakı digər epizodlarla bağlı bunları deyib:

“45+2-ci dəqiqə hücum zamanı “Sabah”ın 21 nömrəli futbolçusu cərimə meydançasında topu yaxın məsafədən “Sumqayıt”ın müdafiəçisinin qoluna vurdu. “Sumqayıt”ın futbolçusunun qolu bədəninə yaxın və təbii vəziyyətdə idi. Həmçinin, o, qolunu topa tərəf yönəltmədi. Hakim oyunu davam etdirdi və VAR da hakimin qərarını dəstəklədi. Bu, hakimin düzgün qərarı idi. 78-ci dəqiqə hücum zamanı “Sabah”ın hücumçusu qol vurur. VAR epizodu yoxlayır və hücumun başlanğıcında “Sabah”ın 5 nömrəli oyunçusunun topa oynadıqdan sonra ehtiyatsız şəkildə “Sumqayıt”ın 21 nömrəli oyunçusunun ayağına zərbə endirdiyini görür. VAR baş hakimi epizoda baxmağa dəvət edir. Videogörüntülərə baxdıqdan sonra hakim hər iki kapitana vəziyyəti izah edir, qolu ləğv edir, “Sumqayıt”ın lehinə cərimə zərbəsi təyin edir və ehtiyatsız oyuna görə “Sabah”ın 5 nömrəli oyunçusuna sarı vərəqə göstərir. Bu, hakimin düzgün qərarı və VAR-ın düzgün müdaxiləsidir”.

Federasiya rəsmisi “Sabah” – “Sumqayıt” matçının sonlarında ləğv olunan qolla bağlı da danışıb:

“90+2-ci dəqiqə “Sabah”ın hücumu zamanı 20 nömrəli futbolçu cərimə meydançasında topu qəbul edir və qol vurur. VAR epizodu yoxlayır və görür ki, “Sabah”ın hücumçusu qol vurmazdan əvvəl topa əli ilə toxunub. Qaydalar bunu deyir: oyunçu qol vurmazdan əvvəl əllə oynayırsa, qol ləğv olunmalıdır. Bu, hər zaman belədir – istər qəsdən, istərsə də təsadüfi olsun. VAR baş hakimi məlumatlandırır və o, qolu ləğv edir. Bu, hakimin düzgün qərarı və VAR-ın düzgün müdaxiləsidir”.

Oxşar xəbərlər


Bütün xəbərlər

"Futbolçularımın performansı haqda danışmaq istəmirəm" - Valdas Dambrauskas
Azər Məmmədov: "Keyfiyyət fərqi öz sözünü dedi"
"Sabah" "Kəpəz"ə qalib gəldi, Qəbələdə "sülh" - YENİLƏNİB
Cavid Hüseynovdan heç-heçə şərhi
Fərid Namazov: "Bu gün hər iki komanda qələbə qazana bilərdi"
"Sabah" - "Kəpəz" matçı üçün HEYƏTLƏR
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Araz-Naxçıvan" - "İmişli" matçı üçün HEYƏTLƏR
Ferran Torres rəsmən PSJ-də
Ş.Məmmədyarovun komandası Türkiyə Super Liqasının qalibi olub
İlham Zəkiyev Avropa çempionatının finalında!
"Lion"da yeni futbolçu
15 avqust: Bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
"Sabahın Ulduzları": "Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
Azərbaycanın daha üç boksçusu Avropa çempionatında mərhələ adladı
MPL: “Araz-Naxçıvan” “İmişli”yə, “Sabah” “Kəpəz”ə qarşı
“Səbail”dən Türkiyədə ilk yoxlama oyununda qələbə
"Traktor"dan mövsümə qələbə ilə start
"Turan Tovuz"un qələbəsi - VİDEO
Cəlal oynadı, komandası qalib gəldi