"Kəpəz"in futbolçusu: "Hazırda bunun üçün mübarizə aparmırıq ki, Avropada oynayaq" – AÇIQLAMA
"Kəpəz"in müdafiəçisi Əli Səmədov Misli Premyer Liqasının 13-cü turunda ötən gün səfərdə "Turan Tovuz"a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra Pressing.az-ın suallarını cavablandırıb.
– Hesabı bərabərləşdirmişdiz, amma yekunda məğlub olduz. Nə baş verdi?
– Oyun, məncə, istədiyimiz kimi keçdi. "Turan Tovuz"un gücünə bələd idik və standart vəziyyətlərdən qol vura biləcəyini anlayırdıq. Təəssüf ki, birinci qol standart vəziyətdən oldu. Rəqib hava toplarında çox yaxşı oynayır. Buna rəğmən, toparlandıq, penalti də qazandıq, amma sonda məğlub olduq. Futboldur, irəliyə baxmalıyıq.
– Baş məşqçi Azər Məmmmədov mətbuat konfransında oyunun ədalətli nəticəsinin heç-heçə olduğunu bildirdi. Bu fikirlə razısan?
– Razıyam, ədalətli hesab heç-heçə idi, amma sona qədər diqqətli olmalıyıq. Komandamız yaxşı mübarizə apardı. "Turan Tovuz"u qələbə münasibəti ilə təbrik edir, uğurlar arzulayırıq.
– Komandanız yenilənmiş Gəncə şəhər stadionunda yaxşı təsir bağışlayır, oyununuzda canlanma hiss olunur. Dövrə də yekunlaşır, mövsümün qalan hissəsindən nə gözləyirsən? Səncə, "Kəpəz" avrokubok zonasına düşə biləcək?
– Gəncədə azarkeş dəstəyimiz möhtəşəmdir, stadionumuz hər oyun, demək olar ki, dolur. Bu bizə əlavə motivasiya verir, yəni uşaqlar canla-başla məşq edir, oyuna çıxırlar. Düzdür, "qısıtlı" bir büdcəmiz var və bu, hər kəsə bəllidir. Heyətimiz o qədər də keyfiyyətli deyil. Ən azından, indiki mövqeyimizi qorumağa çalışırıq. Avrokuboklarda niyə də iştirak etməyək? Lakin hazırda bunun üçün mübarizə aparmırıq ki, Avropada oynayaq. Bu dəqiqə turnir cədvəlindəki mövqeyimizi möhkəmləndirməyi düşünməliyik.
Daşqın Əziz