Xəbər lentiwidget-title-icon

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

"Bir də gördük, kimsə çöldən şüşəni sındırır" - PFL rəsmisi qəza anını belə xatırladı

Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşən və bu gün xəstəxanadan evə buraxılan PFL-in texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov feysbuk hesabında paylaşım edib.

Pressing.az
xəbər verir ki, o, qəza anı haqda bunları yazıb:

"Vəziyyəti başa düşməyimiz çox zaman almadı, şükür. Bir də gördük, kimsə çöldən şüşəni sındırır, sonra onu görə bilmədim. Allah ondan çox razı olsun. Ümumiyyətlə, həmin vaxt bizə çox operativ dəstəklər gəldi.

İlk növbədə Asif Əsgərova (06:25) xəbər verdik, yolda olduğunu bilirdik. Daha sonra təcili tibbi yardımı aradıq (06:27), Ağdam və Bərdədən təcili tibbi yardımlar gəldi (çox peşəkar idilər, yol bildirişlərindən başa düşdülər, hadisə yerinə toplaşan fədakar insanlar da dayanmadan zənglər edirdilər), onlarla yanaşı FHN artıq hadisə yerində idi, Asif, Əmrah bəy, Fərid, Anar, Ramiq, Elnur, Məhi dayı (“Qarabağ” FK, kimisə unutdumsa, üzrlü sayın) hadisə yerinə çatdılar, artıq özümüzü daha güvəndə hiss edirdik. Mənəvi, tibbi, fövqəladə yardımlar və ən əsası ilahi qüvvə bizi daha pis nəticələrdən xilas elədi.

Ağdam rayonunda olarkən orda daş üstə daş qalmadığını görmüşəm, ona görə israr elədik, hamını Bərdəyə aparın, sağ olsunlar, sözlərimizə qulaq asdılar. Hadisə yerində edilən ilkin müdaxilələr möhtəşəm idi, hamı öz ailəmiz kimi davrandı (onları mütləq axtarıb tapacağıq). “Liv Bonadea” hospitalına zəng edəndə təcili yardım maşınında yolda idik (07:14, Aslan m, Elxan m. artıq Bərdə Diaqnostikaya çatmış olardılar). Alper (“Liv Bonadea” hospitalinin əməkdaşı) dərhal reaksiya verdi, maşın yola çıxdı. Çox tez çatdılar, Elnur (sürücü) bizə videonu göstərəndə dəhşətə gəlmişdik.
Bərdə Diaqnostika mərkəzində isə həkimlər, sadəcə, möhtəşəm işlədilər, bunu mən yox, sonradan bizi nəzarətə götürən həkimlər də dedilər.

"Yaxınısız?" sözünün məsuliyyəti nə qədər ağır imiş? Amma şükür, gözlənilən ən pis ehtimalların heç biri olmadı.

Elnur Məmmədovun (AGİN) səsində olan kədəri ifadə etmək üçün gərək Dostoyevski olasan, Sərxan Hacıyev gecənin bir aləmi hadisəyə dərhal reaksiya verdi, Fərid Qayıbovla danışdıq, bütün əlaqələrini işə saldı, özü ilə danışmasaq da, Rövnəq Abdullayevin necə kritik addımlar atdığını sonradan öyrəndik.

Bütün bu proseslərin sonunda çox kritik ilkin müdaxilələr davam edirdi (insanların qarışqa kimi işləməsindən bunu başa düşürdük). Bərdəni ilk olaraq Aslan tərk etdi (səhv etmirəmsə Yevlaxdan gələn təcili tibbi yardım maşını ilə), daha sonra Sənan, Zaur, Rasim (sürücü) və mən çıxdıq, bizdən 20 dəqiqə sonra Elxan bəy (“Liv Bonadea”dan gələn təcili tibbi yardım maşını ilə) reanimasiyadan təhvil alındı.

Bütün ailələrə xəbər verdik, amma “Bonadea”ya çatanda ailələrimizin çox olduğunu gördük. Bu günlərdə “Bonadea”ya gələn, zəng vuran, mesaj yazan, özü zəng vurmağa ürək etməyib, yanımıza gələnlərdən soruşan bütün insanlara təşəkkür edirəm.

Bizə məhz sizin dəstəyiniz güc verdi, indi daha yaxşıyıq.

Bunu sizə evdən yazıram, Zaur ilə birgə bu gün “Bonadea”dan çıxdıq. Orada olduğumuz müddətdə yanımızda olan illərin dostu Samirə, Alperə, Cabir doktora, Taner bəyə, Səkinə xanıma, Rüstəm doktora, Özgul xanıma, Zərifə xanıma orada tanış olduğumuz və saniyəbəsaniyə yanımızda olan bütün tibbi heyətə (adlarını ona görə tam yazmıram ki, kimisə unuda bilərəm) təşəkkür edirəm. Çox peşəkardırlar.

İnşallah Sənan da tezliklə evə buraxılacaq, Elxan müəllim və Aslandan da, hamıya məlum olduğu kimi, ilkin müsbət siqnallar var. Hər ikisi çox möhtəşəm insanlardır, etdikləri yaxşılıqların, sadəcə, 1 faizi qarşılarına çıxsın, Allah onları darda qoymaz, bütün əməllərinin az-çox biləni kimi bundan əminəm. Bu günə şükür.

Bizim devizimiz eyni qalır: İnşallah hər şey daha yaxşı olacaq!

Hər birinizə çox böyük təşəkkür edirik. Bu hadisəni bizimlə birgə yaşadınız. Fədakarlığınızı ifadə etmək üçün sözlər acizdir. Möhtəşəmsiniz".

Qeyd edək ki, dekabrın 16-da baş verən qəza nəticəsində yaralanan PFL prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin müalicəsi davam edir.

Oxşar xəbərlər


Bütün xəbərlər

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar